Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ƏƏSMN 190 manatın verilməsi ilə bağlı açıqlama yayıb

23 İyun 2020, 14:15 (GMT +4)

Bakı, 23 iyun, SalamNews. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmə veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov SalamNews-a bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında ölkəmizdə pandemiya ilə əlaqədar 4,8 milyon vətəndaşı əhatə edən məşğulluğa və sosial rifaha dəstək tədbirləri həyata keçirilib.

Bu çərçivədə işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara aprel-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı icra olunub, həmçinin işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə, ünvanlı dövlət sosial yardımının verilmə müddəti bitənlərə, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara müvafiq ödənişlərin verilməsi müddətinin uzadılması təmin edilib.

Azərbaycan dövlətinin pandemiya dövründə öz vətəndaşlarına ardıcıl sosial dəstəyinin davamı olaraq Nazirlər Kabineti 23 iyun 2020-ci il tarixli daha bir Qərar qəbul edib.

Qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.

Ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək.

Həmçinin Nazirlər Kabinetinin digər Qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

12 Avqust 2020, 13:43 (GMT +4)
“ABAD”a yeni sözçü təyin olunub

12 Avqust 2020, 13:34 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

12 Avqust 2020, 13:21 (GMT +4)
İsrail bir aya 429 fələstinlini həbs edib

12 Avqust 2020, 13:00 (GMT +4)
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir

12 Avqust 2020, 12:50 (GMT +4)
DİM: Sabah 19197 abituriyent qəbul imtahanı verəcək

12 Avqust 2020, 12:30 (GMT +4)
İcra başçısı Mirhəsən Seyidov Tovuzda yaralanan zabiti ziyarət edib

12 Avqust 2020, 12:11 (GMT +4)
24 subartezian quyusunun qazılmasına 756 min manat ayrılıb

12 Avqust 2020, 11:57 (GMT +4)
Beynəlxalq Gənclər Gününə həsr olunmuş Onlayn Konfrans keçirilib (FOTO)

12 Avqust 2020, 11:52 (GMT +4)
Kərbəla ziyarətgahı məhərrəm ayına hazırlaşır (FOTO)

12 Avqust 2020, 11:45 (GMT +4)
Təhsil naziri Türkiyə səfiri ilə görüşüb

12 Avqust 2020, 11:30 (GMT +4)
"Azercell"in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək

12 Avqust 2020, 11:27 (GMT +4)
Sudanın cənubunda silahlı qarşıdurmada 81 nəfər ölüb

12 Avqust 2020, 11:15 (GMT +4)
Azərbaycan Premyer Liqası: Yeni mövsümün püşkü atılacaq

12 Avqust 2020, 11:00 (GMT +4)
AMB Ani Ödənişlər Sistemini pilot rejimində istifadəyə təqdim edib

12 Avqust 2020, 10:45 (GMT +4)
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edilib

12 Avqust 2020, 10:34 (GMT +4)
İsrail hava və qurudan Qəzzaya zərbələr endirib, yaralananlar var

12 Avqust 2020, 10:15 (GMT +4)
BNA: Xətlərə rekord sayda avtobus çıxarılıb

12 Avqust 2020, 10:12 (GMT +4)
İraq Türkiyə səfirini Bağdadda XİN-ə çağırıb

12 Avqust 2020, 10:00 (GMT +4)
BDU 2020/2021-ci tədris ilində əlavə təhsil almaq üçün tələbə qəbulu elan edir

12 Avqust 2020, 09:46 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 35 dəfə pozub

12 Avqust 2020, 09:36 (GMT +4)
İran Kəşfiyyatı ölkədə beş cəsus qrupunun ələ keçdiyini bildirib

12 Avqust 2020, 09:31 (GMT +4)
Dünyada koronavirusla bağlı qeydə alınan son statistika açıqlanıb

12 Avqust 2020, 09:15 (GMT +4)
Dövlət Komitəsi AYB üzvünün uşaqlarla bağlı kitabına münasibət bildirib

12 Avqust 2020, 09:12 (GMT +4)
Türkiyənin hava zərbələri nəticəsində İraq Ordusunun 3 hərbçisi ölüb

12 Avqust 2020, 09:01 (GMT +4)
"Azəriqaz": Son 5 ildə yeni əhali abonentlərinin sayı yarım milyonu ötüb

11 Avqust 2020, 18:06 (GMT +4)
Müdafiə Nazirliyi Nəcməddin Sadıqov barədə yayılan informasiyalara aydınlıq gətirib

11 Avqust 2020, 18:00 (GMT +4)
Bakının mərkəzi küçələrindən daha biri əsaslı şəkildə təmir edilib

11 Avqust 2020, 17:30 (GMT +4)
Sabahdan şagirdlərin elektron yerdəyişməsi başlayır

11 Avqust 2020, 17:16 (GMT +4)
İraqda bir sutkaya 3,396 nəfərin koronavirusa yoluxması qeydə alınıb

11 Avqust 2020, 17:15 (GMT +4)
Abşeronda gigiyena qaydalarını pozan bələdiyyə əməkdaşı cərimələnib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66