Türkiyədə fişəng zavodunda silsilə partlayışlar baş verib, ölən və yaralananlar var03 İyul 2020, 16:30 (GMT +4) Bakı, 3 iyul, SalamNews. Türkiyənin şimal-qərb əyaləti Sakaryada fişəng zavodunda silsilə partlayışlar baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, 74 nəfər yaralanıb. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.
Səhiyyə naziri Fəxrəddin Koca bildirib ki, partlayışların olduğu Hendek bölgəsinə 85 təcili yardım maşını və iki təcili yardım helikopteri göndərilib.
Zavod ərazisində 11 xilasetmə briqadası çalışır.
|