Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev Samuxda “Aqro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanış olub (FOTO)

25 İyun 2020, 09:15 (GMT +4)

Bakı, 25 iyun, SalamNews.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samuxdakı “Aqro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanış olub.

SalamNews xəbər verir ki, sahəsi 5 min hektardan və ümumi dəyəri 65 milyon manatdan çox olan layihə çərçivəsində Qarasaqqal su kanalında nasos quraşdırılıb, 5,4 min kubmetrlik iki su anbarı, su hovuzları və saxlama anbarları tikilib. Aqroparkda istifadə olunması üçün 20 adda 91 ədəd texnika və aqreqat alınıb. 2019-cu ilin payızında 2 423 hektar sahədə buğda və 222 hektar sahədə arpa əkilib. Bu ilin yazında 74 hektar sahədə şəkər çuğunduru əkilib və taxıl biçini aparılan ərazilərdə qarğıdalı əkini nəzərdə tutulub.

“Aqro Dairy” MMC-nin icraçı direktoru Vahid Hacıyev dövlətimizin başçısına aqroparkın fəaliyyəti barədə məlumat verdi.

Vahid Hacıyev: Samux rayonuna xoş gəlmisiniz. Sizi “Aqro Dairy” şirkətinin bütün kollektivi adından salamlayırıq. Sizin tapşırığınıza əsasən, ölkəmizdə taxılçılıq təsərrüfatının yaradılması istiqamətində görülən işlər çərçivəsində “Aqro Dairy” MMC Samuxda dövlət ehtiyat fondundan 5 min hektar, Tovuz rayonunda isə 12 min hektar ərazini uzunmüddətli icarəyə götürüb. Həmin ərazilərdə suvarılan sahələrimiz iki min hektardır.

Prezident İlham Əliyev: Su xətləri çəkilib, su anbarından gəlir?

Vahid Hacıyev: Bəli, su xətləri çəkilib. Buradan 13 kilometr məsafədə su anbarı var. Suvarılmayan ərazilərimiz də mövcuddur. Hazırda həmin ərazilərin suvarılması üçün işlər görülür.

Prezident İlham Əliyev: Burada əvvəllər heç bir əkin olmayıb?

Vahid Hacıyev: Xeyr, cənab Prezident, hətta torpaq çox yararsız idi, eroziyaya uğramışdı, çökəklikləri çox idi. Təbii ki, biz ildən-ilə bu torpaqları yaxşılaşdırdıq. Əlbəttə, təkrar əkin çox önəmli rol oynayır.

Prezident İlham Əliyev: Təkrar əkini ilk dəfədir aparırsınız?

Vahid Hacıyev: Xeyr, biz hər il təkrar əkin aparırıq, qarğıdalı əkirik. Çox sağ olun ki, Siz həmişə bizə dəstək göstərirsiniz.

Prezident İlham Əliyev: Bəli, vəsait də ayrılıb.

Vahid Hacıyev: Bu, bizim üçün həqiqətən çox vacibdir.

Prezident İlham Əliyev: Deməli, hər şey etmək mümkündür. Sadəcə olaraq, düzgün yanaşma lazımdır, vəsait qoyulmalıdır. Dövlət və özəl sektor burada çiyin-çiyinə işləməlidir. Necə ki, bu təsərrüfatda bunu görürük. Bu il məhsuldarlıq nə qədər olacaq?

Vahid Hacıyev: Biz arpa biçinini başa çatdırmışıq, Samux rayonunda 222 hektarda biçin aparmışıq, hektardan 47-48 sentner məhsul götürmüşük.

Prezident İlham Əliyev: Bu, yüksək göstəricidir.

Vahid Hacıyev: Tovuzda isə hektardan 62-67 sentner məhsul götürülüb, ancaq arpadan.

Prezident İlham Əliyev: Bəs, buğda?

Vahid Hacıyev: Hazırda buğda biçini gedir. Biz Samuxda artıq 1500 hektar buğda zəmisi biçmişik, hektardan məhsuldarlıq orta hesabla 58 sentnerdir. Bəzi torpaqlarımız var, məhsuldarlıq 65-67 sentner olub.

Prezident İlham Əliyev: Çox yaxşı. İri fermer təsərrüfatlarında daha çoxdur, amma ölkədə məhsuldarlıq hazırda buğdada 33 sentnerdir. Bu da yaxşı göstəricidir, keçən ilə nisbətən artıb, amma, əlbəttə, sizdə 58-60 sentnerə çatıbsa, bu, daha yaxşı göstəricidir.

Vahid Hacıyev: Bu, yalnız Samuxdakı göstəricimizdir. Tovuzda göstəricilərimiz orta hesabla 78 sentnerdir. Cənab Prezident, bizim pivot suvarma sistemi ilə təchiz olunmuş 70 hektar ərazimiz var. Bu 70 hektarın bəzi sahələrində hektardan məhsuldarlıq 84-85 sentnerdir.

Prezident İlham Əliyev: Yəni, siz Avropanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmısınız.

Vahid Hacıyev: Bəli, əgər Avstriyada məhsuldarlıq hektardan orta hesabla 67 sentnerdirsə, Almaniyada 75 sentnerdir. Biz çalışırıq buna çataq.

Prezident İlham Əliyev: Mən bilirəm ki, Avropada məhsuldarlıq nə qədərdir və bizdə də o qədər olmalıdır. Amma bunu etmək bir az çətindir. Çünki bizim iqlim fərqlidir. Torpaq da bəzi yerlərdə yararsızdır. Ona görə də bu torpaqlara siz həyat verirsiniz, canlandırırsınız.

Vahid Hacıyev: Cənab Prezident, biz bunu Sizin dəstəyiniz sayəsində əldə etmişik. Bu uğurlarda alınmış yeni texnikanın böyük rolu var.

Prezident İlham Əliyev: Bunları siz almısınız, investisiyaları siz özünüz qoymusunuz. Burada özəl sektor bütün investisiyaları qoyub, dövlət də bütün başqa təsərrüfatlarda olduğu kimi, öz infrastruktur dəstəyini göstərir, yol, elektrik enerjisi, su. Bunları dövlət edir, qalanını da özəl sektor. Ona görə bütün bu kombaynları siz özünüz almısınız. Dövlət bütün fermerlərə dəstək göstərir, subsidiyalar verir, ancaq hər bir təsərrüfatda hektardan 78 sentner məhsul götürürlərmi? Yox. Ona görə də siz gərək bu təcrübəni bölüşəsiniz. Ola bilərmi ki, burada, ya da ki, Tovuz rayonunda regional tədris mərkəzi yaradılsın, Aqrar Universitet ilə birlikdə. Gəlsinlər, baxsınlar, təcrübə toplasınlar, hər yerdə belə olsun. Məncə, bu gün Azərbaycanda ən yüksək məhsuldarlıq buradadır.

Vahid Hacıyev: Cənab Prezident, biz özümüz də öyrənirik, biz istəyirik ki, məhsuldarlığı daha da artıraq. Qarğıdalı səpinində də istəyirik ki, ilin axırına qədər məhsuldarlığımızı artıraq və öz nəticələrimizi göstərək. Biz öz məhsuldarlığımızla hələ ki, kifayətlənmirik.

Sonra Prezident İlham Əliyev burada çalışan xarici mütəxəssislərlə söhbət etdi. Xarici mütəxəssislər burada özlərini çox rahat hiss etdiklərini və yerli insanların onlara çox xoş münasibət göstərdiklərini məmnunluqla diqqətə çatdırdılar.

Daha sonra Prezident İlham Əliyev taxıl biçininə və qarğıdalı səpininə start verdi.

Qeyd edək ki, buğda, arpa, şəkər çuğunduru və qarğıdalı məhsullarının istehsal olunduğu aqroparkda xaricdən alınan müasir avadanlıq quraşdırılıb, 60 min tonluq taxıl anbarı kompleksi yaradılıb. Satış bazarı üçün ölkədaxili müəyyən edilib və burada 89 nəfər işlə təmin olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

Prezident İlham Əliyev avqust ayında da 190 manatın ödənilməsi ilə bağlı göstəriş verib

Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlərlə bağlı müşavirə keçirib

Prezident İlham Əliyev livanlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub

İlham Əliyev İran prezidenti ilə telefonla danışıb

Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıq verib

Prezident İlham Əliyev Əmirvan-Vəndam avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev Balakən rayonuna səfərə gəlib

Prezident İlham Əliyev İsmayıllı rayonuna səfər edib

Prezident İlham Əliyevin Qobustan rayonuna səfəri başlayıb

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Emin Əmrullayevi videoformatda qəbul edib

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə təşəkkür edib

Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə dair videoformatda müşavirə keçirilib

Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında telefon danışığı olub

Prezident İlham Əliyev jurnalistləri təltif edib (SİYAHI)

Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Milli Mətbuat Günü münasibəti ilə paylaşım edilib

Prezident İlham Əliyev və xanımı şəhid ailələrinə mənzil verilməsi mərasimində iştirak edib (FOTOLAR)

07 Avqust 2020, 23:18 (GMT +4)
Bu gün İslam dünyasında Qədir-Xum bayramı günüdür

07 Avqust 2020, 20:48 (GMT +4)
Hizbullah lideri Beyrut partlayışına münasibət bildirib: Hərəkat bu faciədə dövlət və xalqın yanındadır

07 Avqust 2020, 18:01 (GMT +4)
Nazir: Birdəfəlik ödəmə alan 13 min insana 190 manat verilməsi dayandırılıb

07 Avqust 2020, 17:54 (GMT +4)
Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb

07 Avqust 2020, 17:30 (GMT +4)
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub

07 Avqust 2020, 17:21 (GMT +4)
Mübariz Qurbanlı: Pandemiya dövründə dini qurumlara dövlət qayğısı və dəstəyi davam etdirilib

07 Avqust 2020, 17:19 (GMT +4)
Beyrut partlayışında ölənlərin sayı 150-ni keçib

07 Avqust 2020, 17:02 (GMT +4)
“Gənclərin Onlayn Yay Məktəbi – Özünlə başla” layihəsinin açılışı olub

07 Avqust 2020, 16:47 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb

07 Avqust 2020, 16:43 (GMT +4)
Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirib 

07 Avqust 2020, 16:41 (GMT +4)
Ceyhun Bayramov Aİ-nin Azərbaycandakı nümayəndəsi ilə görüşüb 

07 Avqust 2020, 16:34 (GMT +4)
Füzuli rayonunda top mərmisi aşkarlanıb

07 Avqust 2020, 16:09 (GMT +4)
Livan prezidenti Beyrut partlayışının hücum olmasını istisna etməyib

07 Avqust 2020, 16:00 (GMT +4)
Azərbaycan İnvestisiya Holdinqi yaradılır

07 Avqust 2020, 15:35 (GMT +4)
Nazirlik: Koronavirusa yoluxmuş məhbusların hamısı sağalıb

07 Avqust 2020, 15:21 (GMT +4)
Prokurorluq orqanlarına sənəd qəbulu davam etdirilir

07 Avqust 2020, 15:04 (GMT +4)
Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

07 Avqust 2020, 15:00 (GMT +4)
İran və Azərbaycan daha sıx əməkdaşlıq üçün böyük iqtisadi potensiala malikdirlər – Abbas Musəvi

07 Avqust 2020, 14:48 (GMT +4)
MİDA: Güzəştli mənzillərin növbəti satışı keçiriləcək

07 Avqust 2020, 14:32 (GMT +4)
“Birlikdəyik” layihəsi davam edir

07 Avqust 2020, 14:26 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 18 mini keçib

07 Avqust 2020, 14:10 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

07 Avqust 2020, 13:46 (GMT +4)
Sumqayıt Etilen-polietilen zavodunda yanğın olub

07 Avqust 2020, 13:41 (GMT +4)
Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb

07 Avqust 2020, 13:41 (GMT +4)
Rəsmi Tehran Trampın İran üzrə nümayəndəsinin istefa verməsinə münasibət bildirib

07 Avqust 2020, 13:20 (GMT +4)
Sahil Babayev: Bu il 53 min vətəndaşa pensiya təyin olunub

07 Avqust 2020, 13:06 (GMT +4)
Salyanda “Tut ağacı” kafesinin gizli fəaliyyət göstərdiyi aşkarlanıb (FOTO)

07 Avqust 2020, 12:44 (GMT +4)
Taliban üç gün ərzində danışıqlar masasına oturmağa hazırdır – Əfqanıstan prezidenti

07 Avqust 2020, 12:35 (GMT +4)
AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq

07 Avqust 2020, 12:23 (GMT +4)
Nazirlik rəsmisi Xəzərlə bağlı vətəndaşlara həyəcanlı çağırış edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66