Əgər İrana qarşı silah enbarqosu uzadılsa nüvə sazişi öləcək – Səfir06 İyul 2020, 17:56 (GMT +4) Bakı, 6 iyul, SalamNews, B.Samid. “Amerikanın BMT Təhlükəsizlik Şurasında silah enbarqosunun uzadılması ilə bağlı cəhdləri baş tutsa və bu saziş uzadılsa nüvə sazişi öləcək.”
SalamNews Sputnik-ə istinadla xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazim Cəlali verdiyi açıqlamada deyib.
İranın səfiri bildirib ki, ABŞ oktyabrda bitəcək silah enbarqosunun müddətinin artırılması üçün hazırda canfəşanlıq edir və əgər bu baş tutsa nüvə sazişi ölmüş hesab ediləcək.
Qeyd edək ki, ABŞ, dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişindən birtərəfli qaydada çıxdıqdan sonra rəsmi Tehrana qarşı sərt sanksiyalara başlayıb. İran, sazişdə qalan Avropa dövlətlərinin neftin satışı və maliyyə köçürmələrilə bağlı vədlərinin yerinə yetirilmədiyinə görə anlaşmadakı bəzi öhdəliklərini tədricən azaldıb. ABŞ son ayda İrana qarşı yeni addım atıb və sazişdə yer alan, silah enbarqosunun müddətinin bitməsinə qarşı çıxıb və Avropa dövlətlərini də bu işə cəlb etməyə çalışır. Avropa dövlətləri, cari ilin oktyabrında bitəcək silah enbarqosunun müddətinin artırılmasında maraqlı olduğunu bildirdikdən sonra, İran da nüvə sazişinin tam şəkildə aradan getməsilə bağlı xəbərdarlıq edib.
|