Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Yeni ödənişli magistralın 30 km-lik hissəsinin tikintisi yekunlaşır

01 İyul 2020, 17:18 (GMT +4)

Bakı, 1 iyul, SalamNews.“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisi sürətlə və keyfiyyətlə davam etdirilir.

AAYDA-dan SalamNews-a verilən məlumata görə, artıq ödənişli avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik hissəsində tikinti işləri bitmək üzrədir. Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən 58 km-lik hissəsində isə tikinti işləri bu ilin sonunadək bitəcək.

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, “Yaşma bağları” yaşayış məntəqəsindən başlayan və 150 km uzunluğunda olan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək.

Layihədə tikinti işləri 5 hissə üzrə aparılır. Bu yeni yolun 0-30, 30-53.5, 53.5-73.5, 73.5-92 və 92-150-ci km-lik hissələrini əhatə edir. Hazırda tikinti işləri yeni magistralın 1-ci (Yaşma-Giləzi) hissəsi üzrə yekunlaşır. 5-ci (Gəndob-Samur) hissə üzrə isə işlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Qalan 3 hissə üzrə tikinti işlərinin 2021-ci ilin 2-ci yarısında yekunlaşdırılması planlaşdırılır.

Layihənin və I hissənin başlanğıcı mövcud M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci km olmaqla, yeni yolun 7 km-lik hissəsi beton yol üzrə layihələndirildiyindən mövcud sement-beton örtüyü, köhnə asfalt frezlənib, yararsız material qazılıb çıxarılıb, daha keyfiyyətli material ilə tökmə işləri yerinə yetirilib, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri icra edilib, yol geyimi aşınma layına qədər tikilib.

Yeni layihələndirilən yolun I hissəsi üzrə (0-30 km) hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün 2 layı tikilib. Belə ki, 29 sm hündürlükdə olacaq asfalt-beton örtüyünün aşınma layının tikintisi qalıb ki, bu çərçivədə işlər yaxın müddət ərzində icra olunacaq. Layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri də tamamlanıb.

Yeni magistralın tikintisi yekunlaşan hissəsi üzrə hazırda ödəniş məntəqələrinin qurulması istiqamətində addımlar atılır. Ümumilikdə hər bir hərəkət istiqaməti üzrə magistralın 52-ci km-də (Yaşma) 171-ci km-də (Qusar-Xudat yolu ilə kəsişmə) 4 nəzarət-buraxılış zolağı fəaliyyət göstərəcək. Onlardan 1-i avtonəqliyyat vasitələrinin sürətli, 2-i adi qaydada keçidi təmin edəcək. 1 keçid isə ehtiyyat keçidi olacaq və qabariti normadan böyük olan nəqliyyat vasitələrinin keçməsi üçün də istifadə olunacaq.

Bundan başqa yeni avtomagistrala 73, 103, 132 və 154-cü km-də yerləşən 4 iri yaşayış məntəqəsindən yol qovşaqları vasitəsi ilə daxil olmaq mümkün olacaq. Bu Giləzi y/məntəqəsi, Siyəzən və Şabran rayonları, həmçinin Quba-Xaçmaz avtomobil yolu ilə kəsişən ərazidir. Sözügedən ərazilərdə isə hər bir hərəkət istiqaməti üzrə 2 nəzarət buraxılış zolağı fəaliyyət göstərəcək.

Yeni magistral avtomobil yolundan istifadə üçün ödəniş hər km-ə görə yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub. Hazırda ödəniş məbləğinin müəyyən edilməsi istiqamətində aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır.

Layihənin II (30-53.5 km), III (53.5-73.5 km) və IV (73.5-92 km) hissələri üzrə isə hazırda torpaq işləri görülür, V hissədə (92-150 km) isə tikinti artıq sonuncu mərhələ üzrə həyata keçirilir. Yeni istiqamət üzrə inşa edilən və mövcud magistral avtomobil yolundan 13 km qısa olan sözügedən hissənin uzunluğu 58 km-dir.

Ümumilikdə yeni inşa edilən 150 km-lik yol boyu 39 qovşaq və yol ötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 514 dairəvi müxtəlif diametrlərdə dairəvi beton suötürücünün və ehtiyat boruların, 43 düzbucaqlı suötürücü boruların, 20 avtomobil və mal-qara keçidinin tikintisi, həmçinin müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu çərçivədə işlər bitmək üzrədir. Magistral üzrə hesabi yük A-15, NK-100-dür.

Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.

Yeni ödənişli avtomagistralın keçdiyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığından yerləşir əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi nəzərdə tutulur.

Qeyd edək ki, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AAYDA 5 minə yaxın aztəminatlı ailəyə ərzaq yardımı ilə dəstək olub

AAYDA daha 1 500 aztəminatlı ailəyə ərzaq yardımı ilə dəstək olub

AAYDA Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat vəsait köçürüb

AAYDA sürücülərə sürət həddinə əməl etmələri ilə bağlı çağırış edib

Prezident İlham Əliyev AAYDA-nın İdarə Heyətinin sədrini qəbul edib

AAYDA bu ilin I rübünə yekun vurub

AAYDA-nın idarə heyətinin sədri vətəndaşları qəbul edib

AAYDA: Bəzi yollarda təmir işləri aparılacaq

AAYDA avtomobil yollarındakı vəziyyətlə bağlı məlumat yayıb

AAYDA: Zəlzələ nəticəsində avtomobil yollarına ziyan dəyib

AAYDA bu il 270 yeni maşın və mexanizm almaq niyyətindədir

AAYDA: Babək prospektində çökmə olmayıb, yol deformasiyaya uğrayıb

AAYDA-də Milli Qurtuluş günü ilə bağlı tədbir keçirilib

11 Avqust 2020, 18:06 (GMT +4)
Müdafiə Nazirliyi Nəcməddin Sadıqov barədə yayılan informasiyalara aydınlıq gətirib

11 Avqust 2020, 18:00 (GMT +4)
Bakının mərkəzi küçələrindən daha biri əsaslı şəkildə təmir edilib

11 Avqust 2020, 17:30 (GMT +4)
Sabahdan şagirdlərin elektron yerdəyişməsi başlayır

11 Avqust 2020, 17:16 (GMT +4)
İraqda bir sutkaya 3,396 nəfərin koronavirusa yoluxması qeydə alınıb

11 Avqust 2020, 17:15 (GMT +4)
Abşeronda gigiyena qaydalarını pozan bələdiyyə əməkdaşı cərimələnib

11 Avqust 2020, 17:01 (GMT +4)
Tovuzda qəzalı vəziyyətə düşən evlərin söküntüsünə başlanılıb

11 Avqust 2020, 16:45 (GMT +4)
Azərbaycanda daha 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub

11 Avqust 2020, 16:30 (GMT +4)
Qubada toy mərasimi keçirən bəy və dostları saxlanılıb

11 Avqust 2020, 16:15 (GMT +4)
Əli Əsədov ilə BP-nin baş icraçı direktoru arasında telefon danışığı olub

11 Avqust 2020, 16:13 (GMT +4)
Yunanıstan dəniz qüvvələrinin atəşi nəticəsində üç Türkiyə vətəndaşı yaralanıb

11 Avqust 2020, 16:00 (GMT +4)
Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdə, Tərtər, Füzulidə əkin sahələri və meyvə bağlarına baxış keçirib (FOTO)

11 Avqust 2020, 15:45 (GMT +4)
Türkiyə Prezidenti Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib

11 Avqust 2020, 15:30 (GMT +4)
Çindən gələn tibb ekspertləri Respublika Klinik Xəstəxanasında olub

11 Avqust 2020, 15:27 (GMT +4)
Yunanıstan Türkiyəyə görə Avropa Birliyini təcili toplantı keçirməyə çağırıb

11 Avqust 2020, 15:20 (GMT +4)
Prezident İlham Əliyev Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb

11 Avqust 2020, 15:07 (GMT +4)
Rusiyada son sutkada 4 945 nəfər koronavirusa yoluxub

11 Avqust 2020, 15:00 (GMT +4)
Sabahdan liseylərin V siniflərinə qeydiyyat başlayır

11 Avqust 2020, 14:46 (GMT +4)
DİM: 13-14 avqustda 35 şəhər və rayonda qəbul imtahanları keçiriləcək

11 Avqust 2020, 14:30 (GMT +4)
Azərbaycanda 80 evdən oğurluq edən şəxslər tutulub

11 Avqust 2020, 14:27 (GMT +4)
İranda son sutkada 184 nəfərin koronavirusdan ölümü qeydə alınıb

11 Avqust 2020, 14:15 (GMT +4)
Təbiətə ziyan vuran şirkət cəzalandırılıb

11 Avqust 2020, 14:01 (GMT +4)
Sabahdan müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı başlayır

11 Avqust 2020, 13:50 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçıları arasında geniş tərkibli görüş keçirilib (FOTOLAR)

11 Avqust 2020, 13:43 (GMT +4)
İraqda bir gündə ABŞ qüvvələrinə qarşı ikinci hücum xəbəri verilib

11 Avqust 2020, 13:35 (GMT +4)
Dünyada ilk dəfə koronavirus vaksini Rusiyada qeydiyyatdan keçib

11 Avqust 2020, 13:35 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı və İFC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

11 Avqust 2020, 13:16 (GMT +4)
İran ölkə nazirliklərində beş cəsusun ələ keçdiyini bildirib

11 Avqust 2020, 13:10 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilir

11 Avqust 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

11 Avqust 2020, 12:40 (GMT +4)
Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66