İran vurulan təyyarənin kompensasiyası ilə bağlı Ukrayna ilə danışıqlar təklifini rədd edib08 İyul 2020, 16:48 (GMT +4) Bakı, 8 iyul, SalamNews. Tehran, Kiyevin Ukrayna Beynəlxalq Hava Yollarına aid təyyarənin kompensasiya ödənişi ilə bağlı danışıqlara başlamaq təklifini rədd edib.
SalamNews xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirinin müavini Yevgeni Yenin "BBC"yə verdiyi müsahibədə bildirib.
"Bizə Tehrandan məlumat gəldi ki, İran tərəfi Kiyevin təyyarəyə dair danışıqlar təklifini qəbul etməyə hazır deyil", o deyib.
Yenin fikrincə hər şey İranın iradəsindən asılıdır, Ukrayna hələ ki məsələni BMT beynəlxalq məhkəməsi vasitəsi ilə həll etmək niyyətində deyil.
Ötən gün Yenin Kiyevin yanvarın 8-də vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing" təyyarəsi ilə bağlı BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edə biləcəyini açıqlamışdı.
"İlk gündən anlayırıq ki, gec və ya tez BMT məhkəməsinə müraciət etmək məcburiyyətində qalacağıq", Yenin bildirmişdi.
|