Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev: Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq

13 İyul 2020, 16:02 (GMT +4)

Bakı, 13 iyul, SalamNews. "Hesab edirəm ki, bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib."

SalamNews xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

Ölkə başçısı bildirib ki, Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb.

Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, bu, yalandır. Əlbəttə ki, dünənki hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir. Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Halbuki buna heç bir əsas yoxdur və bir daha demək istəyirəm ki, - bütün müstəqil ekspertlər bunu təsdiq edə bilər, - heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib. Məhz bunun nəticəsində bizim hərbçilərimiz həlak olub. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki, qəflətən bizim hərbi postumuza atəş açsınlar. Bunu da onlar etdilər və bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular.

Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq.  və düşmənə yenidən onun öz yerini göstərəcəyik.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 Avqust 2020, 18:12 (GMT +4)
Həkim-reanimatoloq Cavid Paşayev sağalaraq evə yazılıb

15 Avqust 2020, 17:00 (GMT +4)
Baş Nazir kənd inzibati ərazi dairələrilə bağlı qərar imzalayıb

15 Avqust 2020, 16:58 (GMT +4)
Minskdə aksiyalar zamanı ölən Aleksandr Taraykovski ilə vida mərasimi keçirilir

15 Avqust 2020, 16:48 (GMT +4)
Azərbaycanda qaz hasilatı artıb

15 Avqust 2020, 16:28 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvəndin ilk partiyası istehsal olunub

15 Avqust 2020, 16:23 (GMT +4)
Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlanıb

15 Avqust 2020, 16:20 (GMT +4)
İraqda koronavirusa gündəlik yoluxma rekord həddə yüksəlib

15 Avqust 2020, 16:00 (GMT +4)
Xaçmazda narkotik becərən şəxslər saxlanılıb

15 Avqust 2020, 15:56 (GMT +4)
ABŞ və Fransa Yunanıstan və Türkiyə arasındakı dialoqun tərəfdarıdır

15 Avqust 2020, 15:49 (GMT +4)
Səudiyyə Ərəbistanı hökmən İsraillə əlaqələri normallaşdıracaq – Carid Kuşner

15 Avqust 2020, 15:31 (GMT +4)
Pandemiya: Dünyada COVID-19-a yoluxanların sayı 21,357 milyonu keçib

15 Avqust 2020, 15:23 (GMT +4)
Lukaşenko və Putin Belarusdakı vəziyyəti müzakirə edib

15 Avqust 2020, 15:16 (GMT +4)
QMİ: Operativ Qərargahın dini mərasimlərlə bağlı verdiyi qərarlara riayət etmək zəruridir

15 Avqust 2020, 15:00 (GMT +4)
AQTA kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar haqqında açıqlama yayıb (FOTO)

15 Avqust 2020, 14:57 (GMT +4)
Pandemiya: Dünyada COVID-19-a yoluxanların sayı 21,357 milyonu keçib

15 Avqust 2020, 14:48 (GMT +4)
Lukaşenko saxlanmış “Vaqner” əməkdaşlarını Moskvaya təhvil verib

15 Avqust 2020, 14:33 (GMT +4)
İranda koronavirusa yoluxduğu qeydə alınanların sayı 340 mini keçib

15 Avqust 2020, 14:30 (GMT +4)
Gömrükçülər külli miqdarda siqaretin ölkəyə keçirilməsinin qarşısını alıb

15 Avqust 2020, 14:01 (GMT +4)
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilməyə başlanıb

15 Avqust 2020, 13:57 (GMT +4)
Lukaşenko Putinlə əlaqə yaratmaq niyyətində olduğunu açıqlayıb

15 Avqust 2020, 13:41 (GMT +4)
Sepah BƏƏ-nin İsraillə əlaqələri rəsmiləşdirməsini böyük xəyanət adlandırıb

15 Avqust 2020, 13:35 (GMT +4)
Sabah Bakıda hava dəyişkən buludlu və küləkli olacaq

15 Avqust 2020, 13:20 (GMT +4)
Fransada kar və lallar üçün xüsusi maskalar istehsal ediləcək

15 Avqust 2020, 13:06 (GMT +4)
Rusiyada son sutkda koronavirusdan 119 nəfər ölüb

15 Avqust 2020, 13:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

15 Avqust 2020, 12:51 (GMT +4)
TƏBİB: Aşura günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək

15 Avqust 2020, 12:50 (GMT +4)
Həkim Cavid Paşayev koronavirusdan sağalıb

15 Avqust 2020, 12:33 (GMT +4)
Həsən Ruhani BƏƏ-İsrail əlaqələrinin rəsmiləşməsinə münasibət bildirib

15 Avqust 2020, 12:30 (GMT +4)
Samirə Musayeva: Toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq

15 Avqust 2020, 12:20 (GMT +4)
Faktiki hava: Ölkənin bəzi ərazilərində şimşək çaxıb, yağış yağıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66