"Roskosmos"un rəhbərinin müşavirinə qarşı ittiham irəli sürülüb13 İyul 2020, 17:30 (GMT +4) Bakı, 13 iyul, SalamNews. İstintaq "Kommersant" və "Vedomosti" qəzetlərinin keçmiş müxbiri, "Roskosmos" rəhbərinin müşaviri İvan Safronova qarşı dövlətə xəyanətlə bağlı ittiham irəli sürüb.
SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə onun vəkili İvan Pavlov məlumat verib.
Safronov iyulun 7-də FSB tərəfindən saxlanılıb.
Rusiya FSB Cinayət Məcəlləsinə əsasən ona qarşı cinayət işi açıb.
Moskvanın Lefortovo məhkəməsi onun sentyabrın 6-na qədər həbs edilməsinə qərar verib.
|