DGK: Meyvə-tərəvəz idxalı artıb25 İyun 2020, 11:49 (GMT +4) Bakı, 25 iyun, SalamNews.Bu ilin 5 ayında ölkəyə 186,1 min ton meyvə-tərəvəz idxal edilib.
SalamNews Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən meyvə-tərəvəzin dəyəri 104,8 milyon dollar təşkil edib.
Xatırladaq ki, ötən ilin yanvar-may aylarında 92,6 milyon dollarlıq 169,8 min tondan çox meyvə-tərəvəz idxal edilib.
|