Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Qaradağda yaşadığı evin zirzəmisində çayxana işlədən şəxs həbs edilib

09 İyul 2020, 16:35 (GMT +4)

Bakı, 9 iyul, SalamNews. Ölkəmizdə dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu vaxtda mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə maneə törədən hüquqazidd əməllərə qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan SalamNews-a verilən məlumata görə, Qaradağ rayon sakini Cavanşir Dilavərovun ölkə ərazisindəki xüsusi karantin rejiminin tələblərini pozaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı daxil olmuş məlumat əsasında Qaradağ rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Cavanşir Dilavərovun sanitariya-gigiyena və karantin qaydalarını pozaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yaşadığı evin zirzəmisində çayxana işlətməsinə əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd edilən obyektin fəaliyyət göstərməsi və orada müştərilərin olması müəyyən edilib, eyni zamanda Cavanşir Dilavərovun törətmiş olduğu qanunsuz əməlləri etiraf etməsi audio-video çəkilişlə qeydə alınıb.

Faktla bağlı toplanmış material üzrə Qaradağ rayon prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb və qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Qaradağ rayon məhkəməsinə göndərilib.

Məhkəmənin müvafiq qərarına əsasən Cavanşir Dilavərov inzibati məsuliyyətə cəlb olunaraq barəsində 10 gün müddətinə inzibati həbs seçilib.

Bundan başqa, xüsusi karantin rejiminin tələblərinə zidd olaraq Emin Qədimov, Sahib Həmidli və Vüsal Məhərrəmlinin ölkə ərazisi üzrə nəzərdə tutulan SMS icazəsi olmadan küçədə hərəkət etdikləri müəyyən edildiyinə görə barələrində Xətai rayon prokurorluğu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq, qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Xətai rayon məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarları ilə hər 3 şəxs barəsində cərimə və inzibati həbs növündə inzibati tənbeh tədbirləri tətbiq edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğu vətəndaşlara müraciət edərək xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına, o cümlədən hər hansı qanunsuz fəaliyyətlə məşğul olmamağa çağırır.

Bildirmək istəyirik ki, xüsusi karantin rejiminin tələblərinə əməl etməyərək qanun pozuntularına yol vermis şəxslərin daha ciddi məsuliyyət tədbirlərinə cəlb edilmələri təmin olunacaqdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 Avqust 2020, 18:10 (GMT +4)
Yaqut Qarayeva: Yeni laboratoriyaalrın açılması və aparılan testlərin artırılıması gözlənilir

03 Avqust 2020, 17:55 (GMT +4)
Operativ Qərargah çimərliklərdən istifadə qaydasını açıqlayıb

03 Avqust 2020, 17:46 (GMT +4)
İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb

03 Avqust 2020, 17:44 (GMT +4)
Livanın yeni xarici işlər nazirinin kimliyi müəyyənləşib

03 Avqust 2020, 17:41 (GMT +4)
İndoneziyada 22,5 mindən çox insan daşqınların yaratdığı fəsadlardan əziyyət çəkir

03 Avqust 2020, 17:40 (GMT +4)
Hikmət Hacıyev: Avqustun 5-dən etibarən müvafiq qrafik əsasında imtahanlar təşkil olunacaq

03 Avqust 2020, 17:23 (GMT +4)
KİV: Dünyanın ən zəngin ölkələri kütləvi şəkildə COVID-19 peyvəndi alır

03 Avqust 2020, 17:15 (GMT +4)
Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxub, 647 nəfər sağalıb

03 Avqust 2020, 16:58 (GMT +4)
Kolumbiyada koronavirusa yoluxmada rekord artım qeydə alınıb

03 Avqust 2020, 16:50 (GMT +4)
Azərbaycanda avqustun 31-dək qüvvədə olan məhdudiyyətlər açıqlanıb

03 Avqust 2020, 16:43 (GMT +4)
Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verib

03 Avqust 2020, 16:28 (GMT +4)
Xüsusi karantin rejimi 13 şəhər və rayonda tətbiq olunacaq

03 Avqust 2020, 16:26 (GMT +4)
Əfqanıstanda həbsxanaya hücumda ölənlərin sayı 30-u keçib, doqquz İŞİD-çi məhv edilib

03 Avqust 2020, 16:24 (GMT +4)
DİN sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib

03 Avqust 2020, 16:18 (GMT +4)
KİV: Somalinin paytaxtında partlayış baş verib

03 Avqust 2020, 15:58 (GMT +4)
Kiyevdə naməlum şəxs iş mərkəzini partlatmaqla hədələyir

03 Avqust 2020, 15:53 (GMT +4)
General Polad Həşimov haqqında kitab nəşr olunub

03 Avqust 2020, 15:32 (GMT +4)
El Pais: Bolton Trampı "mənəviyyatsız" prezident hesab edir

03 Avqust 2020, 15:26 (GMT +4)
MN: Ermənilər Azərbaycanın Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açıb

03 Avqust 2020, 15:15 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 17 mini ötüb

03 Avqust 2020, 15:10 (GMT +4)
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub

03 Avqust 2020, 14:58 (GMT +4)
Braziliyada koronavirusa yoluxanların sayı 2,7 milyonu keçib

03 Avqust 2020, 14:45 (GMT +4)
İraqda növbədənkənar parlament seçkilərinin zamanı açıqlanıb

03 Avqust 2020, 14:40 (GMT +4)
BDYPİ: 688 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

03 Avqust 2020, 14:18 (GMT +4)
Çin ABŞ-ı milli təhlükəsizlik bəhanəsilə xarici şirkətlərə təzyiq göstərməməyə çağırıb

03 Avqust 2020, 13:57 (GMT +4)
Lukaşenko xalqa və Parlamentə müraciət ünvanlayacaq

03 Avqust 2020, 13:51 (GMT +4)
Polis ictimai nəqliyyatda nəzarət tədbirlərini davam etdirir

03 Avqust 2020, 13:46 (GMT +4)
Suriya Hərbi Hava Qüvvələri İdlibdə «Ən-Nusra»nın böyük silah anbarını hədəfə alıb

03 Avqust 2020, 13:25 (GMT +4)
ABŞ Rusiya əleyhinə sanksiyaların ləğvi üçün şərtlərini açıqlayıb

03 Avqust 2020, 13:20 (GMT +4)
DİM abituriyentlərə müraciət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66