Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirilib

11 İyul 2020, 18:45 (GMT +4)

Bakı, 11 iyul, SalamNews. Bu gün Azərbaycan Təhsil Jurnalistləri Birliyinin təşkilatçılığı ilə “Pandemiya dövründə təhsil” mövzusunda onlayn konfrans keçirilib.

SalamNews xəbər verir ki, adıçəkilən konfrans həm də yeni yaradılan Azərbaycan Təhsil Jurnalistləri Birliyinin üzvlərinin bir araya gələrək, ictimaiyyətlə ilk görüşü kimi də yadda qalıb.

Onlayn konfransa Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, katibi İlqar Oruclu, millət vəkili, Elm və təhsil komitəsinin üzvü, təhsil eksperti Etibar Əliyev və nazirliyin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov da qatılıb.

TJB üzvü olan jurnalistlərin bir qismi onlayn konfransa qatılaraq, qonaqlarla birlikdə pandemiya dövrünün təhsil durumunu müzakirə ediblər.

Professor Şahlar Əsgərov pandemiyanın dünya təhsilinə olan təsirlərinə toxunmaqla yanaşı, təhsilin dayanıqlığına yönəlik atılan addımları vurğulayıb, bu əsnada dünya təcrübəsindən misallar gətirib.

Millət vəkili Etibar Əliyev də mövcud problemlərə baxmayaraq, Azərbaycan təhsilin pandemiya sınağından layiqincə çıxdığını xatırladıb, dövlət tərəfindən bu istiqamətdə atılan addımları, təmsilçisi olduğu Milli Məclisdə aparılan müzakirə və verilən qərarları qeyd edib.

Nazirlik sözçüsü Cəsarət Valehov pandemiya dövründəki təhsili dəyərləndirməklə bərabər, sosial medianın bu istiqamətdəki dəstəyindən də söz açıb.

İctimai Şuranın katibi İlqar Oruclu pandemiya dövrünün dünya təhsili ilə Azərbaycan tədris durumunu faktlarla müzakirə edib və ölkə təhsilinin bu sınaqdan üzüağ çıxdığını xatırladıb.

Daha sonra müzakirəyə qoşulan və ayrı-ayrı media qurumlarını təmsil edin TJB üzvlərinin sualları qonaqlar tərəfindən cavablandırılıb.

Millət vəkili Etibar Əliyev yeni çapdan çıxan “Yeni təhsil, tərbiyə və elm antologiyası” kitabından müzakirədə iştirk edən jurnalistlərə hədiyyə edəcəyini bildirib.

TJB-nin təsisçisi, AzEdu Təhsil portalının baş direktoru Elşad Eyvazlı müzakirə iştirakçılarına təşəkkürünü bildirib və bu tiplu konfransların davamlı olacağını vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 Avqust 2020, 18:00 (GMT +4)
İİTKM-də bir neçə departamentə rəhbər təyin olunub

04 Avqust 2020, 17:47 (GMT +4)
AK: AB ölkələri koronavirusa görə daxili sərhədləri bağlamaqdan çəkinməlidirlər 

04 Avqust 2020, 17:38 (GMT +4)
Ərəb qəbilələri Fəratın şərqində kürd bölmələrinə qarşı üsyan qaldırıb (VİDEO)

04 Avqust 2020, 17:34 (GMT +4)
Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 5 nəfər vəfat edib

04 Avqust 2020, 17:30 (GMT +4)
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir

04 Avqust 2020, 17:20 (GMT +4)
Tramp: ABŞ tarixindəki ən böyük səhv Yaxın Şərqə qoşun göndərməkdir

04 Avqust 2020, 17:06 (GMT +4)
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

04 Avqust 2020, 16:50 (GMT +4)
Tehranda Taliban hərəkatını dəstəkləyən qrupun 19 üzvü saxlanılıb

04 Avqust 2020, 16:50 (GMT +4)
ABŞ-da son sutkada 45 mindən çox insanda koronavirus aşkar edilib

04 Avqust 2020, 16:30 (GMT +4)
Los-Ancelesdə atışma baş verib, yaralılar var

04 Avqust 2020, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

04 Avqust 2020, 16:20 (GMT +4)
Qazaxda Mehdi Hüseyn adına məktəb-liseyin binası sökülüb yenidən tikiləcək

04 Avqust 2020, 16:04 (GMT +4)
"Daily Mail" qəzeti Corc Floydun həbsinin yeni video görüntüsünü yayımlayıb - VİDEO

04 Avqust 2020, 15:51 (GMT +4)
İranda son sutkada 212 nəfər koronavirusdan vəfat edib

04 Avqust 2020, 15:40 (GMT +4)
Nazirlik: 300-dək vətəndaş KOBİA-nın dəstəyindən istifadə edib

04 Avqust 2020, 15:23 (GMT +4)
Lukaşenko Rusiyanın Belarusu itirmək qorxusu olduğunu açıqlayıb

04 Avqust 2020, 15:18 (GMT +4)
Neft Fondu iyulda valyuta hərraclarında 515,5 milyon dollar satıb

04 Avqust 2020, 15:10 (GMT +4)
AQTA iaşə müəssisələrinə müraciət edib

04 Avqust 2020, 14:57 (GMT +4)
AB Honkonq rəhbərliyini seçkilərin bir illiyə təxirə salınması qərarına yenidən baxmağa çağırır

04 Avqust 2020, 14:47 (GMT +4)
Kürd bölmələri Fəratın şərqində aksiya keçirən etirazçılara atəş açıblar, yaralananlar var

04 Avqust 2020, 14:33 (GMT +4)
Lukaşenko: Rusiya həmişə Belarusun ən yaxın müttəfiqi olacaq

04 Avqust 2020, 14:25 (GMT +4)
Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub

04 Avqust 2020, 13:50 (GMT +4)
Hacı Sabir Həsənli Fəttah Heydərovun vəfatı ilə bağlı başsağlığı verib

04 Avqust 2020, 13:43 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 860 mini keçib

04 Avqust 2020, 13:42 (GMT +4)
İraqda İŞİD-in 9 üzvü ələ keçib

04 Avqust 2020, 13:28 (GMT +4)
Çili plastik torbaların istifadəsindən tamamilə imtina edib

04 Avqust 2020, 13:22 (GMT +4)
Azərbaycana tibbi maska istehsal edən avadanlıqlar gətirilib

04 Avqust 2020, 13:01 (GMT +4)
Monteneqro rusların ölkəyə girişinə icazə verib

04 Avqust 2020, 12:53 (GMT +4)
Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olunub

04 Avqust 2020, 12:48 (GMT +4)
AzTU beynəlxalq layihənin regional koordinatoru olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66