Putin Nazarbayevi yubileyi münasibəti ilə təbrik edib06 İyul 2020, 15:26 (GMT +4) Bakı, 6 iyul, SalamNews. Rusiya lideri Vladimir Putin telefon əlaqəsi saxlayaraq Nursultan Nazarbayevi 80 illik yubileyi münasibəti ilə təbrik edib.
SalamNews RT-yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın ilk prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Söhbət əsnasında Vladimir Putin, elbaşını 80 yaşı münasibətilə ürəkdən təbrik edib, ona cansağlığı, tükənməz enerji və dost Qazaxıstan xalqının rifahı üçün işlərdə uğurlar arzulayıb", məlumatda deyilir.
Putin qeyd edib ki, Nazarbayevin siyasi uzaqgörənliyi və geniş təcrübəsi bundan sonra da ikitərəfli əməkdaşlığı dərinləşdirmək və genişləndirməyə kömək etməyə davam edəcək.
İyulun 6-da Nazarbayev 80 yaşını qeyd edir.
|