Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev: İctimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır

25 İyun 2020, 10:05 (GMT +4)

Bakı, 25 iyun, SalamNews. "Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik".

SalamNews xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib: "Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır. Mən bu məsələ ilə bağlı Operativ Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik. Mən demişəm və həkimlər yaxşı bilir. Bir xəstənin müalicəsi üçün nə qədər həkim çalışır, nə qədər həkim gecə-gündüz o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə, maskada əziyyət çəkir. Biz həkimlərin fəaliyyətini yüksək qiymətləndiririk. Ancaq hər bir insan bunu bilməlidir. Həkimlər də yoluxur, həkimlər də ölür. Bir daha demək istəyirəm ki, bizim indi nə qədər həkimimiz var, hamısını bu işlərə cəlb edirik. Bizim bundan iki dəfə çox həkimimiz yoxdur. Sabah bu pandemiya daha geniş vüsət alsa, əgər bu gün, misal üçün 300-400 adam yoluxursa, sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik. Tutaq ki, yerləşdirdik, indi xəstəxanalar tikilir və bizim boş çarpayılarımız var, ancaq həkimlərin sayını necə artıra bilərik?! Gərək hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün.

İdarələrdə idarə rəhbərləri görəndə ki, onun işçisi maska taxmır, əlbəttə, tədbir görməlidir, dərhal reaksiya verməlidir, müvafiq qurumlara məlumat verməlidir. Əgər belə davam edərsə, mən deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar. Çünki indi böyük imkanlara sahib olan adamlar nə üçün 50 manat, 100 manat cərimə verirlər. O çıxır, maşınına oturur, hara istəyir gedir. Tutaq ki, onu saxladılar, saxlamadılar, onu da hələ bilmək olmur. Çünki hər kəsi saxlamaq da mümkün deyil. Cəriməni verir gedir, sonra istədiyini edir. Ona görə mən tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir.

İndi görün inkişaf etmiş ölkələrdə nələr baş verir. Vəziyyət tamamilə böhran həddinə çatıb. O ölkələrin ki, dövlətçilik ənənələri yüzilliklərlə ölçülür və o ölkələrin səhiyyə sistemi dünyada nümunə kimi təqdim olunur, onlar da bacarmırlar, çünki bu, mümkün deyil. Ona görə mənim bu sözlərim hesab edirəm, hər kəs üçün əsas olmalıdır - həm vətəndaşlar üçün, - onlar daha məsuliyyətli olmalıdırlar, - həm də vəzifə tutanlar, dövlət məmurları üçün. Dövlət nəzarəti, ictimai nəzarət, vətəndaşların nizam-intizamı və məsuliyyəti artmalıdır. Əgər biz görsək ki, nizam-intizam bundan sonra da pozulur, onda fikirləşərik, daha hansı təsirli addımlar atılsın ki, bu qaydaları pozanlara qarşı daha ciddi tədbirlər görülsün.

Bütün bunlarla bərabər, eyni zamanda, deməliyəm ki, həyat davam edir. Biz bu il nəzərdə tutulmuş bütün proqramları icra etməliyik. Bu gün Gəncə şəhərində bir neçə vacib obyektin açılışı nəzərdə tutulur. Mən bu gün artıq yeni zavodun açılışında iştirak etdim. Mənə verilən məlumata görə, orada 300-dən çox insan işlə təmin ediləcək. Bu zavodda istehsal olunan məhsullar idxalı əvəzləyəcək və yerli bazarı təmin edəcək".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

Prezident İlham Əliyev avqust ayında da 190 manatın ödənilməsi ilə bağlı göstəriş verib

Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlərlə bağlı müşavirə keçirib

Prezident İlham Əliyev livanlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub

Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıq verib

Prezident İlham Əliyev Əmirvan-Vəndam avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev Balakən rayonuna səfərə gəlib

Prezident İlham Əliyev İsmayıllı rayonuna səfər edib

Prezident İlham Əliyevin Qobustan rayonuna səfəri başlayıb

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Emin Əmrullayevi videoformatda qəbul edib

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə təşəkkür edib

Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə dair videoformatda müşavirə keçirilib

Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında telefon danışığı olub

Prezident İlham Əliyev jurnalistləri təltif edib (SİYAHI)

Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Milli Mətbuat Günü münasibəti ilə paylaşım edilib

Prezident İlham Əliyev və xanımı şəhid ailələrinə mənzil verilməsi mərasimində iştirak edib (FOTOLAR)

Prezident İlham Əliyev Belçika Kralını təbrik edib

07 Avqust 2020, 23:18 (GMT +4)
Bu gün İslam dünyasında Qədir-Xum bayramı günüdür

07 Avqust 2020, 20:48 (GMT +4)
Hizbullah lideri Beyrut partlayışına münasibət bildirib: Hərəkat bu faciədə dövlət və xalqın yanındadır

07 Avqust 2020, 18:01 (GMT +4)
Nazir: Birdəfəlik ödəmə alan 13 min insana 190 manat verilməsi dayandırılıb

07 Avqust 2020, 17:54 (GMT +4)
Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb

07 Avqust 2020, 17:30 (GMT +4)
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub

07 Avqust 2020, 17:21 (GMT +4)
Mübariz Qurbanlı: Pandemiya dövründə dini qurumlara dövlət qayğısı və dəstəyi davam etdirilib

07 Avqust 2020, 17:19 (GMT +4)
Beyrut partlayışında ölənlərin sayı 150-ni keçib

07 Avqust 2020, 17:02 (GMT +4)
“Gənclərin Onlayn Yay Məktəbi – Özünlə başla” layihəsinin açılışı olub

07 Avqust 2020, 16:47 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb

07 Avqust 2020, 16:43 (GMT +4)
Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirib 

07 Avqust 2020, 16:41 (GMT +4)
Ceyhun Bayramov Aİ-nin Azərbaycandakı nümayəndəsi ilə görüşüb 

07 Avqust 2020, 16:34 (GMT +4)
Füzuli rayonunda top mərmisi aşkarlanıb

07 Avqust 2020, 16:09 (GMT +4)
Livan prezidenti Beyrut partlayışının hücum olmasını istisna etməyib

07 Avqust 2020, 16:00 (GMT +4)
Azərbaycan İnvestisiya Holdinqi yaradılır

07 Avqust 2020, 15:35 (GMT +4)
Nazirlik: Koronavirusa yoluxmuş məhbusların hamısı sağalıb

07 Avqust 2020, 15:21 (GMT +4)
Prokurorluq orqanlarına sənəd qəbulu davam etdirilir

07 Avqust 2020, 15:04 (GMT +4)
Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

07 Avqust 2020, 15:00 (GMT +4)
İran və Azərbaycan daha sıx əməkdaşlıq üçün böyük iqtisadi potensiala malikdirlər – Abbas Musəvi

07 Avqust 2020, 14:48 (GMT +4)
MİDA: Güzəştli mənzillərin növbəti satışı keçiriləcək

07 Avqust 2020, 14:32 (GMT +4)
“Birlikdəyik” layihəsi davam edir

07 Avqust 2020, 14:26 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 18 mini keçib

07 Avqust 2020, 14:10 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

07 Avqust 2020, 13:46 (GMT +4)
Sumqayıt Etilen-polietilen zavodunda yanğın olub

07 Avqust 2020, 13:41 (GMT +4)
Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb

07 Avqust 2020, 13:41 (GMT +4)
Rəsmi Tehran Trampın İran üzrə nümayəndəsinin istefa verməsinə münasibət bildirib

07 Avqust 2020, 13:20 (GMT +4)
Sahil Babayev: Bu il 53 min vətəndaşa pensiya təyin olunub

07 Avqust 2020, 13:06 (GMT +4)
Salyanda “Tut ağacı” kafesinin gizli fəaliyyət göstərdiyi aşkarlanıb (FOTO)

07 Avqust 2020, 12:44 (GMT +4)
Taliban üç gün ərzində danışıqlar masasına oturmağa hazırdır – Əfqanıstan prezidenti

07 Avqust 2020, 12:35 (GMT +4)
AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq

07 Avqust 2020, 12:23 (GMT +4)
Nazirlik rəsmisi Xəzərlə bağlı vətəndaşlara həyəcanlı çağırış edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66