Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib

04 İyul 2020, 16:08 (GMT +4)

Bakı, 4 iyul, SalamNews.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2020-cil tarixli 236 nömrəli Qərarına əsasən COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Mingəçevir, Goranboy və Göygöl şəhərləri, Bərdə, Samux, Siyəzən, Şəki və Xaçmaz rayonları daxil olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

SalamNews xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən ərsəyə gətirilən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə də bir sıra yeniliklər tətbiq edilib. Belə ki, 8103 SMS icazə sistemi üzərindən müvafiq kodlar üzrə icazə alarkən cavab mesajında şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi də əks olunur. Bu eyni nömrədən müxtəlif vəsiqə üzrə icazə alan vətəndaşlar arasında çaşqınlıq hallarının yaranmaması, hansı vəsiqə üzrə icazənin verildiyini dəqiq müəyyən etməkdə kömək edir.

icaze.e-gov.az portalında isə 5 iyul tarixinə qədər olan icazələr avtomatik olaraq deaktiv olunacaq. Fəaliyyətinə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə icazə verilən sahələr üzrə çalışan əməkdaşların isə 20 iyul tarixinədək icazələrini işəgötürənlər özləri nəzərdə tutduqları qrafikə uyğun bu gündən aktivləşdirə biləcəklər.

Bundan başqa, fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin icazə.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb. Bunun üçün qurumun möhür səlahiyyətli şəxsi icazə.e-gov.az portalında “İcazələr” bölməsinə daxil olur. Açılmış bölmədə “Əməliyyatlar” sütunundan “ezamiyyə et” düyməsinə klik edilərək müvafiq məlumatlar doldurulur və təsdiq edilir. Əgər əməkdaşın aktiv icazəsi yoxdursa, bu zaman “İcazələr” bölməsinə daxil olaraq “Yeni” düyməsinə klik edərək öncə əməkdaşa icazə əldə etmək lazımdır.

Yeni qaydalara əsasən, “İcazələrin Alınması və Monitorinqi Sistemi” “TƏBİB”in elektron sisteminə inteqrasiya olunduğundan koronavirusa yoluxmuş vətəndaşlar 8103 SMS icazə sistemindən və “E-Təbib” mobil tətbiqindən icazə ala bilmirlər. Həmin vətəndaşlar sağaldıqdan və karantin müddəti bitdikdən sonra onun icazəsinə sistem üzərindən qoyulmuş qadağa aradan qaldırılır.

“İcazələrin Alınması və Monitorinqi Sistemi” Dövlət Sərhəd Xidmətinin elektron sisteminə də inteqrasiya olunub. Digər ölkələrdən Azərbaycana gələnlər nəzərdə tutulan karantin müddəti bitənə qədər 8103 SMS xidmətindən və “E-Təbib” mobil tətbiqindən icazə ala bilməyəcəklər.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Ətraflı məlumat üçün 9108 "Çağrı" Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Rusiyada koronavirusa qarşı peyvəndin ilk partiyası istehsal olunub

İraqda koronavirusa gündəlik yoluxma rekord həddə yüksəlib

İranda koronavirusa yoluxduğu qeydə alınanların sayı 340 mini keçib

Rusiyada son sutkda koronavirusdan 119 nəfər ölüb

Həkim Cavid Paşayev koronavirusdan sağalıb

Operativ Qərargah son günlər koronavirusa yoluxmada baş verən artımın səbəbini açıqlayıb

Hindistan koronavirusa qarşı üç peyvəndi sınaqdan keçirir

ÜST koronavirusun qida ilə ötürülmə ehtimalını dəyərləndirib

Koronavirusa yoluxan Karakas meri vəfat edib

İranda son sutkada 169 nəfərin koronavirusdan ölümü qeydə alınıb

Rusiyada koronavirusa yoluxma hallarının sayı 913 minə yaxınlaşıb

Almaniyada koronavirusa yoluxma hallarının sayı 221 413 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 19 mini ötüb

Bakıdan rayona gedən koronavirus xəstəsi postda saxlanılıb

İranda son sutkada koronavirusdan 188 nəfərin ölümü qeydə alınıb

Dünyada koronavirusla bağlı qeydə alınan son statistika açıqlanıb

İraqda bir sutkaya 3,396 nəfərin koronavirusa yoluxması qeydə alınıb

Rusiyada son sutkada 4 945 nəfər koronavirusa yoluxub

İranda son sutkada 184 nəfərin koronavirusdan ölümü qeydə alınıb

Dünyada ilk dəfə koronavirus vaksini Rusiyada qeydiyyatdan keçib

15 Avqust 2020, 18:12 (GMT +4)
Həkim-reanimatoloq Cavid Paşayev sağalaraq evə yazılıb

15 Avqust 2020, 17:00 (GMT +4)
Baş Nazir kənd inzibati ərazi dairələrilə bağlı qərar imzalayıb

15 Avqust 2020, 16:58 (GMT +4)
Minskdə aksiyalar zamanı ölən Aleksandr Taraykovski ilə vida mərasimi keçirilir

15 Avqust 2020, 16:48 (GMT +4)
Azərbaycanda qaz hasilatı artıb

15 Avqust 2020, 16:28 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvəndin ilk partiyası istehsal olunub

15 Avqust 2020, 16:23 (GMT +4)
Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlanıb

15 Avqust 2020, 16:20 (GMT +4)
İraqda koronavirusa gündəlik yoluxma rekord həddə yüksəlib

15 Avqust 2020, 16:00 (GMT +4)
Xaçmazda narkotik becərən şəxslər saxlanılıb

15 Avqust 2020, 15:56 (GMT +4)
ABŞ və Fransa Yunanıstan və Türkiyə arasındakı dialoqun tərəfdarıdır

15 Avqust 2020, 15:49 (GMT +4)
Səudiyyə Ərəbistanı hökmən İsraillə əlaqələri normallaşdıracaq – Carid Kuşner

15 Avqust 2020, 15:31 (GMT +4)
Pandemiya: Dünyada COVID-19-a yoluxanların sayı 21,357 milyonu keçib

15 Avqust 2020, 15:23 (GMT +4)
Lukaşenko və Putin Belarusdakı vəziyyəti müzakirə edib

15 Avqust 2020, 15:16 (GMT +4)
QMİ: Operativ Qərargahın dini mərasimlərlə bağlı verdiyi qərarlara riayət etmək zəruridir

15 Avqust 2020, 15:00 (GMT +4)
AQTA kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar haqqında açıqlama yayıb (FOTO)

15 Avqust 2020, 14:57 (GMT +4)
Pandemiya: Dünyada COVID-19-a yoluxanların sayı 21,357 milyonu keçib

15 Avqust 2020, 14:48 (GMT +4)
Lukaşenko saxlanmış “Vaqner” əməkdaşlarını Moskvaya təhvil verib

15 Avqust 2020, 14:33 (GMT +4)
İranda koronavirusa yoluxduğu qeydə alınanların sayı 340 mini keçib

15 Avqust 2020, 14:30 (GMT +4)
Gömrükçülər külli miqdarda siqaretin ölkəyə keçirilməsinin qarşısını alıb

15 Avqust 2020, 14:01 (GMT +4)
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilməyə başlanıb

15 Avqust 2020, 13:57 (GMT +4)
Lukaşenko Putinlə əlaqə yaratmaq niyyətində olduğunu açıqlayıb

15 Avqust 2020, 13:41 (GMT +4)
Sepah BƏƏ-nin İsraillə əlaqələri rəsmiləşdirməsini böyük xəyanət adlandırıb

15 Avqust 2020, 13:35 (GMT +4)
Sabah Bakıda hava dəyişkən buludlu və küləkli olacaq

15 Avqust 2020, 13:20 (GMT +4)
Fransada kar və lallar üçün xüsusi maskalar istehsal ediləcək

15 Avqust 2020, 13:06 (GMT +4)
Rusiyada son sutkda koronavirusdan 119 nəfər ölüb

15 Avqust 2020, 13:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

15 Avqust 2020, 12:51 (GMT +4)
TƏBİB: Aşura günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək

15 Avqust 2020, 12:50 (GMT +4)
Həkim Cavid Paşayev koronavirusdan sağalıb

15 Avqust 2020, 12:33 (GMT +4)
Həsən Ruhani BƏƏ-İsrail əlaqələrinin rəsmiləşməsinə münasibət bildirib

15 Avqust 2020, 12:30 (GMT +4)
Samirə Musayeva: Toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq

15 Avqust 2020, 12:20 (GMT +4)
Faktiki hava: Ölkənin bəzi ərazilərində şimşək çaxıb, yağış yağıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66