Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Bu gün Abbas Səhhətin vəfatından 102 il ötür

11 İyul 2020, 11:10 (GMT +4)

Bakı, 11 iyul, SalamNews. Bu gün Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair, həkim, görkəmli müəllim və maarif xadimi Abbas Səhətin vəfatından 102 il ötür.

SalamNews xatırladır ki, Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı məktəblərdə Azərbaycan dilindən dərs deyir.

İlk şeirini 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirmiş A.Səhhət sonralar da Azərbaycan dövrü mətbuatında şeir, məqalə və hekayələrlə çıxış edir. Onun şeiriyyətinin əsas mövzusu vətən idi.

1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şerləri işıq üzü görür. “Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur.

O, Bakıda nəşr olunan bir çox jurnal və qəzetlərdə mütəmadi olaraq çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı Lermontov, Puşkin, Krılov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirir.

1912-ci ildə şairin şerlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şerlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunur.
Abbas Səhhətin yaradıcılığında Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri duyulur. Türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanır, xüsusilə Tofiq Fikrət yaradıcılığına rəğbət bəsləyirdi. Dövrü mətbuatdakı çıxışları arasında böyük Azərbaycan şairi, əziz dostu və məsləkdaşı Mirzə Ələkbər Sabir haqqında məqalələri xüsusi yer tutur.

Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edir, İslam dəyərlərindən imtinaya qəti etirazını bildirir və əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləyirdi.

Abbas Səhhət 1918-ci il iyulun 11-də Gəncədə vəfat edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

08 Avqust 2020, 17:00 (GMT +4)
Nazirlik: Beynəlxalq sertifikatlı mütəxəssis hazırlanacaq

08 Avqust 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

08 Avqust 2020, 16:43 (GMT +4)
Azərbaycanda sahilboyu ərazilərin tullantılardan təmizlənməsinə başlanılıb

08 Avqust 2020, 16:32 (GMT +4)
Əfqanıstanın Ağsaqqallar Şurası Talibanın 400 təhlükəli üzvünün sərbəst buraxılmasına razılıq verib

08 Avqust 2020, 16:31 (GMT +4)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir

08 Avqust 2020, 16:15 (GMT +4)
Zərdabda karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edənlər saxlanılıb

08 Avqust 2020, 16:01 (GMT +4)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

08 Avqust 2020, 15:51 (GMT +4)
Bakı-Sumqayıt yolunun kənarında yanğın baş verib

08 Avqust 2020, 15:48 (GMT +4)
BMT TŞ ABŞ-ın İrana qarşı silah enbarqosu layihəsini rədd edəcək – Mənbə

08 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 105-ə qədər azalıb, 360 nəfər isə sağalıb

08 Avqust 2020, 15:30 (GMT +4)
Qubada avtomobil oğrusu saxlanılıb 

08 Avqust 2020, 15:15 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 97 obyektdə sanitar-epidemioloji tələblər pozulub

08 Avqust 2020, 15:00 (GMT +4)
Şahbaz Muradov Prezidentin fəxri diplomu ilə təltif edilib

08 Avqust 2020, 14:51 (GMT +4)
Somali paytaxtında hərbi qərargahda şiddətli partlayış törədilib, ölənlər var

08 Avqust 2020, 14:45 (GMT +4)
Tovuzda top mərmisi aşkarlanıb

08 Avqust 2020, 14:30 (GMT +4)
Mingəçevirdən Bakıya sərnişin daşımağa cəhd edən sürücü həbs olunub

08 Avqust 2020, 14:15 (GMT +4)
Həyətində narkotik becərən Xızı sakini saxlanılıb

08 Avqust 2020, 14:08 (GMT +4)
İranda son sutkada 132 nəfər koronavirusdan vəfat edib

08 Avqust 2020, 14:00 (GMT +4)
Təhsil Nazirliyinə 7 milyon manat ayrılıb 

08 Avqust 2020, 13:45 (GMT +4)
Səbaildə qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb

08 Avqust 2020, 13:33 (GMT +4)
Livana yardım məqsədilə donorların beynəlxalq toplantısı keçirilir

08 Avqust 2020, 13:30 (GMT +4)
Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb

08 Avqust 2020, 13:16 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 Avqust 2020, 13:00 (GMT +4)
“GələcəyimİZ Gənclərdir” adlı onlayn festival keçiriləcək

08 Avqust 2020, 12:50 (GMT +4)
TƏBİB: Təcili tibbi yardımda çalışanlar arasında koronavirusdan ölüm halları çox olub

08 Avqust 2020, 12:44 (GMT +4)
Türkiyə prezidentinin yardımçısı Beyruta gedib

08 Avqust 2020, 12:40 (GMT +4)
Operativ Qərargah: Metro hələlik açılmayacaq

08 Avqust 2020, 12:32 (GMT +4)
Prezidentin köməkçisi: Məscidlərin açılması müzakirə olunmur

08 Avqust 2020, 12:30 (GMT +4)
Təhsil naziri rektorlarla videogörüş keçirib

08 Avqust 2020, 12:21 (GMT +4)
İraqın yeni baş naziri İrandan sonra ABŞ-a gedir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66