Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev: Sosial sahədə heç bir ixtisar olmayacaq

25 İyun 2020, 13:30 (GMT +4)

Bakı, 25 iyun, SalamNews.Mən demişəm ki, sosial sahədə heç bir ixtisar olmayacaq. Hesab edirəm ki, koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır.

SalamNews xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gəncə şəhərində modul tipli xəstəxananın açılışından sonra bir qrup tibb işçisi ilə görüşündə bildirib.

Keçən il çox böyük sosial paketin tətbiq olunduğunu xatırladan dövlətimizin başçısı deyib: “Minimum əməkhaqqı orta hesabla iki dəfə, minimum pensiya 70 faiz artdı. Müavinətlər 50 faiz, 100 faiz artdı. Problemli kreditlər kompensasiya şəklində insanlara maddi hədiyyə olaraq verildi. Yəni, bu məqsədlər üçün milyardlarla manat xərcləndi. Pandemiyaya qarşı mübarizə üçün 3 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bu vəsaitin bir hissəsi xərcləndi və biz yeni avadanlıqlar alırıq. İndi 23 laboratoriyamız var. Amma, eyni zamanda, problem ondadır ki, artıq fevral, mart aylarında sifariş edilmiş avadanlığı, hansısa cihazı biz bəzən ala bilmirik. Çünki bunu istehsal edən ölkələr onu satmır, özləri üçün saxlayırlar. Problem bundadır”.

Dövlət tərəfindən atılmış addımlar əgər ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq

Prezident İlham Əliyev qeyd edib ki, biz yaranmış vəziyyətdən şərəflə çıxmağa çalışmalıyıq. “Ancaq dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək. Biz birlik, həmrəylik nümayiş etdirmişik. Çətin vəziyyətdə olan insanların problemlərini həll edirik, o cümlədən ictimai təşkilatlar, Heydər Əliyev Fondu. Əlbəttə ki, əsas yük dövlətin üzərindədir. Aztəminatlı təbəqəyə yardımlar edilir. Mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarlar, ayrı-ayrı adamlar tərəfindən 100 milyon manatdan çox vəsait daxil edilib. Bu, böyük vəsaitdir və həmrəyliyin təzahürüdür. Necə ki, həmrəylik, birlik göstəririk, məsuliyyət də göstərməliyik. Bunu inkişaf etmiş bir neçə ölkənin liderləri qeyd edir ki, bu, müharibədir və burada düşməni görmək mümkün deyil. Eyni zamanda, bilmək mümkün deyil, bu müharibə nə vaxt bitəcək. Bunu heç kim deyə bilməz. İndi əlbəttə ki, hər kəs peyvəndi gözləyir, o cümlədən də biz. Amma bəzi həkimlərin fikrinə görə, peyvənd də bəlkə bu koronavirusu tam məhv edə bilməyəcək. Kim bilir? Bu peyvənd hələ icad edilməyib. Hələ bunun üzərində iş aparılır. Amma yoluxanların sayı artır, beləliklə, təhlükə də artır. Ona görə burada ancaq və ancaq vətəndaşların məsuliyyəti ön planda olmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

Prezident İlham Əliyev avqust ayında da 190 manatın ödənilməsi ilə bağlı göstəriş verib

Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlərlə bağlı müşavirə keçirib

Prezident İlham Əliyev livanlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub

İlham Əliyev İran prezidenti ilə telefonla danışıb

Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıq verib

Prezident İlham Əliyev Əmirvan-Vəndam avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev Balakən rayonuna səfərə gəlib

Prezident İlham Əliyev İsmayıllı rayonuna səfər edib

Prezident İlham Əliyevin Qobustan rayonuna səfəri başlayıb

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Emin Əmrullayevi videoformatda qəbul edib

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə təşəkkür edib

Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə dair videoformatda müşavirə keçirilib

Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında telefon danışığı olub

Prezident İlham Əliyev jurnalistləri təltif edib (SİYAHI)

Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Milli Mətbuat Günü münasibəti ilə paylaşım edilib

08 Avqust 2020, 17:00 (GMT +4)
Nazirlik: Beynəlxalq sertifikatlı mütəxəssis hazırlanacaq

08 Avqust 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

08 Avqust 2020, 16:43 (GMT +4)
Azərbaycanda sahilboyu ərazilərin tullantılardan təmizlənməsinə başlanılıb

08 Avqust 2020, 16:32 (GMT +4)
Əfqanıstanın Ağsaqqallar Şurası Talibanın 400 təhlükəli üzvünün sərbəst buraxılmasına razılıq verib

08 Avqust 2020, 16:31 (GMT +4)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir

08 Avqust 2020, 16:15 (GMT +4)
Zərdabda karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edənlər saxlanılıb

08 Avqust 2020, 16:01 (GMT +4)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

08 Avqust 2020, 15:51 (GMT +4)
Bakı-Sumqayıt yolunun kənarında yanğın baş verib

08 Avqust 2020, 15:48 (GMT +4)
BMT TŞ ABŞ-ın İrana qarşı silah enbarqosu layihəsini rədd edəcək – Mənbə

08 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 105-ə qədər azalıb, 360 nəfər isə sağalıb

08 Avqust 2020, 15:30 (GMT +4)
Qubada avtomobil oğrusu saxlanılıb 

08 Avqust 2020, 15:15 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 97 obyektdə sanitar-epidemioloji tələblər pozulub

08 Avqust 2020, 15:00 (GMT +4)
Şahbaz Muradov Prezidentin fəxri diplomu ilə təltif edilib

08 Avqust 2020, 14:51 (GMT +4)
Somali paytaxtında hərbi qərargahda şiddətli partlayış törədilib, ölənlər var

08 Avqust 2020, 14:45 (GMT +4)
Tovuzda top mərmisi aşkarlanıb

08 Avqust 2020, 14:30 (GMT +4)
Mingəçevirdən Bakıya sərnişin daşımağa cəhd edən sürücü həbs olunub

08 Avqust 2020, 14:15 (GMT +4)
Həyətində narkotik becərən Xızı sakini saxlanılıb

08 Avqust 2020, 14:08 (GMT +4)
İranda son sutkada 132 nəfər koronavirusdan vəfat edib

08 Avqust 2020, 14:00 (GMT +4)
Təhsil Nazirliyinə 7 milyon manat ayrılıb 

08 Avqust 2020, 13:45 (GMT +4)
Səbaildə qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb

08 Avqust 2020, 13:33 (GMT +4)
Livana yardım məqsədilə donorların beynəlxalq toplantısı keçirilir

08 Avqust 2020, 13:30 (GMT +4)
Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb

08 Avqust 2020, 13:16 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 Avqust 2020, 13:00 (GMT +4)
“GələcəyimİZ Gənclərdir” adlı onlayn festival keçiriləcək

08 Avqust 2020, 12:50 (GMT +4)
TƏBİB: Təcili tibbi yardımda çalışanlar arasında koronavirusdan ölüm halları çox olub

08 Avqust 2020, 12:44 (GMT +4)
Türkiyə prezidentinin yardımçısı Beyruta gedib

08 Avqust 2020, 12:40 (GMT +4)
Operativ Qərargah: Metro hələlik açılmayacaq

08 Avqust 2020, 12:32 (GMT +4)
Prezidentin köməkçisi: Məscidlərin açılması müzakirə olunmur

08 Avqust 2020, 12:30 (GMT +4)
Təhsil naziri rektorlarla videogörüş keçirib

08 Avqust 2020, 12:21 (GMT +4)
İraqın yeni baş naziri İrandan sonra ABŞ-a gedir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66