Jan Kasteks Fransanın yeni baş naziri təyin olunub03 İyul 2020, 15:20 (GMT +4) Bakı, 3 iyul, SalamNews. Fransa prezidenti administrasiyası rəhbərinin ölkədəki özünütəcrid rejimindən çıxış prosesini idarə edən müavini Jan Kasteks cümə günü Fransanın baş naziri vəzifəsinə təyin olunub.
SalamNews-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Yelisey sarayından məlumat verilib.
Məlumatda deyilir ki, Fransız respublikasının prezidenti Emmanuel Makron Jan Kasteksi baş nazir vəzifəsinə təyin edib və ona hökümətin formalaşdırılmasını həvalə edib.
|