Türkiyədə fişəng zavodunda baş verən partlayışlarda ölənlərin sayı 4-ə yüksəlib 03 İyul 2020, 16:54 (GMT +4) Bakı, 3 iyul, SalamNews. Türkiyənin şimal-qərb əyaləti Sakaryada fişəng zavodunda baş verən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 4 nəfər yüksəlib.
SalamNews "Haberler"ə istinadən xəbər verir ki, 97 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
Partlayışdan sonra zavodda yanğın başlayıb.
Daxili işlər naziri Süleyman Soylu və Səhiyyə naziri Fahrettin Koca hadisə yerinə gedib.
Hər iki nazir ilk olaraq ailələrin gözlədiyi əraziyə baş çəkib, yaralı yaxınları ilə görüşüb.
Hazırda nazirlərin hadisə bölgəsində araşdırması davam edir.
|