Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AERA bu il 431 texniki yoxlama aparıb

10 İyul 2020, 14:05 (GMT +4)

Bakı, 10 iyul, SalamNews. Bu ilin birinci yarısında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən 431 texniki yoxlama aparılıb.

Energetika Nazirliyindən SalamNews-a verilən məlumata görə, büdcədən maliyyələşən istehlakçılarda elektrik qurğularının texniki istismar, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasının və elektrik enerjisindən istifadənin vəziyyəti ilə bağlı 219, büdcədən maliyyələşən müəssisələrdə qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının təmin edilməsinin, həmçinin, müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə isə 212 texniki yoxlama aparılıb.

Məlumata əsasən, yoxlamalar zamanı aşkar edilmiş pozuntularla əlaqədar cavabdeh şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokollar tərtib olunub və pozuntuların aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər verilib.

Elektrik enerjisi təchizatı sahəsində yeni, yaxud yenidən qurulan, həmçinin enerji təchizat sxemini dəyişən 98 tikinti obyektinin xarici elektrik qurğularına istismara buraxılış aktı verilib, müxtəlif tikinti obyektinin elektrik enerjisi ilə təmin edilməsinə dair 121 sayda elektrik qurğularının layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb, 43 sayda layihə sənədlərində isə aşkar olunmuş çatışmazlıq səbəbindən razılaşdırılmasından imtina edilib.

Hesabat dövründə təbii qaz istehlakçılarının təqdim etdikləri 271 sayda razılaşdırılmış layihəyə uyğun olaraq, tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. 1 688 sayda tikinti obyektlərinin qaz təchizatı üçün hazırlanmış layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb, 38 sayda layihə sənədlərində isə aşkar olunmuş çatışmazlıq səbəbindən razılaşdırılmasından imtina olunub.

Agentlik tərəfindən aparılmış araşdırmalar nəticəsində ümumilikdə 10 obyektin elektrik qurğu və avadanlıqları “Elektrik enerjisindən istifadə Qaydaları”nın, 3 obyektin isə qaz qurğularının “Qazdan istifadə Qaydaları”nın tələbləri pozulmaqla texniki sənədləşdirmə aparılmadan elektrik enerjisi və qazpaylayıcı şəbəkələrinə qoşulduğu aşkar edilib. Bununla bağlı enerji təchizatı müəssisələrinə və qazpaylayıcılara göstərişlər verilib və müvafiq tədbirlər görülməklə obyektlərin sənədləşməsi təmin olunub.

Bu dövrdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə Agentliyin filialları tərəfindən ümumilikdə 115 sayda inzibati xəta haqqında protokol tərtib edilib. “Azərenerji” və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 23 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib və sayğacların kompüterlə oxunması həyata keçirilib.

İstehlakçıların müraciəti əsasında hesabat dövrü ərzində 61 müəssisədə 290 nəfər olmaqla elektrik təsərrüfatlarına cavabdeh şəxslərin və təhlükəsizlik texnikası üzrə mühəndislərin əməyin mühafizəsi norma və qaydaları, texniki istismar, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə Agentlik tərəfindən təkliflər verilib və bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 Avqust 2020, 18:00 (GMT +4)
İİTKM-də bir neçə departamentə rəhbər təyin olunub

04 Avqust 2020, 17:47 (GMT +4)
AK: AB ölkələri koronavirusa görə daxili sərhədləri bağlamaqdan çəkinməlidirlər 

04 Avqust 2020, 17:38 (GMT +4)
Ərəb qəbilələri Fəratın şərqində kürd bölmələrinə qarşı üsyan qaldırıb (VİDEO)

04 Avqust 2020, 17:34 (GMT +4)
Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 5 nəfər vəfat edib

04 Avqust 2020, 17:30 (GMT +4)
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir

04 Avqust 2020, 17:20 (GMT +4)
Tramp: ABŞ tarixindəki ən böyük səhv Yaxın Şərqə qoşun göndərməkdir

04 Avqust 2020, 17:06 (GMT +4)
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

04 Avqust 2020, 16:50 (GMT +4)
Tehranda Taliban hərəkatını dəstəkləyən qrupun 19 üzvü saxlanılıb

04 Avqust 2020, 16:50 (GMT +4)
ABŞ-da son sutkada 45 mindən çox insanda koronavirus aşkar edilib

04 Avqust 2020, 16:30 (GMT +4)
Los-Ancelesdə atışma baş verib, yaralılar var

04 Avqust 2020, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

04 Avqust 2020, 16:20 (GMT +4)
Qazaxda Mehdi Hüseyn adına məktəb-liseyin binası sökülüb yenidən tikiləcək

04 Avqust 2020, 16:04 (GMT +4)
"Daily Mail" qəzeti Corc Floydun həbsinin yeni video görüntüsünü yayımlayıb - VİDEO

04 Avqust 2020, 15:51 (GMT +4)
İranda son sutkada 212 nəfər koronavirusdan vəfat edib

04 Avqust 2020, 15:40 (GMT +4)
Nazirlik: 300-dək vətəndaş KOBİA-nın dəstəyindən istifadə edib

04 Avqust 2020, 15:23 (GMT +4)
Lukaşenko Rusiyanın Belarusu itirmək qorxusu olduğunu açıqlayıb

04 Avqust 2020, 15:18 (GMT +4)
Neft Fondu iyulda valyuta hərraclarında 515,5 milyon dollar satıb

04 Avqust 2020, 15:10 (GMT +4)
AQTA iaşə müəssisələrinə müraciət edib

04 Avqust 2020, 14:57 (GMT +4)
AB Honkonq rəhbərliyini seçkilərin bir illiyə təxirə salınması qərarına yenidən baxmağa çağırır

04 Avqust 2020, 14:47 (GMT +4)
Kürd bölmələri Fəratın şərqində aksiya keçirən etirazçılara atəş açıblar, yaralananlar var

04 Avqust 2020, 14:33 (GMT +4)
Lukaşenko: Rusiya həmişə Belarusun ən yaxın müttəfiqi olacaq

04 Avqust 2020, 14:25 (GMT +4)
Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub

04 Avqust 2020, 13:50 (GMT +4)
Hacı Sabir Həsənli Fəttah Heydərovun vəfatı ilə bağlı başsağlığı verib

04 Avqust 2020, 13:43 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 860 mini keçib

04 Avqust 2020, 13:42 (GMT +4)
İraqda İŞİD-in 9 üzvü ələ keçib

04 Avqust 2020, 13:28 (GMT +4)
Çili plastik torbaların istifadəsindən tamamilə imtina edib

04 Avqust 2020, 13:22 (GMT +4)
Azərbaycana tibbi maska istehsal edən avadanlıqlar gətirilib

04 Avqust 2020, 13:01 (GMT +4)
Monteneqro rusların ölkəyə girişinə icazə verib

04 Avqust 2020, 12:53 (GMT +4)
Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olunub

04 Avqust 2020, 12:48 (GMT +4)
AzTU beynəlxalq layihənin regional koordinatoru olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66