ABŞ hökuməti Sietl şəhərində etirazçıların nəzarətindəki bölgəni bir aydan sonra «azad etdiyini» bildirib (VİDEO)02 İyul 2020, 11:46 (GMT +4) Bakı, 2 iyul, SalamNews, B.Samid. Ağ Ev Vaşinqton ştatının Sietl şəhərində ən qədimi bölgələrdən olan və bir aydan çoxdur etirazçıların nəzarətində qalan Capitol Hill “muxtariyyəti”ni nəzarətə götürdüklərini bildiriblər.
SalamNews BBC-ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Keli Mək-Kinani açıqlama verib.
O, ABŞ polisinin Sietldə etirazçıların toplaşdığı Capitol Hill “muxtariyyəti” kvartallarını nəzarətə götürdüyünü deyib.
O mətbuata deyib:
"Mən şadam ki, sizə Sietlin azad edilməsi xəbərini verirəm."
Qeyd edək ki bundan öncə Tramp da bölgənin “iğtişaşçılar, təxribatçılar və radikallar” tərəfindən ələ keçirildiyini bildirmiş, Sietl merini hərəkətə keçməməkdə və radikalların cərgəsində durmaqda ittihamlandırmışdı.
Bildirək ki, aprelin 25-də Corc Floyd adlı qaradərili gəncin ABŞ polisinin zorakılığı nəticəsində ölməsindən sonra ABŞ-ın əksər şəhərlərini etiraz aksiyaları bürüyüb. Etirazlar hələ də bəzi bölgələrdə davam edir.
|