Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AQTA 76 iaşə və ərzaq satışı müəssisəsində qayda pozuntusu aşkarlayıb

14 İyul 2020, 14:18 (GMT +4)

Bakı, 14 iyul, SalamNews. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SalamNews-a verilən məlumata görə, Bakıda və regionlarda fəaliyyət göstərən 41 ictimai iaşə obyekti, 153 ərzaq satışı mağazası olmaqla ümumilikdə 194 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 76-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Həmin müəssisələr arasında Bakı şəhərində “Grandmart” (Nəsimi rayonu), “Speed One Enter” MMC-yə məxsus ərzaq mağazası, “Nihat”, “77 market”, “Best mart”, “Bizim”, “Sev al”, “Səba”, “Amin” marketlər, Ələsgərov Adil Kamal oğluna, İbrahimov Akif İbrahim oğluna, Cəfərov Elgün Elşad oğluna, Mirzəyev Vasif Nazir oğluna məxsus ərzaq mağazaları, Qobustan rayonunda Zaidov Vahid Əvəz oğluna məxsus kafe və Axundov Qabil Nuru oğluna məxsus “Dostlar” kafesi, Quba rayonunda Kərimli Mahmud Seyran oğluna, Xəlilov Toğrul Ağalar oğluna, Rzayev Xoşbəxt Zeynalabdin oğluna və Manafov Qədim Cahangir oğluna məxsus kafelər, Salyan rayonunda Əliyev Natiq Absalam oğluna və Abberin Çingiz Abbasqulu oğluna məxsus ərzaq mağazaları, Ağsu rayonunda Məmmədov Əli Gülməmməd oğluna məxsus kafe (fəaliyyəti məhdudlaşdırılıb), Şamaxı rayonunda “Farel”, “Məlhəm”, “Çənlibel”, “Sənan”, “Xan”, “Zümrüd”, “Avtovağzal” kafeləri, Hüseynov Rauf Nurəddin oğluna, Hüseynov Rafiq Kamal oğluna, Eyyubov Anar Məhəmməd oğluna məxsus kafelər, İsmayıllı Yılmaz İslam oğluna və Əliyev Röyal Ədalət oğluna məxsus ərzaq mağazaları, Kürdəmir rayonunda Sərdarov Əflatun Sərdar oğluna, Səfərov Adil Nazim oğluna məxsus market, Bəşirov Niyazi Bircəxan oğluna məxsus kafe, Göyçay rayonunda Yəhyazadə İdrak Vaqif oğluna, Cəbrayılov Elçin Fizuli oğluna məxsus marketlər, Salmanov Cümşüd Behbud oğluna, Şirinov Fuad Güloğlan oğluna, Qədimov Elnur Ağaməmməd oğluna, Həmidov Adil Oqtay oğluna, Xəlilov Rəfael Rəsul oğluna məxsus kafelər, Yusubov Tahir Məhəmməd oğluna, Şirinov Elşad Ədalət oğluna, Qasımov Elnur Natiq oğluna, Həşimov Elnur Oqtay oğluna, Kazımov Seyidməmməd Mirəli oğluna, Əliyev İlqar Murtuz oğluna, Mütəllimov Ceyhun İbrahim oğluna məxsus ərzaq mağazaları və Süleymanov Pünhan İlham oğluna məxsus “Şəki şirniyyat” mağazası, Lənkəran rayonu, Şürük kəndində Mahmudov Şahmar Mirnazim oğluna məxsus “Ballı” market, Astara rayonunda Süleymanov Rövşən Rakif oğluna məxsus market, Bərdə rayonunda Şükürov Heydər Sabir oğluna, Mürsəlov Azər Əziz oğluna, İbişov İlqar Kamal oğluna, Zülfüzadə Rüfət Rəhman oğluna, Mehdizadə Cavid Qırımxan oğluna, Qurbanov İlqar Kərim oğluna, Məmmədov Mehman Vahid oğluna məxsus ərzaq mağazaları, Gəncə şəhərində “Oba” (N.Nərimanov 50A), “Orxan”, “Oba” (Gülüstan yaşayış massivi), “Delfin”, “Panda”, “Sevimli dad” marketlər və Quliyeva Nərminə Qasım qızına, Nağıyev Məhəmməd Cəbrayıl oğluna məxsus ərzaq mağazaları, Gədəbəy rayonunda “Qorxmaz”, “Əkbər”, “Meh”, “Aşağı Narzan”, “Nuşican”, “Eldorado” və “Ləzzət” kafelərində daha çox uyğunsuzluqlar aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyi Bakıda və regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 İyul 2021, 12:10 (GMT +4)
“Məşğulluq marafonu” na qoşulan işəgötürənlərin sayı 320-yə çatıb

30 İyul 2021, 12:00 (GMT +4)
“ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara 95 milyon manat qaytarılıb

30 İyul 2021, 11:50 (GMT +4)
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb

30 İyul 2021, 11:43 (GMT +4)
Millimizin üzvü Portuqaliya klubuna transfer olunub

30 İyul 2021, 11:42 (GMT +4)
Fars Körfəzi yaxınlığında Britaniya gəmisi hücuma məruz qalıb - KİV

30 İyul 2021, 11:40 (GMT +4)
Hikmət Hacıyev: Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə yardım dəstələri göndəriləcək

30 İyul 2021, 11:30 (GMT +4)
Tərtərdə qəbristanlıqdan oğurluq edənlər tutulub

30 İyul 2021, 11:25 (GMT +4)
Tokio Olimpiadasında COVID-19-a yoluxanların sayı 220-yə yüksəlib 

30 İyul 2021, 11:16 (GMT +4)
Azərbaycanda 101 nəfərə saxta koronavirus sənədi satan vəzifəli şəxslər həbs olunub

30 İyul 2021, 11:06 (GMT +4)
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

30 İyul 2021, 11:04 (GMT +4)
Tokio-2020: Daha bir cüdoçumuz medalsız qalıb

30 İyul 2021, 11:00 (GMT +4)
Ərdoğan: Türkiyə meşə yanğınlarının qarşısını almaq üçün bütün imkanları səfərbər edib

30 İyul 2021, 11:00 (GMT +4)
Azərbaycan neftinin qiyməti 75 dolları keçib

30 İyul 2021, 10:56 (GMT +4)
İraq hökuməti oğurlanmış tarixi eksponatlardan 17 minini ABŞ-dan geri gətizdirib

30 İyul 2021, 10:50 (GMT +4)
Qeyri-ərzaq mallarının təhlükəsizliyini təmin edəcək qaydalar təsdiq olunub

30 İyul 2021, 10:45 (GMT +4)
Azərbaycanın UEFA reytinqində xalı artıb

30 İyul 2021, 10:40 (GMT +4)
Xətaidə qanunsuz işləyən heyvan kəsimi məntəqələrində reydlər keçirilib

30 İyul 2021, 10:30 (GMT +4)
İyunda güzəştli şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

30 İyul 2021, 10:24 (GMT +4)
İqtisadiyyat naziri Mikayıl Cabbarov "Qarabağ"ın oyununu izləyib - (FOTOLAR)

30 İyul 2021, 10:22 (GMT +4)
Türkiyədə meşə yanğınları törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

30 İyul 2021, 10:20 (GMT +4)
Azərbaycanda toylara görə 1 nəfər həbs edilib, 90 nəfər cərimələnib

30 İyul 2021, 10:18 (GMT +4)
ABŞ Ordusu ilə əməkdaşlıq etmiş 2,500 Əfqanıstan vətəndaşı bu ölkədən çıxarılıb

30 İyul 2021, 10:10 (GMT +4)
Zaqatalada restoran icarədarları cərimələnib

30 İyul 2021, 10:00 (GMT +4)
Naftalan sakinləri “patı” ilə tutulub

30 İyul 2021, 09:50 (GMT +4)
Tokio-2020: Qadın cüdoçumuz yarımfinala yüksəlib

30 İyul 2021, 09:49 (GMT +4)
Misirdə “İxvan əl-Muslimin” hərəkatı üzvlərindən 24-ü barədə edam hökmü çıxarılıb

30 İyul 2021, 09:45 (GMT +4)
Bakı metrosunda qatarlar tuneldə qalıb

30 İyul 2021, 09:45 (GMT +4)
"THY" yanğın ərazilərinə uçuşu olanlara güzəşt edəcək

30 İyul 2021, 09:35 (GMT +4)
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib

30 İyul 2021, 09:30 (GMT +4)
Bəkir Pakdemirli: Türkiyədə 42 meşə yanğını nəzarət altına alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66