Braziliyada COVID-19-a yoluxanların sayı 1.7 milyon nəfəri keçib09 İyul 2020, 17:24 (GMT +4) Bakı, 9 iyul, SalamNews. Braziliyada COVID-19-a yoluxma hallarının sayı 1.7 milyonu keçib, təxminən 68 min nəfər ölüb.
SalamNews xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində Braziliyada 44 571 koronavirusa yoluxma halı qeydə alınıb, daha 1223 nəfər ölüb.
Braziliyada ümumilikdə yoluxma hallarının ümumi sayı 1 713 160-a çatıb, 67 964 xəstə ölüb.
Nazirlikdən verilən məlumata görə, 1.020.901 nəfər sağalıb.
Braziliya koronavirusa yoluxma və ölüm sayına görə dünyada ikinci yerdədir.
|