Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında telefon danışığı olub

08 İyul 2020, 10:14 (GMT +4)

Bakı, 8 iyul, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə telefonla zəng edib.

SalamNews xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir.

Dövlətimizin başçısı COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırdığını qeyd edib.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətinə qısa müddətdə cavab verdiyinə görə Baş katibə təşəkkürünü çatdırıb və BMT-nin 130-dan çox üzv dövlətinin bu təşəbbüsü dəstəklədiyini vurğulayıb.

Dövlətimizin başçısı BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirib.

BMT-nin Baş katibi Antonio Quterreş telefon zənginə görə Prezident İlham Əliyevə təşəkkür edib. Baş katib BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. Eyni zamanda, Baş katib Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışdığını bildirib.

Prezident Ilham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 Avqust 2020, 12:07 (GMT +4)
Bakıda gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir 

04 Avqust 2020, 11:50 (GMT +4)
ABŞ tezliklə Əfqanıstandakı qüvvələrinin sayını 4 minə endirəcəyini bildirib

04 Avqust 2020, 11:39 (GMT +4)
ABŞ-da helikopter batıb, itkin düşənlər var

04 Avqust 2020, 11:23 (GMT +4)
BNA sərnişindaşıma şirkətlərinə xəbərdarlıq edib

04 Avqust 2020, 11:13 (GMT +4)
ABŞ dövlət katibi Talibanın lideri ilə danışıqlar aparıb

04 Avqust 2020, 11:10 (GMT +4)
Cənubi Koreyada leysan yağışları 12 nəfərin ölümünə səbəb olub

04 Avqust 2020, 10:59 (GMT +4)
Azərbaycanda tanınmış ruhani uzun sürən xəstəlikdən sonra vəfat edib

04 Avqust 2020, 10:54 (GMT +4)
Polşa baş naziri ölkəsinin Rusiyanı niyə xoşlamadığına aydınlıq gətirib

04 Avqust 2020, 10:43 (GMT +4)
DMX-nin sabiq rəisi Firudin Nəbiyev dünyasını dəyişib

04 Avqust 2020, 10:20 (GMT +4)
KİV: İspaniyanın keçmiş kralı ölkəni tərk edib

04 Avqust 2020, 09:56 (GMT +4)
Milli Məclisin deputatı Fəttah Heydərov vəfat edib

04 Avqust 2020, 09:46 (GMT +4)
Liviyanın beynəlxalq Misrata hava limanında şiddətli yanğın baş verib

04 Avqust 2020, 09:45 (GMT +4)
Müdafiə Nazirliyi: Tovuz, Gədəbəydəki mövqelərimiz atəşə tutulub

04 Avqust 2020, 09:43 (GMT +4)
Türkiyədə təhlükəli terrorçu zərərsizləşdirilib

04 Avqust 2020, 09:43 (GMT +4)
Firuzə Sultan-zadə: Su ehtiyatı ilə bağlı problemləri məktəblilər arasında müzakirə mövzusuna çevirmişik

04 Avqust 2020, 09:15 (GMT +4)
Tramp bu il COVID-19 peyvəndinin əldə ediləcəyindən əmindir

04 Avqust 2020, 09:12 (GMT +4)
İsrail Suriyanın cənubunu hədəfə alıb, havadan müdafiə hərəkətə keçib

04 Avqust 2020, 09:03 (GMT +4)
Bakıda mənzilə girərək quldurluq törədən şəxslərdən biri saxlanılıb

03 Avqust 2020, 18:10 (GMT +4)
Yaqut Qarayeva: Yeni laboratoriyaalrın açılması və aparılan testlərin artırılıması gözlənilir

03 Avqust 2020, 17:55 (GMT +4)
Operativ Qərargah çimərliklərdən istifadə qaydasını açıqlayıb

03 Avqust 2020, 17:46 (GMT +4)
İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb

03 Avqust 2020, 17:44 (GMT +4)
Livanın yeni xarici işlər nazirinin kimliyi müəyyənləşib

03 Avqust 2020, 17:41 (GMT +4)
İndoneziyada 22,5 mindən çox insan daşqınların yaratdığı fəsadlardan əziyyət çəkir

03 Avqust 2020, 17:40 (GMT +4)
Hikmət Hacıyev: Avqustun 5-dən etibarən müvafiq qrafik əsasında imtahanlar təşkil olunacaq

03 Avqust 2020, 17:23 (GMT +4)
KİV: Dünyanın ən zəngin ölkələri kütləvi şəkildə COVID-19 peyvəndi alır

03 Avqust 2020, 17:15 (GMT +4)
Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxub, 647 nəfər sağalıb

03 Avqust 2020, 16:58 (GMT +4)
Kolumbiyada koronavirusa yoluxmada rekord artım qeydə alınıb

03 Avqust 2020, 16:50 (GMT +4)
Azərbaycanda avqustun 31-dək qüvvədə olan məhdudiyyətlər açıqlanıb

03 Avqust 2020, 16:43 (GMT +4)
Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verib

03 Avqust 2020, 16:28 (GMT +4)
Xüsusi karantin rejimi 13 şəhər və rayonda tətbiq olunacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66