DGK: Alüminium və ondan hazırlanan məmulatların ixracı azalıb23 İyun 2020, 13:35 (GMT +4) Bakı, 23 iyun, SalamNews.Bu ilin yanvar-may aylarında 17,1 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.
SalamNews Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, ixrac edilən məmulatların dəyəri 31,5 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin 5 ayında ölkədən 36,9 milyon dollarlıq 18,1 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.
|