Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT
15 İyul 2020, 13:45 (GMT +4)

Prezident şəhid hərbi qulluqçuların ailə üzvləri ilə telefonla danışıb (FOTOLAR)

Bakı, 15 iyul, SalamNews. İyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.

Müdafiə Nazirliyindən SalamNews-a verilən məlumata görə, ikinci Fəxri Xiyabanda baş tutan vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-leytenant Yaşar Əliyev, Prezident Administrasiyasının Silahlı Qüvvələrlə iş sektorunun müdiri general-leytenant Elşad Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri, mərhumların xidmət yoldaşları şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
Mərasimdə çıxış edən polkovnik Abdulla Qurbani general-mayor P.Həşimov və polkovnik İ.Mirzəyevin həyat və döyüş yolları barədə məlumat verib.

Hərbi Okestrin ifa etdiyi Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə şəhidlərimiz əsgəri ənənələrə uyğun olaraq yayılım atəşləri altında son mənzilə yola salınıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev mərasim zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçularımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərimizin ailə üzvlərini və bütün mərasim iştirakçılarına şəhidlərimizin qanının yerdə qalmadığını və bundan sonra da qalmayacağını bildirib.
Müdafiə naziri şəhidlərimizin tabutu üzərindəki üçrəngli Azərbaycan Bayrağını əbədi xatirə qalması üçün onların ailələrinə təqdim edib.

General-mayor P.Həşimovun qardaşı İlham Həşimov və polkovnik İ.Mirzəyevin oğlu Elvin Mirzəyev Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə vida mərasiminin yüksək səviyyədə təşkil olunduğuna görə dərin minnətdarlıqlarını bildiriblər.

E.Mirzəyev atasının yolunu davam etdirərək zabit kimi Azərbaycan Ordusu sıralarına qatılacağına, atasının və bütün şəhidlərimizin qisasını alacağına söz verib.

Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

08 Avqust 2020, 17:00 (GMT +4)
Nazirlik: Beynəlxalq sertifikatlı mütəxəssis hazırlanacaq

08 Avqust 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

08 Avqust 2020, 16:43 (GMT +4)
Azərbaycanda sahilboyu ərazilərin tullantılardan təmizlənməsinə başlanılıb

08 Avqust 2020, 16:32 (GMT +4)
Əfqanıstanın Ağsaqqallar Şurası Talibanın 400 təhlükəli üzvünün sərbəst buraxılmasına razılıq verib

08 Avqust 2020, 16:31 (GMT +4)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir

08 Avqust 2020, 16:15 (GMT +4)
Zərdabda karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edənlər saxlanılıb

08 Avqust 2020, 16:01 (GMT +4)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

08 Avqust 2020, 15:51 (GMT +4)
Bakı-Sumqayıt yolunun kənarında yanğın baş verib

08 Avqust 2020, 15:48 (GMT +4)
BMT TŞ ABŞ-ın İrana qarşı silah enbarqosu layihəsini rədd edəcək – Mənbə

08 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 105-ə qədər azalıb, 360 nəfər isə sağalıb

08 Avqust 2020, 15:30 (GMT +4)
Qubada avtomobil oğrusu saxlanılıb 

08 Avqust 2020, 15:15 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 97 obyektdə sanitar-epidemioloji tələblər pozulub

08 Avqust 2020, 15:00 (GMT +4)
Şahbaz Muradov Prezidentin fəxri diplomu ilə təltif edilib

08 Avqust 2020, 14:51 (GMT +4)
Somali paytaxtında hərbi qərargahda şiddətli partlayış törədilib, ölənlər var

08 Avqust 2020, 14:45 (GMT +4)
Tovuzda top mərmisi aşkarlanıb

08 Avqust 2020, 14:30 (GMT +4)
Mingəçevirdən Bakıya sərnişin daşımağa cəhd edən sürücü həbs olunub

08 Avqust 2020, 14:15 (GMT +4)
Həyətində narkotik becərən Xızı sakini saxlanılıb

08 Avqust 2020, 14:08 (GMT +4)
İranda son sutkada 132 nəfər koronavirusdan vəfat edib

08 Avqust 2020, 14:00 (GMT +4)
Təhsil Nazirliyinə 7 milyon manat ayrılıb 

08 Avqust 2020, 13:45 (GMT +4)
Səbaildə qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb

08 Avqust 2020, 13:33 (GMT +4)
Livana yardım məqsədilə donorların beynəlxalq toplantısı keçirilir

08 Avqust 2020, 13:30 (GMT +4)
Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb

08 Avqust 2020, 13:16 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 Avqust 2020, 13:00 (GMT +4)
“GələcəyimİZ Gənclərdir” adlı onlayn festival keçiriləcək

08 Avqust 2020, 12:50 (GMT +4)
TƏBİB: Təcili tibbi yardımda çalışanlar arasında koronavirusdan ölüm halları çox olub

08 Avqust 2020, 12:44 (GMT +4)
Türkiyə prezidentinin yardımçısı Beyruta gedib

08 Avqust 2020, 12:40 (GMT +4)
Operativ Qərargah: Metro hələlik açılmayacaq

08 Avqust 2020, 12:32 (GMT +4)
Prezidentin köməkçisi: Məscidlərin açılması müzakirə olunmur

08 Avqust 2020, 12:30 (GMT +4)
Təhsil naziri rektorlarla videogörüş keçirib

08 Avqust 2020, 12:21 (GMT +4)
İraqın yeni baş naziri İrandan sonra ABŞ-a gedir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66