Fransız polisi İtaliyadan gələn yük maşınında mühacirlər aşkar edib06 İyul 2020, 18:00 (GMT +4) Bakı, 6 iyul, SalamNews. Fransız polisi İtaliyadan gələn yük maşınında 11 mühacir aşkar edib. SalamNews RİA Novosti-yə istinadən xəbər verir ki, məlumatı bazar ertəsi “Francetvinfo” portalı yayıb.
Qanunsuz sərnişinlər Fransanın cənub-şərqindəki Provans-Alp-Mavi sahil bölgəsində yerləşən Var departamentində aşkar ediliblər. Nəqliyyat vasitəsindəki şərtlərin uyğunsuzluğu səbəbilə İraq, Pakistan və Əfqanıstandan olan mühacirlərin özlərini pis hiss etdikləri bildirilir.
“Figaro” xəbər verir ki, bununla belə, heç kimi xəstəxanaya yerləşdirməyə ehtiyac qalmayıb. Fransanın hüquq-mühafizə orqanları hazırda onların hansı yolla yük maşınına mindirildiklərini araşdırır.
|