Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Milli Məclis Aparatı dünən axşam baş verən hadisələrlə bağlı məlumat yayıb

15 İyul 2020, 12:24 (GMT +4)

Bakı, 15 iyul, SalamNews. Milli Məclis Aparatı dünən baş verənlərlə bağlı açıqlama yayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, açıqlamada bildirilir ki, ötən gün axşam Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub.

Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib və Parlamentin mülkiyyətinə və inventarına ziyan vurub.

Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb.

Yürüş iştirakçıları polis tərəfindən Milli Məclisin inzibati binasından çıxarıldıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarova yaranmış vəziyyətlə yerində tanış olub.

Azərbaycan Respublikasının Milli Məclisi olaraq Xalqımıza, Dövlətimizə, Ordumuza dəstək yürüşünə ehtiramımızı və həssas yanaşdığımızı ifadə edirik. Orduya dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın bir amal uğrunda birləşdiyi halda bəzi təxribatçıların dağıdıcılığa və ziyan vurmağa istiqamətlənən addımlarını qəti şəkildə pisləyirik. Bu çətin günlərdə Dövlətin Ali Qanunverici orqanının binasına qanunsuz olaraq daxil olmaq və orada dağıntılar törətmək şəhidlərin müqəddəs ruhuna hörmətsizlikdir və qətiyyən yolverilməzdir.

Bu gün Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində döyüşlər getdiyi bir vaxtda, hamının bir nəfər kimi birlik nümayiş etdirdiyi bir zamanda xüsusi həssaslıq göstərilməsinin və ehtiyatlı davranmağın vacibliyini diqqətə çatdırırıq.

Azərbaycan Respublikası Milli Məclisi olaraq bildiririk ki, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıyırıq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

12 Avqust 2020, 12:30 (GMT +4)
İcra başçısı Mirhəsən Seyidov Tovuzda yaralanan zabiti ziyarət edib

12 Avqust 2020, 12:11 (GMT +4)
24 subartezian quyusunun qazılmasına 756 min manat ayrılıb

12 Avqust 2020, 11:57 (GMT +4)
Beynəlxalq Gənclər Gününə həsr olunmuş Onlayn Konfrans keçirilib (FOTO)

12 Avqust 2020, 11:52 (GMT +4)
Kərbəla ziyarətgahı məhərrəm ayına hazırlaşır (FOTO)

12 Avqust 2020, 11:45 (GMT +4)
Təhsil naziri Türkiyə səfiri ilə görüşüb

12 Avqust 2020, 11:30 (GMT +4)
"Azercell"in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək

12 Avqust 2020, 11:27 (GMT +4)
Sudanın cənubunda silahlı qarşıdurmada 81 nəfər ölüb

12 Avqust 2020, 11:15 (GMT +4)
Azərbaycan Premyer Liqası: Yeni mövsümün püşkü atılacaq

12 Avqust 2020, 11:00 (GMT +4)
AMB Ani Ödənişlər Sistemini pilot rejimində istifadəyə təqdim edib

12 Avqust 2020, 10:45 (GMT +4)
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edilib

12 Avqust 2020, 10:34 (GMT +4)
İsrail hava və qurudan Qəzzaya zərbələr endirib, yaralananlar var

12 Avqust 2020, 10:15 (GMT +4)
BNA: Xətlərə rekord sayda avtobus çıxarılıb

12 Avqust 2020, 10:12 (GMT +4)
İraq Türkiyə səfirini Bağdadda XİN-ə çağırıb

12 Avqust 2020, 10:00 (GMT +4)
BDU 2020/2021-ci tədris ilində əlavə təhsil almaq üçün tələbə qəbulu elan edir

12 Avqust 2020, 09:46 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 35 dəfə pozub

12 Avqust 2020, 09:36 (GMT +4)
İran Kəşfiyyatı ölkədə beş cəsus qrupunun ələ keçdiyini bildirib

12 Avqust 2020, 09:31 (GMT +4)
Dünyada koronavirusla bağlı qeydə alınan son statistika açıqlanıb

12 Avqust 2020, 09:15 (GMT +4)
Dövlət Komitəsi AYB üzvünün uşaqlarla bağlı kitabına münasibət bildirib

12 Avqust 2020, 09:12 (GMT +4)
Türkiyənin hava zərbələri nəticəsində İraq Ordusunun 3 hərbçisi ölüb

12 Avqust 2020, 09:01 (GMT +4)
"Azəriqaz": Son 5 ildə yeni əhali abonentlərinin sayı yarım milyonu ötüb

11 Avqust 2020, 18:06 (GMT +4)
Müdafiə Nazirliyi Nəcməddin Sadıqov barədə yayılan informasiyalara aydınlıq gətirib

11 Avqust 2020, 18:00 (GMT +4)
Bakının mərkəzi küçələrindən daha biri əsaslı şəkildə təmir edilib

11 Avqust 2020, 17:30 (GMT +4)
Sabahdan şagirdlərin elektron yerdəyişməsi başlayır

11 Avqust 2020, 17:16 (GMT +4)
İraqda bir sutkaya 3,396 nəfərin koronavirusa yoluxması qeydə alınıb

11 Avqust 2020, 17:15 (GMT +4)
Abşeronda gigiyena qaydalarını pozan bələdiyyə əməkdaşı cərimələnib

11 Avqust 2020, 17:01 (GMT +4)
Tovuzda qəzalı vəziyyətə düşən evlərin söküntüsünə başlanılıb

11 Avqust 2020, 16:45 (GMT +4)
Azərbaycanda daha 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub

11 Avqust 2020, 16:30 (GMT +4)
Qubada toy mərasimi keçirən bəy və dostları saxlanılıb

11 Avqust 2020, 16:15 (GMT +4)
Əli Əsədov ilə BP-nin baş icraçı direktoru arasında telefon danışığı olub

11 Avqust 2020, 16:13 (GMT +4)
Yunanıstan dəniz qüvvələrinin atəşi nəticəsində üç Türkiyə vətəndaşı yaralanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66