ABŞ Suriyanın şimal-şərqində hərbi hava limanı inşa edib02 İyul 2020, 10:29 (GMT +4) Bakı, 2 iyul, SalamNews, B.Samid. ABŞ qüvvələri Suriyanın şimal-şərqində Həsəka əyalətinin əl-Yarubiyyə bölgəsində hərbi hava limanı inşa edib.
SalamNews bu barədə SANA-a istinadla xəbər verir.
SANA bölgədəki mənbələrinə istinadla bildirib ki, ABŞ əl-Yarubiyyə bölgəsində yeni hərbi qərargah inşa edib və bu hərbi qərargah bir hərbi hava limanına da şamildir.
Məlumata görə yeni qərargah əl-Yarubiyyə şəhərinin 8 km cənubunda Ümmu-Kuheyf kəndi ərazisində inşa edilib.
SANA bildirib ki, ABŞ bu və sair obyektlərlə Suriyanın şərqində olan nefti, ölkə sərvətini talamaq eləcə də bölgədə terrorçu və separatçı qruplara dəstək vermək niyyətindədir.
Qeyd edək ki, ABŞ 2014-cü ildə bölgədə İŞİD-ə qarşı mübarizə adı ilə qüvvələrini Suriyaya göndərib. Suriya hökumətinin tələblərinə baxmayaraq ABŞ bu ölkədən qüvvələrini çıxarmayıb.
|