Rəsmi Moskva İranın nüvə obyektindəki partlayışa münasibət bildirib06 İyul 2020, 14:40 (GMT +4) Bakı, 6 iyul, SalamNews, B.Samid. “İranın Nətənz nüvə obyektindəki hadisə barədə tələsik nəticə çıxarmaq doğru deyil.”
SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Bildirilib ki, İranın Nətənz nüvə obyektindəki hadisə ilə bağlı tələsik fikir bildirmək və nəticə elan etmək doğru deyil.
Rusiya XİN mənbələrinin bu açıqlamasında hadisənin və onun ətrafında baş verən olayların geniş şəkildə araşdırılması tələb edilib.
Xarici KİV-lər iddia edir ki, ötən həftə İranın Nətənz nüvə obyektində uranın zənginləşdirilməsi üçün lazım olan sentrifuqa cihazlarının montaj edildiyi obyektlərdən birində baş verən hadisə bura gətirilən bomba vasitəsilə həyata keçirilib.
İran tərəfi isə hadisənin səbəbinin araşdırıldığını yekun açıqlamanın yaxın zamanlarda ictimaiyyətə çatdırılacağını bildirib.
|