Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

YAP bəyanat yayıb

15 İyul 2020, 15:53 (GMT +4)

Bakı, 15 iyul, SalamNews. Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan Ordusuna dəstək yürüşündən bəzi qüvvələrin məkrli məqsədlərlə sui-istifadə etmək cəhdləri ilə əlaqədar bəyanat yayıb.

SalamNews-a daxil olan bəyanatda deyilir:

"Azərbaycan Ordusu iyul ayının 12-dən başlayaraq dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan ordusunun qəfil və xaincəsinə törətdiyi təxribatın qarşısını qəhrəmancasına almaqdadır. Ağır döyüşlər nəticəsində düşmənin çoxlu sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib, hərbi mövqelərinə sarsıdıcı zərbələr endirilib. Təcavüzkar Ermənsitanla döyüşdə böyük şücaətlər göstərən Ordumuzun itkiləri də oldu. Xalqımız Vətən yolunda şəhid olan qəhrəmanlarını böyük qürurla son mənzilə yola saldı. Ordumuz isə onların qisasını yerdə qoymadı.

Azərbaycan dövləti və cəmiyyəti eyni zamanda bəşəriyyətin bir nömrəli düşməninə çevrilmiş COVİD-19 pandemiyasına qarşı mübarizə aparır. Dövlətin böyük imkanları qorxulu xəstəliklə mübarizəyə səfərbər edilib, həkimlərimiz ön cəbhədəki əsgərlər qədər qəhrəmanlıq nümunəsi göstərərək insanların sağlamlığının keşiyində dayanıblar. Əhalinin sağlamlığını qorumaq bu gün torpaqlarımızı qorumaq qədər əhəmiyyət kəsb edən milli təhlükəsizlik məsələsidir.

Bu həssas, ölümcül xəstəlik və xain düşmənin təxribatları ilə mübarizə aparıldığı bir zamanda xalqımızın milli birlik və həmrəylik nümayiş etdirməsi, dövlətin və Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bəyan etməsi ölkəmizin gücünü və qüdrətini qat-qat artırır. Bakıda iyul ayının 14-dən 15-nə keçən gecə Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən əzəmətli yürüş bunun əyani nümunəsidir. Xalqın dəstəyindən ilham alan şanlı Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələrini endirməkdə davam edir, sərhədlərimizin toxunulmazlığı, əhalinin təhlükəsizliyi keşiyində mətanətlə dayanır.

Yeni Azərbaycan Partiyası təəssüf hissi ilə bildirir ki, bəzi məkrli dairələr insanlarımızın, əsas etibarilə gənc vətənpərvərlərin Azərbaycan Ordusuna dəstək məqsədilə keçirdiyi yürüşdən sui-istifadə edərək təhrikçi çağırışlarla yürüş iştirakçılarının az bir qismini xüsusi mühafizə olunan Milli Məclisin binasına zorla daxil olmasına, polis avtomobillərinə ziyan vurmağa və digər qanunazidd əməllər törətməyə istiqamətləndirməyə nail olmuşdur. Beləliklə də, yürüş iştirakçılarının azsaylı hissəsi qanunazidd əməlləri ilə əslində maraqlı pozucu qüvvələrin və beşinci kolon təmsilçilərinin cəmiyyətdə ictimai-siyasi sabitliyi pozmaqdan, qarşıdurma yaratmaqdan ibarət olan anti-Azərbaycan və anti-xalq məqsədlərinə xidmət göstərmişdir. Sübut etməyə ehtiyac yoxdur ki, dövlət maraqlarına və milli mənafelərə daban-dabana zidd olan belə pozucu hərəkətlər hazırki həssas məqamda düşmən dəyirmanına su tökmək qədər zərərli və təhlükəlidir. Bu eyni zamanda ülvi və vətənpərvər niyyətlə Azərbaycan Ordusuna və dövlətə dəstək nümayiş etdirən yürüş iştirakçılarına qarşı çirkin təxribatdan başqa bir şey deyildir.

Biz hər bir Azərbaycan vətəndaşını, ilk növbədə gənclərimizi ayıq-sayıq olmağa, məkrli dairələrin çağırışlarına qoşulmamağa, onların əlində alətə çevrilməməyə, hər birimizin böyük dəyər verdiyimiz ictimai-siyasi sabitliyi qorumağa, torpaqlarımızın keşiyində dayanan əsgərlərimizə, insanlarımızın sağlamlığının keşiyində duran həkimlərimizə mənəvi dəstək olmağa səsləyirik. Qarşımızda düşmənə qalib gələrək işğal olunmuş torpaqlarımızı, doğma Qarabağımızı azad etmək, amansız pandemiyadan xalqımızı qorumaq kimi şərəfli vəzifələr dayanır. Həm bu günümüzü, həm də gələcəyimizi hədəfə alan düşmənlərə qalib gəlməyin yolu isə bir olmaqdan, həmrəy olmaqdan, dövlətimizin ətrafında sıx birləşərək sıralarımıza girmiş mənfur və satqın antimilli qüvvələri ifşa edib yerində oturtmaqdan keçir".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Yanvar 2021, 18:02 (GMT +4)
"Azercell" müştəri müraciətlərinin operativ cavablandırma sistemini tətbiq edib

22 Yanvar 2021, 18:00 (GMT +4)
“Where is Karabakh” platorması istifadəyə verilib

22 Yanvar 2021, 17:54 (GMT +4)
Forbes: "Alibaba"nın qurucusu ictimaiyyət qarşısına çıxmaqla milyard dollar qazanıb

22 Yanvar 2021, 17:45 (GMT +4)
ARDNF-in 2020-ci il üzrə gəlir və xərcləri açıqlanıb

22 Yanvar 2021, 17:30 (GMT +4)
Samuxda 40 km-lik yerli əhəmiyyətli yol yenidən qurulub

22 Yanvar 2021, 17:26 (GMT +4)
Rusiya Azərbaycandan olan beş şirkətdən pomidor idxalına qadağa qoyub

22 Yanvar 2021, 17:15 (GMT +4)
MN Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndindən videogörüntülər yayıb (VİDEO)

22 Yanvar 2021, 17:00 (GMT +4)
Azərbaycan ilə Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

22 Yanvar 2021, 16:55 (GMT +4)
Zinəddin Zidan koronavirusa yoluxub

22 Yanvar 2021, 16:45 (GMT +4)
Qeyri-sabit hava şəraitində "Azərişıq" ASC-nin Qəza xidməti 24 saat fasiləsiz iş başında olub (VİDEO)

22 Yanvar 2021, 16:42 (GMT +4)
BMT Suriyada kürd bölmələrinin nəzarətindəki düşərgələrin vəziyyətilə bağlı xəbərdarlıq edib

22 Yanvar 2021, 16:30 (GMT +4)
Kaspersky avtomobil sənayesi üçün kiber təhlükələrin təhlili xidmətini təqdim edib

22 Yanvar 2021, 16:25 (GMT +4)
Almaniyada koronavirusdan ölənlərin sayı 50 mini keçib

22 Yanvar 2021, 16:16 (GMT +4)
Gənclər təşkilatları beynəlxalq əməkdaşlığın genişlənməsi istiqamətində hərəkətə keçir

22 Yanvar 2021, 16:15 (GMT +4)
Bakıda 6 evdən oğurluq edən şəxs saxlanılıb

22 Yanvar 2021, 16:00 (GMT +4)
XİN Avropa Parlamentinin qətnaməsini şərh edib: Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb

22 Yanvar 2021, 15:58 (GMT +4)
Türkiyə NATO-nun Əfqanıstan və İraqdakı missiyasına dəstək verməyə davam edəcək 

22 Yanvar 2021, 15:45 (GMT +4)
Gömrükçülər qanunsuz dərman preparatları və mobil telefonlar aşkarlayıb

22 Yanvar 2021, 15:39 (GMT +4)
İranda son sutkada 75 nəfərin Covid-19 virusundan ölümü qeydə alınıb

22 Yanvar 2021, 15:30 (GMT +4)
Şuşada yeni yarımstansiya tikilir (VİDEO)

22 Yanvar 2021, 15:28 (GMT +4)
Putin və AŞ rəhbəri Navalnı ilə bağlı vəziyyəti müzakirə edib

22 Yanvar 2021, 15:15 (GMT +4)
Energetika Nazirliyi və qurumları ötən il 4 mindən çox müraciətə baxıb

22 Yanvar 2021, 15:00 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxmuş şagird və təhsil işçilərinin sayı açıqlanıb

22 Yanvar 2021, 14:57 (GMT +4)
Çində son sutkada 222 nəfər koronavirusa yoluxub

22 Yanvar 2021, 14:45 (GMT +4)
MN Füzuli rayonunun Qarğabazar kəndindən videogörüntülər yayıb (VİDEO)

22 Yanvar 2021, 14:36 (GMT +4)
Əfqanıstanda qarşılıqlı hücumlar davam edir, Baqlan və Nimruzda 8 hərbçi həlak olub

22 Yanvar 2021, 14:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti məlum olub

22 Yanvar 2021, 14:27 (GMT +4)
ABŞ-da soyuducunun səhvən söndürülməsi nəticəsində 2000 doz peyvənd korlanıb

22 Yanvar 2021, 14:15 (GMT +4)
Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb

22 Yanvar 2021, 14:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66