Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev Emmanuel Makrona məktub göndərib

13 İyul 2020, 18:00 (GMT +4)

Bakı, 13 iyul, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makrona təbrik məktubu yazıb.

SalamNews-un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Fransa Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan və Fransa arasında qarşılıqlı etimada və xoş ənənələrə əsaslanan dostluq və əməkdaşlıq əlaqələrinin daim inkişaf etməsi məmnunluq doğurur. Siyasi, iqtisadi, mədəni, təhsil, müdafiə, yüksək texnologiyalar və digər sahələrdə ölkələrimizin mənafeyi və xalqlarımızın rifahına xidmət edən əlaqələrimizin birgə səylərimizlə bundan sonra da uğurla davam edəcəyinə əminəm. Azərbaycan Fransa ilə ikitərəfli münasibətlərin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasında maraqlıdır.

BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və digər həmsədr ölkələrin qətiyyəti və ədalətli mövqeyi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına tezliklə son qoyulacağına, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıdacağına ümid bəsləyirik. Biz münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində ədalətli şəkildə həll olunacağına inanırıq.

Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bu çətin zamanda Azərbaycan xalqının dost Fransa xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa Respublikasına daim firavanlıq diləyirəm".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 Avqust 2020, 18:12 (GMT +4)
Həkim-reanimatoloq Cavid Paşayev sağalaraq evə yazılıb

15 Avqust 2020, 17:00 (GMT +4)
Baş Nazir kənd inzibati ərazi dairələrilə bağlı qərar imzalayıb

15 Avqust 2020, 16:58 (GMT +4)
Minskdə aksiyalar zamanı ölən Aleksandr Taraykovski ilə vida mərasimi keçirilir

15 Avqust 2020, 16:48 (GMT +4)
Azərbaycanda qaz hasilatı artıb

15 Avqust 2020, 16:28 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvəndin ilk partiyası istehsal olunub

15 Avqust 2020, 16:23 (GMT +4)
Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlanıb

15 Avqust 2020, 16:20 (GMT +4)
İraqda koronavirusa gündəlik yoluxma rekord həddə yüksəlib

15 Avqust 2020, 16:00 (GMT +4)
Xaçmazda narkotik becərən şəxslər saxlanılıb

15 Avqust 2020, 15:56 (GMT +4)
ABŞ və Fransa Yunanıstan və Türkiyə arasındakı dialoqun tərəfdarıdır

15 Avqust 2020, 15:49 (GMT +4)
Səudiyyə Ərəbistanı hökmən İsraillə əlaqələri normallaşdıracaq – Carid Kuşner

15 Avqust 2020, 15:31 (GMT +4)
Pandemiya: Dünyada COVID-19-a yoluxanların sayı 21,357 milyonu keçib

15 Avqust 2020, 15:23 (GMT +4)
Lukaşenko və Putin Belarusdakı vəziyyəti müzakirə edib

15 Avqust 2020, 15:16 (GMT +4)
QMİ: Operativ Qərargahın dini mərasimlərlə bağlı verdiyi qərarlara riayət etmək zəruridir

15 Avqust 2020, 15:00 (GMT +4)
AQTA kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar haqqında açıqlama yayıb (FOTO)

15 Avqust 2020, 14:57 (GMT +4)
Pandemiya: Dünyada COVID-19-a yoluxanların sayı 21,357 milyonu keçib

15 Avqust 2020, 14:48 (GMT +4)
Lukaşenko saxlanmış “Vaqner” əməkdaşlarını Moskvaya təhvil verib

15 Avqust 2020, 14:33 (GMT +4)
İranda koronavirusa yoluxduğu qeydə alınanların sayı 340 mini keçib

15 Avqust 2020, 14:30 (GMT +4)
Gömrükçülər külli miqdarda siqaretin ölkəyə keçirilməsinin qarşısını alıb

15 Avqust 2020, 14:01 (GMT +4)
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilməyə başlanıb

15 Avqust 2020, 13:57 (GMT +4)
Lukaşenko Putinlə əlaqə yaratmaq niyyətində olduğunu açıqlayıb

15 Avqust 2020, 13:41 (GMT +4)
Sepah BƏƏ-nin İsraillə əlaqələri rəsmiləşdirməsini böyük xəyanət adlandırıb

15 Avqust 2020, 13:35 (GMT +4)
Sabah Bakıda hava dəyişkən buludlu və küləkli olacaq

15 Avqust 2020, 13:20 (GMT +4)
Fransada kar və lallar üçün xüsusi maskalar istehsal ediləcək

15 Avqust 2020, 13:06 (GMT +4)
Rusiyada son sutkda koronavirusdan 119 nəfər ölüb

15 Avqust 2020, 13:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

15 Avqust 2020, 12:51 (GMT +4)
TƏBİB: Aşura günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək

15 Avqust 2020, 12:50 (GMT +4)
Həkim Cavid Paşayev koronavirusdan sağalıb

15 Avqust 2020, 12:33 (GMT +4)
Həsən Ruhani BƏƏ-İsrail əlaqələrinin rəsmiləşməsinə münasibət bildirib

15 Avqust 2020, 12:30 (GMT +4)
Samirə Musayeva: Toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq

15 Avqust 2020, 12:20 (GMT +4)
Faktiki hava: Ölkənin bəzi ərazilərində şimşək çaxıb, yağış yağıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66