Yəmənlilər aviazərbələrə cavab olaraq Səudiyyə ərazisini 4 PUA ilə hədəfə alıblar03 İyul 2020, 17:43 (GMT +4) Bakı, 3 iyul, SalamNews, B.Samid. Mərkəzi qərargahları paytaxtı Sənada yerləşən Yəmən Silahlı Qüvvələri bu gün 4 ədəd PUA ilə Səudiyyə Ərəbistanın ərazisini hədəfə alıb.
SalamNews xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Ordusu və Xalq Komitələri (husilər) bəyanat verib.
Bildirilib ki, Səudiyyə Ərəbistanın aviazərbələrinə cavab olaraq, PUA-larla qarşı tərəf hədəfə alınıb.
Bu arada Səudiyyə Ərəbistanı hərbi koalisiyasının mətbuat xidməti bu gün Yəməndən uçurulan PUA-ların havadan müdafiə tərəfindən vurulduğunu bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası cari ayın 1 və 2- də Yəmən paytaxtı da daxil olmaqla ölkənin müxtəlif əyalətlərinə 60-dan çox hava zərbəsi endirib. Bu hava zərbələri nəticəsində mülki şəxslərdən ölən və yaralananlar olub.
|