İran səfirliyi AzTV-nin baş redaktoru Etibar Babayevin vəfatı ilə əlaqədar başsağlığı verib03 İyul 2020, 16:11 (GMT +4) Bakı, 3 iyul, SalamNews. İranın Azərbaycandakı səfirliyinin Mətbuat Şöbəsi Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin baş redaktoru Etibar Babayevin vəfatı ilə əlaqədar baş sağlığı verib.
SalamNews xəbər verir ki, bu barədə İranın Azərbaycan Respublikasındakı Səfirliyinin Mətbuat Şöbəsinin sədri Seyid Əli Musəvi məlumat verib.
İran Səfirliyinin Mətbuat Şöbəsinin rəhbərinin başsağlığında deyilir:
“Biz Allahdanıq və Ona tərəf qayıdacağıq.
Böyük təəssüf və kədər hissi ilə xəbər aldıq ki, mətbuat həmkarımız Etibar Babayev vəfat edib. Bu ağrılı xəbər ilə bağlı Azərbaycan Respublikasındakı bütün media üzvlərinə başsağlığı verir və Uca Tanrıdan ona rəhmət diləyirəm. Başsağlığı dəniz qədər böyük kədər qarşısında yalnız bir damladır, ancaq Allahın yazdığı alın yazısı ilə barışmaqdan başqa çarə yoxdur. Bu əziz insanın və Azərbaycan Respublikasının 17 peşəkar jurnalistinin qəfil ölümü hamımıza dünyanın qeyri-sabitliyini xatırladır.
Bir daha özümün və bu səfirlikdəki bütün həmkarlarımın adından media mənsublarına və mərhumun yaxınlarına başsağlığı verir, dost və qardaş ölkə Azərbaycan Respublikasının xalqına Uca Tanrıdan cansağlığı, izzət və başucalığı diləyirəm. Allah bütün ölən müsəlmanlara rəhmət eləsin.
Hörmətlə Seyid Əli Musəvi”
|