Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib 

08 İyul 2020, 15:39 (GMT +4)

Bakı, 8 iyul, SalamNews. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz funksiyalarını ölkəmizin ərazisində koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşını almaq məqsədilə həyata keçirilən dövlət tədbirləri çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və qaydalara uyğun olaraq yerinə yetirir.

Komitə sədri Rövşən Rzayev növbəti videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Komitədən SalamNews-a verilən məlumata görə, Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi, qlobal pandemiya ilə bağlı fövqəladə şəraitdə əhalinin təhlükəsizliyinin qorunması, koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Belə şəraitdə yalnız dövlət tərəfindən həyata keçirilən tədbirlərin deyil, bütün cəmiyyətin, o cümlədən qaçqınların və məcburi köçkünlərin sosial məsuliyyətdən irəli gələn addımlarının, görülən işlərə dəstəyinin vacibliyi qeyd edilib. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilir. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

Komitə sədrinin videoqəbulu dörd saatdan çox davam edib. Əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınıb. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq və digər məsələlərlə əlaqədar olub.
Qeyd edək ki, (012) 525-41-03 və ya (055) 900-12-40 nömrəli telefonlara zəng etməklə komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazılmaq olar. Bu zaman vətəndaş özü haqqında məlumat, əlaqə üçün telefon nömrəsi verməli və hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməlidir. Videoqəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən zəng edilməklə aparılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 Avqust 2020, 18:10 (GMT +4)
Yaqut Qarayeva: Yeni laboratoriyaalrın açılması və aparılan testlərin artırılıması gözlənilir

03 Avqust 2020, 17:55 (GMT +4)
Operativ Qərargah çimərliklərdən istifadə qaydasını açıqlayıb

03 Avqust 2020, 17:46 (GMT +4)
İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb

03 Avqust 2020, 17:44 (GMT +4)
Livanın yeni xarici işlər nazirinin kimliyi müəyyənləşib

03 Avqust 2020, 17:41 (GMT +4)
İndoneziyada 22,5 mindən çox insan daşqınların yaratdığı fəsadlardan əziyyət çəkir

03 Avqust 2020, 17:40 (GMT +4)
Hikmət Hacıyev: Avqustun 5-dən etibarən müvafiq qrafik əsasında imtahanlar təşkil olunacaq

03 Avqust 2020, 17:23 (GMT +4)
KİV: Dünyanın ən zəngin ölkələri kütləvi şəkildə COVID-19 peyvəndi alır

03 Avqust 2020, 17:15 (GMT +4)
Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxub, 647 nəfər sağalıb

03 Avqust 2020, 16:58 (GMT +4)
Kolumbiyada koronavirusa yoluxmada rekord artım qeydə alınıb

03 Avqust 2020, 16:50 (GMT +4)
Azərbaycanda avqustun 31-dək qüvvədə olan məhdudiyyətlər açıqlanıb

03 Avqust 2020, 16:43 (GMT +4)
Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verib

03 Avqust 2020, 16:28 (GMT +4)
Xüsusi karantin rejimi 13 şəhər və rayonda tətbiq olunacaq

03 Avqust 2020, 16:26 (GMT +4)
Əfqanıstanda həbsxanaya hücumda ölənlərin sayı 30-u keçib, doqquz İŞİD-çi məhv edilib

03 Avqust 2020, 16:24 (GMT +4)
DİN sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib

03 Avqust 2020, 16:18 (GMT +4)
KİV: Somalinin paytaxtında partlayış baş verib

03 Avqust 2020, 15:58 (GMT +4)
Kiyevdə naməlum şəxs iş mərkəzini partlatmaqla hədələyir

03 Avqust 2020, 15:53 (GMT +4)
General Polad Həşimov haqqında kitab nəşr olunub

03 Avqust 2020, 15:32 (GMT +4)
El Pais: Bolton Trampı "mənəviyyatsız" prezident hesab edir

03 Avqust 2020, 15:26 (GMT +4)
MN: Ermənilər Azərbaycanın Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açıb

03 Avqust 2020, 15:15 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 17 mini ötüb

03 Avqust 2020, 15:10 (GMT +4)
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub

03 Avqust 2020, 14:58 (GMT +4)
Braziliyada koronavirusa yoluxanların sayı 2,7 milyonu keçib

03 Avqust 2020, 14:45 (GMT +4)
İraqda növbədənkənar parlament seçkilərinin zamanı açıqlanıb

03 Avqust 2020, 14:40 (GMT +4)
BDYPİ: 688 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

03 Avqust 2020, 14:18 (GMT +4)
Çin ABŞ-ı milli təhlükəsizlik bəhanəsilə xarici şirkətlərə təzyiq göstərməməyə çağırıb

03 Avqust 2020, 13:57 (GMT +4)
Lukaşenko xalqa və Parlamentə müraciət ünvanlayacaq

03 Avqust 2020, 13:51 (GMT +4)
Polis ictimai nəqliyyatda nəzarət tədbirlərini davam etdirir

03 Avqust 2020, 13:46 (GMT +4)
Suriya Hərbi Hava Qüvvələri İdlibdə «Ən-Nusra»nın böyük silah anbarını hədəfə alıb

03 Avqust 2020, 13:25 (GMT +4)
ABŞ Rusiya əleyhinə sanksiyaların ləğvi üçün şərtlərini açıqlayıb

03 Avqust 2020, 13:20 (GMT +4)
DİM abituriyentlərə müraciət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66