Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AzMİU-da onlayn “Məzun günü” keçirilib

09 İyul 2020, 15:45 (GMT +4)

Bakı, 9 iyul, SalamNews. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2019-2020-ci tədris ili məzunlarının buraxılış mərasimi keçirilib. “Məzun günü” rektorluğun, fakültə dekanları, ayrı-ayrı fakültələrinin tələbələrinin və universitetin əməkdaşlıq etdiyi şirkətlərin rəhbərləri ilə “Zoom” proqramı üzərindən online təşkil edilib.

SalamNews xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə universitetə həsr olunmuş videoçarxı izləyiblər. Mərasimi davam etdirən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova zəngin elm və təhsil ənənələrinə malik olan universitetin həyatında 45-ci buraxılış gecəsinin ötən illərdən fərqli olaraq yeni formatda keçirildiyini, pandemiya dövrünə uyğun olaraq virtual şəkildə təşkil olunduğunu vurğulayıb. Rektor “məzun” adını qazanan tələbələri təbrik edib, gələcək karyeralarında uğurlar arzulayıb.

G.Məmmədova çıxışında builki məzunların təhsildəki nəticələrindən və universitetin ictimai həyatındakı uğurlu fəaliyyətindən danışıb. Rektor qeyd edib ki, başa vurduğumuz tədris ilində AzMİU-nu bakalavriat səviyyəsində 20 ixtisas üzrə 1314 nəfər, magistratura səviyyəsində 22 ixtisaslaşma üzrə 251 nəfər olmaqla cəmi 1565 gənc bitirir. “Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, bakalavr tələbələrimizdən 5, magistr tələbələrimizdən isə 22 nəfər fərqlənmə diplomuna layiq görülüb. Bu il AzMİU-nu bitirənlər arasında Türkiyə, İran, Türkmənistan, Suriya, Gürcüstan, Sudan, ÇİN, Rusiya və Özbəkistandan 60 məzun var”.

Tədbirin gedişində AzMİU-nu fərqlənmə diplomu ilə bitirən, Universitetin ictimai işlərində xüsusi fəallıqları ilə seçilən məzunların adları çəkilib, rektorun həmin tələbələrin valideynlərinə ünvanlanmış təbrik məktubu oxunub.

Məzunları təbrikə gəlmiş qonaqlar – BP-nin Xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, PMD Projects MMC-nin direktoru Dəyanət Sadullayev məzunları təbrik edib həyatlarının yeni mərhələsində uğurlar arzulayıblar, özlərini inkişaf etdirmək üçün səylə çalışmağı, çətinliklərdən qorxmamağı tövsiyə ediblər.

Universitetin fərqlənmə diplomu ilə bitirən Memarlıq fakültəsinin tələbəsi Lalə İskəndərli, Türkmənistandan olan əcnəbi tələbə Lalə Xanhüseynova tələbəsi olduqları ali təhsil ocağında universitet rektorluğu və müəllim kollektivi tərəfindən hər zaman qayğı və diqqətlə əhatələndiklərini söyləyərək universitet rəhbərliyinə bütün məzunlar adından təşəkkürlərini bildiriblər.

“Tələbəlik illəri” mahnısının sədaları altında yekunlaşan tədbirdə Universitetin Tədris işləri üzrə prorektoru Akif Qasımov , dekanlar və professor-müəllim heyəti tələbələrə təbiklərini və arzularını çatdırıblar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

07 May 2021, 14:48 (GMT +4)
MN: Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır 

07 May 2021, 14:46 (GMT +4)
Ayətullah Xamenei: Fələstində vəziyyət dəyişib, bir gün daşla cavab verənlər indi raketlə cavab verirlər

07 May 2021, 14:38 (GMT +4)
Xəzər dənizində zəlzələ olub

07 May 2021, 14:28 (GMT +4)
Lukaşenko koronavirusa qarşı yerli peyvənd yaradıldığını açıqlayıb

07 May 2021, 14:18 (GMT +4)
Buraxılış imtahanları ilə bağlı apelyasiya komissiyasına müraciət qaydaları açıqlanıb

07 May 2021, 14:04 (GMT +4)
Bir sıra müsəlman ölkələrində Qüds günü ilə bağlı aksiya və seminarlar keçirilir (FOTO)

07 May 2021, 14:01 (GMT +4)
Şuşada DOST Mərkəzinin filialı açılacaq (RƏSMİ)

07 May 2021, 13:50 (GMT +4)
Gürcüstanda daha 1547 nəfərdə koronavirusa yoluxma aşkar edilib

07 May 2021, 13:42 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 May 2021, 13:35 (GMT +4)
Canni De Byazi: Azərbaycanda futbolçu azdır, seçim imkanı yoxdur

07 May 2021, 13:30 (GMT +4)
Qırğızıstanda su anbarında bəndin qismən dağılması səbəbindən 1,5 min insan təxliyyə edilib

07 May 2021, 13:24 (GMT +4)
Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

07 May 2021, 13:12 (GMT +4)
Azərbaycanda COVID-19-dan ölüm və sağalma faizi açıqlanıb

07 May 2021, 13:02 (GMT +4)
İşğal edilmiş İordan çayının qərbində yenidən qarşıdurma baş verib, üç fələstinli həlak olub (FOTO)

07 May 2021, 13:00 (GMT +4)
Yaxın günlərdə açılacaq Dost Mərkəzlərinin sayı açıqlanıb

07 May 2021, 12:52 (GMT +4)
Azərbaycanlı futbolçuların komandası Premyer Liqanı tərk edib

07 May 2021, 12:45 (GMT +4)
Hulusi Akar latviyalı həmkarı ilə danışıqlar aparıb

07 May 2021, 12:30 (GMT +4)
Ötən ay xaricdə təhsil alan 67 nəfərin diplomu tanınmayıb

07 May 2021, 12:12 (GMT +4)
“Fələstin məsələsinin yeganə həlli ədalətli referendum və ya zülmə müqavimətdir”

07 May 2021, 12:11 (GMT +4)
Nepalda Himalay zirvəsindən COVID-19 şübhəsi ilə 19 alpinist təxliyə edilib

07 May 2021, 12:10 (GMT +4)
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib

07 May 2021, 12:00 (GMT +4)
İpoteka və Kredit Zəmanət Fondu ötən il 7 milyon manat mənfəət əldə edib

07 May 2021, 11:45 (GMT +4)
Bakıda başına daş parçası düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlanılıb

07 May 2021, 11:42 (GMT +4)
Fransanın xarici işlər naziri Livana səfərində bu ölkə rəhbərliyini təhdid edib

07 May 2021, 11:35 (GMT +4)
İran səfiri: “Fələstin dövləti təşkil edilməyənə qədər, bu mübarizə dayanmayacaq” (VİDEO)

07 May 2021, 11:30 (GMT +4)
Bir gündə daha 3 koronavirus xəstəsi saxlanılıb

07 May 2021, 11:22 (GMT +4)
“Neftçi”nin əvəzediciləri 2020/2021 mövsümünün qalibi olub

07 May 2021, 11:20 (GMT +4)
İlon Mask ABŞ-da ən çox maaş alan CEO seçilib

07 May 2021, 11:15 (GMT +4)
Azərbaycan nefti yenidən ucuzlaşıb

07 May 2021, 11:07 (GMT +4)
"Qalatasaray"ın prezidenti namizədliyini geri götürüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66