Qüdsdə İsrail baş nazirinə qarşı aksiyada azı 50 etirazçı saxlanılıb (VİDEO)
15 İyul 2020, 14:49 (GMT +4)
Bakı, 15 iyul, SalamNews, B.Samid. İsraildə baş nazir Benyamin Netanyahuya qarşı korrupsiya zəminində məhkəmə işləri və hakimiyyətin koronavirus pandemiyası siyasətilə bağlı etiraz aksiyalarında onlarla şəxs saxlanılıb.
SalamNews RT-ə istinadla xəbər verir ki, İsrail polisi Qüds şəhərində baş tutan etiraz aksiyalarında azı 50 nəfəri saxlayıb.
Etirazçılar baş nazirə qarşı korrpisuya ilə bağlı qaldırılan məhkəmə işləri, habelə koronavirus pandemiyası ilə bağlı siyasətinə görə istefa tələb ediblər.
İzdihamlı aksiyalar əsasən Benyamin Netanyahunun iqamətgahı qarşısında baş tutub. Şiddətli toqquşmalardan sonra İsrail hökuməti əraziyə xüsusi qüvvələr cəlb edib.
Qeyd edək ki, bu izdihamlı etirazlar, son 3 gündə ikinci hesab edilir.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.