Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1 112 müraciət daxil olub

09 İyul 2020, 09:01 (GMT +4)

Bakı, 9 iyul, SalamNews. Bu ilin ikinci rübündə vətəndaş müraciətləri ilə bağlı Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i tərəfindən 595 zəng qəbul edilib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, daxil olan zənglərin 358-i enerji təchizatı, 49-u qaz təchizatı, 39-u elektrik və qaz sayğaclarının quraşdırılması, 1-i mərkəzi istilik sistemi, 87-i isə digər məsələlərlə bağlı olub. Zənglərin 59-nu təşəkkür xarakterli, 2-ni isə Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər təşkil edib.

Ümumilikdə bu ilin 6 ayı ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1112 zəng qəbul edilib ki, bunların 652-i enerji təchizatı, 97-i qaz təchizatı, 81-i sayğaclaşdırma, 5-i mərkəzi istilik sistemi, 101-i təşəkkür, 153-ü isə digər məsələlərlə bağlı müraciətləri əhatə edib. Zənglərin 23-ü Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər olub.

Bu dövrdə daxil olan bütün zənglər çevik şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər operativ şəkildə aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində yarana biləcək təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Energetika Nazirliyində vətəndaşların müraciətlərinin qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilməkdədir.

Xüsusi karantin rejiminin davam etdiyi müddət ərzində vətəndaşlar müraciətlərini nazirliyin (012) 598-16-55 “Qaynar xətt”i, “974” Çağrı Mərkəzi, (012) 598-16-53/54 telefon nömrəsi, www.minenergy.gov.az internet səhifəsi, minenergy@minenergy.gov.az elektron poçt ünvanı və facebook səhifəsi vasitəsilə ünvanlaya bilərlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

08 Avqust 2020, 17:00 (GMT +4)
Nazirlik: Beynəlxalq sertifikatlı mütəxəssis hazırlanacaq

08 Avqust 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

08 Avqust 2020, 16:43 (GMT +4)
Azərbaycanda sahilboyu ərazilərin tullantılardan təmizlənməsinə başlanılıb

08 Avqust 2020, 16:32 (GMT +4)
Əfqanıstanın Ağsaqqallar Şurası Talibanın 400 təhlükəli üzvünün sərbəst buraxılmasına razılıq verib

08 Avqust 2020, 16:31 (GMT +4)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir

08 Avqust 2020, 16:15 (GMT +4)
Zərdabda karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edənlər saxlanılıb

08 Avqust 2020, 16:01 (GMT +4)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

08 Avqust 2020, 15:51 (GMT +4)
Bakı-Sumqayıt yolunun kənarında yanğın baş verib

08 Avqust 2020, 15:48 (GMT +4)
BMT TŞ ABŞ-ın İrana qarşı silah enbarqosu layihəsini rədd edəcək – Mənbə

08 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 105-ə qədər azalıb, 360 nəfər isə sağalıb

08 Avqust 2020, 15:30 (GMT +4)
Qubada avtomobil oğrusu saxlanılıb 

08 Avqust 2020, 15:15 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 97 obyektdə sanitar-epidemioloji tələblər pozulub

08 Avqust 2020, 15:00 (GMT +4)
Şahbaz Muradov Prezidentin fəxri diplomu ilə təltif edilib

08 Avqust 2020, 14:51 (GMT +4)
Somali paytaxtında hərbi qərargahda şiddətli partlayış törədilib, ölənlər var

08 Avqust 2020, 14:45 (GMT +4)
Tovuzda top mərmisi aşkarlanıb

08 Avqust 2020, 14:30 (GMT +4)
Mingəçevirdən Bakıya sərnişin daşımağa cəhd edən sürücü həbs olunub

08 Avqust 2020, 14:15 (GMT +4)
Həyətində narkotik becərən Xızı sakini saxlanılıb

08 Avqust 2020, 14:08 (GMT +4)
İranda son sutkada 132 nəfər koronavirusdan vəfat edib

08 Avqust 2020, 14:00 (GMT +4)
Təhsil Nazirliyinə 7 milyon manat ayrılıb 

08 Avqust 2020, 13:45 (GMT +4)
Səbaildə qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb

08 Avqust 2020, 13:33 (GMT +4)
Livana yardım məqsədilə donorların beynəlxalq toplantısı keçirilir

08 Avqust 2020, 13:30 (GMT +4)
Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb

08 Avqust 2020, 13:16 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 Avqust 2020, 13:00 (GMT +4)
“GələcəyimİZ Gənclərdir” adlı onlayn festival keçiriləcək

08 Avqust 2020, 12:50 (GMT +4)
TƏBİB: Təcili tibbi yardımda çalışanlar arasında koronavirusdan ölüm halları çox olub

08 Avqust 2020, 12:44 (GMT +4)
Türkiyə prezidentinin yardımçısı Beyruta gedib

08 Avqust 2020, 12:40 (GMT +4)
Operativ Qərargah: Metro hələlik açılmayacaq

08 Avqust 2020, 12:32 (GMT +4)
Prezidentin köməkçisi: Məscidlərin açılması müzakirə olunmur

08 Avqust 2020, 12:30 (GMT +4)
Təhsil naziri rektorlarla videogörüş keçirib

08 Avqust 2020, 12:21 (GMT +4)
İraqın yeni baş naziri İrandan sonra ABŞ-a gedir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66