Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

BŞTİ-nin onlayn Apelyasiya komissiyasının fəaliyyəti başa çatır

25 İyun 2020, 15:50 (GMT +4)

Bakı, 25 iyun, SalamNews. İyunun 25-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan bölmələrində məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı təşkil olunmuş müsahibənin nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün onlayn Apelyasiya komissiyasının işi başa çatır.

SalamNews xəbər verir ki, ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan bölmələr üzrə I sinfə qəbul zamanı məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibənin nəticəsi üzrə valideynlərin müraciətlərinə baxılması üçün nəzərdə tutulan onlayn Apelyasiya komissiyası isə müsahibə prosesi yekunlaşdıqdan sonra fəaliyyətə başlayacaq.

İyunun 30-dək vətəndaşlara mektebeqebul.edu.az elektron sisteminin “Əlaqə” bölməsi vasitəsilə Apelyasiya komissiyasına müraciət etmək imkanı yaradılıb.

Qeyd edək ki, onlayn Apelyasiya komissiyasının yaradılmasının əsas məqsədi mövcud sanitar-epidemioloji vəziyyətdə vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərarların qəbul olunmasını təmin etməkdən ibarətdir.

Onu da qeyd edək ki, mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün ənənəvi (canlı) müsahibənin keçirilmə vaxtı hələlik bəlli deyil. Odur ki, ənənəvi (canlı) müsahibəyə yazılmış valideynlərə şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yazaraq və ya elektron sistemdə seçimlərini dəyişərək onlayn müsahibə formasını seçmək imkanı yaradılıb. Qısa müddətdə əksər valideynlər onlayn müsahibə formasını seçib. İlkin müşahidələr deməyə əsas verir ki, uşaqlar ailə üzvlərinin yanında, ev mühitində özlərini daha sərbəst ifadə etməyi bacarır. Odur ki, onlayn müsahibələrdə uğur qazanmış uşaqların nisbət göstəricisi daha yüksəkdir. Digər valideynlərə də bir daha onlayn müsahibə formasını seçməyi tövsiyə edirik.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Caspian Energy Club Yusif Abdullayevin iştirakı ilə onlayn B2G FORUM təşkil edib

ADA Universiteti Pakistanın Strateji Araşdırmalar Mərkəzi ilə birgə onlayn beynəlxalq konfrans təşkil edib

“Onlayn Peşəkar Mühasib” təlim kursuna qeydiyyat başlayıb

Eksternat imtahanları üçün onlayn sənəd qəbulu başlayıb

Dövlət Miqrasiya Xidməti ilə ölkəmizdəki işəgötürənlər arasında onlayn görüş keçirilib

Müdafiə sənayesi ilə bağlı beynəlxalq onlayn forum keçiriləcək

“Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi” adlı layihənin onlayn təlimlərində iştirak üçün qeydiyyat başlamışdır

Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

Könüllü gömrükçülər onlayn rejimdə fəaliyyət göstərirlər

“Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” davam edir 

Energetika Nazirliyi ilə MEDEF arasında onlayn görüş keçirilib

Gömrük modernləşdirilməsi - məsləhətləşmə layihəsi ilə bağlı onlayn iclas keçirilib

Startap hərəkatı barədə onlayn konfrans keçirilib (FOTO)

AzTU-ya qəbul olunan abituriyentlərin qeydiyyatı onlayn aparılacaq

Bakıda məktəb direktorları ilə onlayn konfrans keçirilib

Sentyabrın 15-i “Bilik günü” onlayn qaydada keçiriləcək

“Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” keçiriləcək

Yeni yaradılmış biznes assosiasiyası ilə onlayn görüş keçirilib

TOPs proqramının VI mövsümünə onlayn yekun vurulub

“Könüllü fəaliyyət” layihəsinin iştirakçıları ilə onlayn formatda görüş keçirilib

03 Dekabr 2020, 17:20 (GMT +4)
Rusiya Qarabağda ikinci hərbi hospital yaradır

03 Dekabr 2020, 17:08 (GMT +4)
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Avropa Şurası İşçi qrupunun iclasında iştirak edib

03 Dekabr 2020, 16:55 (GMT +4)
Şabranda karantin qaydalarını pozan şəxs aşkarlanıb

03 Dekabr 2020, 16:40 (GMT +4)
Çavuşoğlu: Qarabağ razılaşması regional sabitliyə müsbət təsir edəcək

03 Dekabr 2020, 16:26 (GMT +4)
Kəlbəcər və Laçına komendantlar təyin edilib

03 Dekabr 2020, 16:16 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı bir milyonu keçib, 700 min sağalıb

03 Dekabr 2020, 16:10 (GMT +4)
Əlilliyi olan şəxslərin biznesə başlamasına və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək göstərilir

03 Dekabr 2020, 15:57 (GMT +4)
Azərbaycanda daha 4 189 nəfər COVID-19-a yoluxub

03 Dekabr 2020, 15:45 (GMT +4)
Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq

03 Dekabr 2020, 15:33 (GMT +4)
Sabah saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut olacaq

03 Dekabr 2020, 15:32 (GMT +4)
MN: Şəhidlərin adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu açıqlanacaq

03 Dekabr 2020, 15:24 (GMT +4)
MN: 1 245 hərbi qulluqçumuzun müalicəsi davam etdirilir

03 Dekabr 2020, 15:17 (GMT +4)
MN: Vətən müharibəsində həlak olmuş 103 hərbçinin DNT yolu ilə şəxsiyyəti müəyyənləşdirilir

03 Dekabr 2020, 15:02 (GMT +4)
MN Vətən müharibəsində itkin düşmüş Azərbaycan hərbçilərinin sayını açıqlayıb

03 Dekabr 2020, 14:59 (GMT +4)
Prezident Zəfər Günü ilə bağlı yeni sərəncam imzalayıb

03 Dekabr 2020, 14:52 (GMT +4)
MN: Vətən müharibəsində Azərbaycanın 2 783 hərbi qulluqçusu şəhid olub

03 Dekabr 2020, 14:46 (GMT +4)
İsrailin Bəhreyndə səfirlik açması islam dünyası üçün matəm günü deməkdir – Ayətullah Nuri Həmədani

03 Dekabr 2020, 14:36 (GMT +4)
BNA: Paytaxtda 160-dan çox küçə və prospektdə 2 200-dən artıq pandus var

03 Dekabr 2020, 14:25 (GMT +4)
Suqovuşan və Talış kəndlərində sahə inspektorları təyin edilib, xidməti post qurulub

03 Dekabr 2020, 14:13 (GMT +4)
Bərdədə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib

03 Dekabr 2020, 13:54 (GMT +4)
Caspian Energy Club Yusif Abdullayevin iştirakı ilə onlayn B2G FORUM təşkil edib

03 Dekabr 2020, 13:46 (GMT +4)
Azərbaycanda Zəfər Günü noyabrın 8-də qeyd ediləcək

03 Dekabr 2020, 13:28 (GMT +4)
Zəngilanda yol qəzası olub, ölən var

03 Dekabr 2020, 13:10 (GMT +4)
Rusiyada son sutkada 28 mindən çox COVID-19-a yoluxma qeydə alınıb

03 Dekabr 2020, 13:01 (GMT +4)
Trampın müşaviri ərəbləri barışdırmaq üçün regionda səfərdədir

03 Dekabr 2020, 13:00 (GMT +4)
Müdafiə Nazirliyi Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin videogörüntülərini yayıb (VİDEO)

03 Dekabr 2020, 12:58 (GMT +4)
Ərdoğan Bakıda keçiriləcək Zəfər Paradında iştirak edəcək

03 Dekabr 2020, 12:45 (GMT +4)
Cəlilabad və Masallıda COVID-19 xəstələri yaşayış yerini tərk edib

03 Dekabr 2020, 12:37 (GMT +4)
Fransa DİN rəhbəri: Ölkədə 76 məsciddə reyd keçiriləcək

03 Dekabr 2020, 12:30 (GMT +4)
"Azəriqaz": Qarabağda ilkin texniki-iqtisadi əsaslandırmaya başlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66