Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Neftçalada içməli su problemini aradan qaldırmaq üçün su çənləri quraşdırılıb

07 İyul 2020, 10:48 (GMT +4)

Bakı, 7 iyul, SalamNews.İçməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərində və rayonun bir sıra kəndlərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə təxirasalınmaz tədbirlər davam etdirilir. Şəhərdə və bəzi kəndlərdə sakinlərin suya əlçatanlığını təmin etmək üçün çənlər quraşdırılır.

“Azərsu” ASC-dən SalamNews-a bildirilib ki, Kür çayında suyun azalması və Xəzər dənizinin suyunun çaya qarışması çaydakı suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız vəziyyətə gətirib. Rayon mərkəzinin, eləcə modul tipli sutəmizləyici qurğular olan kənd və qəsəbələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə “Azərsu” ASC, Neftçala Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi tərəfindən birgə tədbirlər görülür. Salyan şəhərindən Neftçalaya suyun daşınması məqsədilə 18 sudaşıyan nəqliyyat vasitəsi ayrılıb. Daşınan suyun bərabər paylanması və qənaətli istifadəsi məqsədilə Neftçala şəhərinin müxtəlif məhəllələrində, bəzi kənd və qəsəbələrdə hər birinin tutumu 5 kubmetr olan 37 ədəd su çəni quraşdırılıb. Yaxın günlərdə belə çənlərin sayı 44-ə çatdırılacaq.

Su çənləri “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən yuyulub dezinfeksiya edilib. Mərkəzi Laboratoriyanın səyyar laboratoriyalar vasitəsilə nümunələr götürülərək analizlər aparılıb və istifadəsinə icazə verilib. Eyni zamanda, səyyar laboratoriyalar tərəfindən suyun keyfiyyəti mütəmadi olaraq nəzarətdə saxlanılır. Su çənlərindən suyun götürülməsinə və bərabər paylanmasına nəzarət olunur, israfçılığa yol verilməməsi üçün əhali arasında maarifləndirmə işləri aparılır. Çənlərin mütəmadi olaraq su ilə doldurulması məqsədilə sudaşıyan nəqliyyat vasitələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Qeyd edək ki, Neftçala şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən yeni layihənin icrasına başlanıb. Şəhəri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 44 km uzunluğunda yeni magistral su kəmərinin və 7500 kubmetr tutumu olan su anbarının tikintisi davam etdirilir. Magistral su xəttinin tikintisi cari ilin sonuna qədər başa çatdırılacaq və kəmər mövcud içməli su şəbəkəsinə birləşdiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Azərsu" 2 gün xüsusi rejimdə fəaliyyət göstərəcək

“Azərsu” modul tipli qurğuları təmir edəcək

“Azərsu” nasosların təmiri üçün şirkət axtarır

“Azərsun Holdinq” ulu öndərin xatirəsini silsilə tədbirlərlə anıb

“Azərsun” Qələbə Günü münasibətilə yüzlərlə ailəyə sovqat paylayıb

“Azərsun” yüzlərlə aztəminatlı ailəyə Ramazan sovqatı paylayıb

ASAN könüllüləri və “Azərsun” polislərə dəstək göstərib (FOTOLAR)

“Azərsu” sayğacların oxunmasını müvəqqəti dayandırır

“Azərsun” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat köçürüb

“Azərsun Holdinq”: Ölkədə qida təminatı ilə bağlı sıxıntı olmayacaq (FOTO)

“Azərsun Holdinq” kollektivi sosial qayğıya ehtiyacı olan insanları ziyarət edib

“Azərsun” Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb

Azərsun yerli məhsullara dəstək məqsədilə möhtəşəm aksiyaya start verib

“Azərsun Holdinq”də qanvermə aksiyası keçirilib (FOTO)

“Azərsun” Gənclər Gününə həsr olunmuş sosial aksiyaya qoşulub

“Azərsun Holdinq”in kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

“Azərsun Holdinq”də 20 yanvar faciəsinin qurbanları anılıb

“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

Prezident İlham Əliyev “Azərsu” ASC-ə 5 milyon manat ayırıb

“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib

12 Avqust 2020, 13:34 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

12 Avqust 2020, 13:21 (GMT +4)
İsrail bir aya 429 fələstinlini həbs edib

12 Avqust 2020, 13:00 (GMT +4)
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir

12 Avqust 2020, 12:50 (GMT +4)
DİM: Sabah 19197 abituriyent qəbul imtahanı verəcək

12 Avqust 2020, 12:30 (GMT +4)
İcra başçısı Mirhəsən Seyidov Tovuzda yaralanan zabiti ziyarət edib

12 Avqust 2020, 12:11 (GMT +4)
24 subartezian quyusunun qazılmasına 756 min manat ayrılıb

12 Avqust 2020, 11:57 (GMT +4)
Beynəlxalq Gənclər Gününə həsr olunmuş Onlayn Konfrans keçirilib (FOTO)

12 Avqust 2020, 11:52 (GMT +4)
Kərbəla ziyarətgahı məhərrəm ayına hazırlaşır (FOTO)

12 Avqust 2020, 11:45 (GMT +4)
Təhsil naziri Türkiyə səfiri ilə görüşüb

12 Avqust 2020, 11:30 (GMT +4)
"Azercell"in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək

12 Avqust 2020, 11:27 (GMT +4)
Sudanın cənubunda silahlı qarşıdurmada 81 nəfər ölüb

12 Avqust 2020, 11:15 (GMT +4)
Azərbaycan Premyer Liqası: Yeni mövsümün püşkü atılacaq

12 Avqust 2020, 11:00 (GMT +4)
AMB Ani Ödənişlər Sistemini pilot rejimində istifadəyə təqdim edib

12 Avqust 2020, 10:45 (GMT +4)
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edilib

12 Avqust 2020, 10:34 (GMT +4)
İsrail hava və qurudan Qəzzaya zərbələr endirib, yaralananlar var

12 Avqust 2020, 10:15 (GMT +4)
BNA: Xətlərə rekord sayda avtobus çıxarılıb

12 Avqust 2020, 10:12 (GMT +4)
İraq Türkiyə səfirini Bağdadda XİN-ə çağırıb

12 Avqust 2020, 10:00 (GMT +4)
BDU 2020/2021-ci tədris ilində əlavə təhsil almaq üçün tələbə qəbulu elan edir

12 Avqust 2020, 09:46 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 35 dəfə pozub

12 Avqust 2020, 09:36 (GMT +4)
İran Kəşfiyyatı ölkədə beş cəsus qrupunun ələ keçdiyini bildirib

12 Avqust 2020, 09:31 (GMT +4)
Dünyada koronavirusla bağlı qeydə alınan son statistika açıqlanıb

12 Avqust 2020, 09:15 (GMT +4)
Dövlət Komitəsi AYB üzvünün uşaqlarla bağlı kitabına münasibət bildirib

12 Avqust 2020, 09:12 (GMT +4)
Türkiyənin hava zərbələri nəticəsində İraq Ordusunun 3 hərbçisi ölüb

12 Avqust 2020, 09:01 (GMT +4)
"Azəriqaz": Son 5 ildə yeni əhali abonentlərinin sayı yarım milyonu ötüb

11 Avqust 2020, 18:06 (GMT +4)
Müdafiə Nazirliyi Nəcməddin Sadıqov barədə yayılan informasiyalara aydınlıq gətirib

11 Avqust 2020, 18:00 (GMT +4)
Bakının mərkəzi küçələrindən daha biri əsaslı şəkildə təmir edilib

11 Avqust 2020, 17:30 (GMT +4)
Sabahdan şagirdlərin elektron yerdəyişməsi başlayır

11 Avqust 2020, 17:16 (GMT +4)
İraqda bir sutkaya 3,396 nəfərin koronavirusa yoluxması qeydə alınıb

11 Avqust 2020, 17:15 (GMT +4)
Abşeronda gigiyena qaydalarını pozan bələdiyyə əməkdaşı cərimələnib

11 Avqust 2020, 17:01 (GMT +4)
Tovuzda qəzalı vəziyyətə düşən evlərin söküntüsünə başlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66