Braziliyada COVID-19-dan ölənlərin sayı 72 mini keçib13 İyul 2020, 13:57 (GMT +4) Bakı, 13 iyul, SalamNews. Braziliyada son gündə koronavirus qurbanlarının sayı 631 nəfər artaraq 72 100-ə çatıb.
SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Braziliyada koronavirusa yoluxma hallarının ümumi sayı 1 864 681-ə çatıb. Ötən gün ərzində 24 831 yeni yoluxma hadisəsi aşkarlanıb, bir gün əvvəl bu rəqəm 39 min idi.
Səhiyyə Nazirliyi həmçinin Braziliyada 1,12 milyondan çox insanın müalicə olunduğunu qeyd edir.
Qeyd edək ki, Braziliya koronavirusa yoluxan və ölənlərin sayına görə dünyada ikinci yerdədir.
|