ABŞ-da son sutkada 200-dən çox insan COVID-19-dan ölüb 06 İyul 2020, 17:31 (GMT +4) Bakı, 6 iyul, SalamNews. ABŞ-da son sutkada 49 mindən çox yeni koronavirusa yoluxma halı aşkar edilib, 200-dən çox insan ölüb.
SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Universitetdən verilən məlumata görə, son 24 saat ərzində ABŞ-da 49 199 yoluxma hadisəsi qeydə alınıb, 271 xəstə COVID-19-dan ölüb. Bir gün əvvəl bu göstəricilər 45 283 və 242 olub.
ABŞ-da ümumilikdə 2.888.730 yoluxma hadisəsi aşkar edilib, 906.763 nəfər sağalıb, 129.947 nəfər ölüb.
|