ABŞ-da Talibanla "anlaşmaya" görə Putinə qarşı sanksiyaların tətbiqi təklif edilib02 İyul 2020, 12:25 (GMT +4) Bakı, 2 iyul, SalamNews. ABŞ Demokrat senatoru Bob Menendez ölkənin müdafiə büdcəsinə Rusiya Prezidenti Vladimir Putin və Rusiya hökumətinə Talibanla "anlaşmaya" görə sanksiyaların tətbiqini nəzərdə tutan düzəlişlər əlavə edib. SalamNews bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Senatorun təklifinə görə, əgər ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Rusiya hökumətinin Əfqanıstandakı Amerika əsgərlərinin öldürülməsinə görə Taliban döyüşçülərinə mükafat verdiyini təsdiqləsə sanksiyalar tətbiq edilməlidir.
Bu, məlumatı sübut edən dəlillərin açıqlanmasından sonra 15 gündən gec olmayaraq tətbiq edilməlidir.
Sanksiyalar standart paketdir. Bura aktivlərin dondurulması, ölkəyə giriş qadağası, habelə Rusiyanın müdafiə və kəşfiyyat sektoru ilə əməkdaşlığa qadağa qoyulması daxildir.
|