DİN: Borclu şəxs qismində axtarılan altı nəfər saxlanılıb06 İyul 2020, 15:38 (GMT +4) Bakı, 6 iyul, SalamNews.Ötən gün ərzində törədilmiş 24 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış iki cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə yeddi nəfər, o cümlədən borclu şəxs qismində axtarılan altı nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli yeddi fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.
|