Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Bakcell” mobil tətbiqindən istifadə edən abunəçilərinə hədiyyə verir

15 İyul 2020, 12:11 (GMT +4)

Bakı, 15 iyul, SalamNews. "Bakcell" MMC COVID-19-la mübarizə tədbirləri çərçivəsində ölkəmizdə həyata keçirilən daha bir təşəbbüsə qoşulub. Belə ki, "Bakcell" abunəçiləri “e-Tabib” mobil tətbiqinin əsas funksionallığından pulsuz istifadə edə bilərlər. Bununla yanaşı, applikasiyada qeydiyyatdan keçən abunəçilərə 100 MB həcmində internet trafiki hədiyyə olunur.

“e-Tabib” yoluxmanın qarşısını almağa kömək edir. Belə ki, “bluetooth” funksiyası sayəsində istifadəçi son 14 gün ərzində təmasda olduğu digər proqram istifadəçilərində qeydə alınmış yoluxma faktından xəbər tutur və ona COVID-19 testindən keçmək tövsiyə olunur.

Azərbaycanda COVID-19 virusuna yoluxma faktları, müalicə olunmuş və evə buraxılmış şəxslər haqqında statistik məlumatlar, tez-tez verilən suallara cavablar və profilaktik tədbirlər haqqında məlumatlar da bu mobil tətbiqdə öz əksini tapır. Burada eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin məlumat və xəbərləri, profilaktik tədbirlər və xəstəliyin simptomları haqqında faydalı məlumatlar yerləşdirilib. “e-Tabib”i Android və iOS sistemləri ilə çalışan cihazlar üçün “Google Play” və “Appstore” portallarından yükləmək olar.

"Bakcell" bundan sonra da ölkəmizdə COVID-19-a qarşı aparılan mübarizə tədbirlərinə dəstək verməyə davam edəcək.

Azərbaycanın İlk Mobil Operatoru "Bakcell" şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

8 000-dən artıq baza stansiyası vasitəsilə "Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Bu gün "Bakcell" şirkəti ölkədə ən böyük və sürətli 4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan MR və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 93%-ni əhatə edir.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

"Qeyri-Bakcell" abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

12 Avqust 2020, 13:00 (GMT +4)
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir

12 Avqust 2020, 12:50 (GMT +4)
DİM: Sabah 19197 abituriyent qəbul imtahanı verəcək

12 Avqust 2020, 12:30 (GMT +4)
İcra başçısı Mirhəsən Seyidov Tovuzda yaralanan zabiti ziyarət edib

12 Avqust 2020, 12:11 (GMT +4)
24 subartezian quyusunun qazılmasına 756 min manat ayrılıb

12 Avqust 2020, 11:57 (GMT +4)
Beynəlxalq Gənclər Gününə həsr olunmuş Onlayn Konfrans keçirilib (FOTO)

12 Avqust 2020, 11:52 (GMT +4)
Kərbəla ziyarətgahı məhərrəm ayına hazırlaşır (FOTO)

12 Avqust 2020, 11:45 (GMT +4)
Təhsil naziri Türkiyə səfiri ilə görüşüb

12 Avqust 2020, 11:30 (GMT +4)
"Azercell"in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək

12 Avqust 2020, 11:27 (GMT +4)
Sudanın cənubunda silahlı qarşıdurmada 81 nəfər ölüb

12 Avqust 2020, 11:15 (GMT +4)
Azərbaycan Premyer Liqası: Yeni mövsümün püşkü atılacaq

12 Avqust 2020, 11:00 (GMT +4)
AMB Ani Ödənişlər Sistemini pilot rejimində istifadəyə təqdim edib

12 Avqust 2020, 10:45 (GMT +4)
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edilib

12 Avqust 2020, 10:34 (GMT +4)
İsrail hava və qurudan Qəzzaya zərbələr endirib, yaralananlar var

12 Avqust 2020, 10:15 (GMT +4)
BNA: Xətlərə rekord sayda avtobus çıxarılıb

12 Avqust 2020, 10:12 (GMT +4)
İraq Türkiyə səfirini Bağdadda XİN-ə çağırıb

12 Avqust 2020, 10:00 (GMT +4)
BDU 2020/2021-ci tədris ilində əlavə təhsil almaq üçün tələbə qəbulu elan edir

12 Avqust 2020, 09:46 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 35 dəfə pozub

12 Avqust 2020, 09:36 (GMT +4)
İran Kəşfiyyatı ölkədə beş cəsus qrupunun ələ keçdiyini bildirib

12 Avqust 2020, 09:31 (GMT +4)
Dünyada koronavirusla bağlı qeydə alınan son statistika açıqlanıb

12 Avqust 2020, 09:15 (GMT +4)
Dövlət Komitəsi AYB üzvünün uşaqlarla bağlı kitabına münasibət bildirib

12 Avqust 2020, 09:12 (GMT +4)
Türkiyənin hava zərbələri nəticəsində İraq Ordusunun 3 hərbçisi ölüb

12 Avqust 2020, 09:01 (GMT +4)
"Azəriqaz": Son 5 ildə yeni əhali abonentlərinin sayı yarım milyonu ötüb

11 Avqust 2020, 18:06 (GMT +4)
Müdafiə Nazirliyi Nəcməddin Sadıqov barədə yayılan informasiyalara aydınlıq gətirib

11 Avqust 2020, 18:00 (GMT +4)
Bakının mərkəzi küçələrindən daha biri əsaslı şəkildə təmir edilib

11 Avqust 2020, 17:30 (GMT +4)
Sabahdan şagirdlərin elektron yerdəyişməsi başlayır

11 Avqust 2020, 17:16 (GMT +4)
İraqda bir sutkaya 3,396 nəfərin koronavirusa yoluxması qeydə alınıb

11 Avqust 2020, 17:15 (GMT +4)
Abşeronda gigiyena qaydalarını pozan bələdiyyə əməkdaşı cərimələnib

11 Avqust 2020, 17:01 (GMT +4)
Tovuzda qəzalı vəziyyətə düşən evlərin söküntüsünə başlanılıb

11 Avqust 2020, 16:45 (GMT +4)
Azərbaycanda daha 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub

11 Avqust 2020, 16:30 (GMT +4)
Qubada toy mərasimi keçirən bəy və dostları saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66