Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Vüsal Qasımlı: İlin ilk yarısında milli iqtisadiyyat çətin sınaqlardan çıxıb

17 İyul 2020, 11:28 (GMT +4)

Bakı, 17 iyul, SalamNews. İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

SalamNews xəbər verir ki, iclasın nəticələrini şərh edərkən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin hökumətin qarşısına qoyduğu bütün istiqamətlərdə qənaətbəxş nəticələr var: “Makroiqtisadi sabitliyin qorunması, COVİD-19-un yayılma sürətinin nəzarətdə saxlanılması, iş yerlərinin saxlanılması, pandemiyanın sosial təsirlərinin azaldılması, korrupsiya və kölgə iqtisadiyyatı ilə mübarizənin gücləndirilməsi, su resurslarının səmərəli idarəedilməsi, ərzaq təhlükəsizliyi və rəqabətqabiliyyəti arasında balansın qurulması, sahibkarlığın dəstəklənməsi sahələrində sistemli işlər aparılıb.

Pandemiya əleyhinə tədbirlərin maliyyə tutumu 3,5 milyard manata çatmaqla, ÜDM-in 4,3 faizini təşkil edir. Qlobal şokların, OPEC+ öhdəliyinə uyğun neft hasilatının azalmasının və pandemiyanın təsiri altında Azərbaycanda bu ilin ilk 6 ayında ÜDM 2,7 faiz düşsə də, qeyri-neft-qaz sənayesi 11,2 faiz, bitkiçilik 1,1 faiz, heyvandarlıq 3,2 faiz, informasiya və rabitə xidmətləri isə 4,4 faiz artıb. Təqdirəlayiq haldır ki, Azərbaycanda mədənçıxarma sənayesində azalma qeydə alınsa da, emal sənayesi və elektrik enerjisi sənayesində artım var. Beləliklə, bir tədəfdən ölkədə sənaye həcmi artır, digər tərəfdən isə sənayenin strukturu xammaldan hazır məhsullara doğru yerdəyişmə edir. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası - “Azərbaycan” İstilik Elektrik Stansiyası və onun hər biri ayrıca elektrik stansiyası statusuna malik 8 bloku yenidənqurmadan sonra bu il istifadəyə verilib. Emal sənayesində artım əsasən əczaçılıq, avtomobil, qoşqu və yarımqoşqular, metallurgiya, kompüter, elektron və optik məhsullar, kimya sənayesi, rezin və plastik kütlə məmulatlarının istehsalı sahəsində olub. Əvvəlcədən də gözlənildiyi kimi, pandemiyanın təsiri altında ictimai iaşə, nəqliyyat, logistika, turizm və tikinti kimi sahələrdə geriləmə qaçılmaz olub. Məsələn, bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.”

“Azərbaycanın liderlik etdiyi regional layihələr hətta pandemiya şəraitində belə töhfələr verir” -deyən V.Qasımlının sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə bu ilin ilk yarısında daşınmış yüklərin həcmi 3,7 dəfə artıb: “Şərq-Qərb nəqliyyat dəhlizi ilə bu ilin ilk dörd ayı ərzində 3 milyon ton, Şimal-Cənub nəqliyyat dəhlizi 800 min ton yük daşınıb.”

Vüsal Qasımlı bildirib ki, BVF-nin proqnozlarına əsasən, bu il dünyada dövlət borcu ötən illə müqayisədə 19 faiz artaraq ÜDM-in 101 faizini keçəcək: “Müqayisə üçün bu göstərici Azərbaycanda orta dünya səviyyəsindən beş dəfə aşağıdır. BVF aşağıdakı alətlərdən istifadə edərək böhranla üzləşən ölkələrə işlərini sahmana salmaq üçün möhlət verir: Yoxsulluğun Azaldılması və Böyümə Güvəni (PRGT), Stand-By Razılaşmalar (SBA), Stand-By Kredit Mexanizmi (SCF), Genişləndirilmiş Fond Mexanizmi (EFF), Genişləndirilmiş Kredit Mexanizmi (ECF), Çevik Kredit Xətti (FCL), Ehtiyat və Likvidlik xətti (PLL), Sürətli Maliyyələşdirmə Aləti (RFI) və Sürətli Kredit Mexanizmi (RCF). Eləcə də, Dünya Bankı, Asiya İnkişaf Bankı, Böyük 20-lik və digər beynəlxalq təşkilatlar, habelə inkişaf etmiş ölkələr çətin iqtisadi duruma düşən dövlətlərə yardımlar edirlər. Azərbaycan COVİD-19 pandemiyası ilə mübarizədə daha çox daxili resurslarına əsaslanır və xarici borclanmaya üstünlük vermir. “Moody`s” beynəlxalq reytinq agentliyi Azərbaycanda makroiqtisadi dayanılığın əsas qarantı kimi ölkənin valyuta rezervlərini göstərir. Bu il ölkənin sosial-iqtisadi inkişaf proqnozlarında neftin qiyməti hər barel üçün 55 dollar nəzərdə tutulduğu halda, bu ilin ilk altı ayı ərzində neftin orta qiyməti 38 dollar olub. Buna baxmayaraq, ilin əvvəlindən Azərbaycanın valyuta ehtiyatlarının azalması 100 milyon dollara çatmayıb.”

İcraçı direktor həmçinin manatın sabitliyini və inflyasiyanın 3 faizlik həddə olmasını xüsusi qeyd edib: “Bu göstəricilər makro-iqtisadi sabitlik və iqtisadiyyatın proqnozalaşdırılması baxımından müsbət olduğu qədər, həm də pandemiyanın həssas təbəqələrin sosial vəziyyətinə təsirini azaldır.”

V.Qasımlının sözlərinə görə, bu ilin ilk yarısında dövlət büdcəsinin gəlirləri proqnozdan 2,9 faiz, xərcləri isə 0,9 faiz çox olmaqla büdcədə 292 milyon manat və ya proqnozdan 233 milyon manat çox profisit yaranmışdır: “Azərbaycanın dövlət büdcəsinin icrası Dövlət Neft Fondundan proqnoza uyğun transfertin köçürülməsi, vergi və gömrük orqanları tərəfindən ilk 6 ay ərzində proqnozdan əlavə 425 milyon manat gəlirin təmin edilməsi, habelə xərclərin optimallaşdırılması nəticəsində profisitlə qeydə alınıb. Fiskal instituların yaradılması, o cümlədən, büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi, sektor strateji plan, maliyyə nəzarəti fəaliyyətinin təkmilləşdirilməsi və yeni audit növlərinin tətbiqi istiqamətində fəaliyyətlər davam etdirilir. Büdcənin dürüstləşdirilməsi məhz yeni makroiqtisadi və fiskal çərçivəni tərtib etməklə gerçəkləşdirilə bilər ki, bu barədə cənab Prezidentin hökumətə müvafiq tapşırığı oldu.

Pandemiya şəraitində dövlət büdcəsi hesabına sosial layihəyələr daha da genişləndirilib və ilk 6 ayda sosial xərclər 5 milyard manata yaxınlaşmaqla, ilk dəfə büdcənin 42,5 faizini təşkil edib. Məsələn, bu il rekord sayda - 7 min köçkün və 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək, özünüməşğulluq rekord həddə - 12 min ailəni əhatə edəcək, ödənişli ictimai işlər ilk dəfə olaraq 90 minə çatdırılacaq, ünvanlı sosial yardım alanların sayı 85 min ailəyə və ya 300 mindən çox insana çatacaq. Hər zaman olduğu kimi pandemiya dövründə də vətəndaşların sosial rifahı cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tərəfindən əsas diqqət ayrılan məsələ olub. Məhz bu dönəmdə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə 4,8 milyon insanı əhatə edən və cari il üçün müvafiq istiqamətdə həyata keçirilən tədbirlərə ayrılan vəsaitə əlavə olaraq 600 milyon manatlıq paket təqdim olunub. Vətəndaşların sosial rifahının yaxşılaşdırlması məqsədilə həyata keçirilən tədbirləri 4 əsas istiqamət üzrə qruplaşdırmaq olar: Əmək müqaviləsi ilə işləyən şəxslərin iş yerlərinin qorunması; İşsiz və qeyri-formal işləyən vətəndaşların sosial rifahının yaxşılaşdırılması; Özünüməşğulluq proqramı çərçivəsində dəstəyin göstərilməsi; Sosial layihələrin əhatə dairəsinin genişləndirilməsi.”

O, həmçinin qeyd edib ki, ilk yarımil ərzində pandemiyanın bankların kapital dayanıqlığına mənfi təsirlərini azaltmaq məqsədilə prudensial çərçivədə addımlar atılıb, requlyativ tətillər verilib, istehlakçıların hüquqlarının qorunması istiqamətində fəaliyyətlər davam etdirilib, əlavə kredit ekspansiyasına şərait yaradılması, digitallaşmaya keçidin təşviqi və maliyyə inklüzivliyinin artırılmasına dəstək üzrə tədbirləri əhatə edən genişmiqyaslı dəstək proqramı qəbul edilib: “Manatın sabitliyi, uçot dərəcəsinin azaldılması, likvidliyin tənzimlənməsi, inflyasiyanın təkrəqəmli həddə nəzarətdə olması, rəqəmsal ödənişlərin böyüməsi, əmanətlərin tam sığortalanması, problemli kreditlərin həlli və 4 bankın və 1 sığorta şirkətinin sektordan uzaqlaşdırılması bu sahənin sağlamlığını qorumaq üçün baza tədbirləridir. Anti-pandemiya tədbirləri çərçivəsində mövcud 1 milyard manatlıq kredit portfeli üzrə faiz sybsidiyaları, habelə yeni kreditlərə 500 milyon manatlıq portfel üzrə dövlət zəmanətinin verilməsi və faizlərin subsilayalaşdırılması, bütövlükdə 1,5 milyard manat kredit portfelinə dəstəkdir. Üstəlik, banklara verilən requlyativ güzəştlərin hesabına 1 milyard manat mövcud kredit portfelinin də restruktrizasiyasına başlanılıb ki, bu da əhaliyə və biznesə kredit borcları üzrə verilən möhlətdir. Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı göstəriciləri üzrə azalma qeydə alınsa da, ümumilikdə bu göstəricilər üzrə cari trendlər ötən illə müqayisədə daha yüksəkdir. Belə ki, cari tarixə sektorun aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6 faizlik artım nümayiş etdirib. Bank sektoru rentabelli şəraitdə fəaliyyət göstərmiş və bank sisteminin xalis mənfəəti 315 milyon manata çatıb. İlin əvvəlindən biznes kreditləri 1,8 faiz, ipoteka kreditləri 2,2 faiz artıb, istehlak kreditləri isə 4,8 faiz azalıb.”

İİTKM-in rəhbərinin fikrincə, ilin ilk yarısında Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Ümumdünya Turizm Təşkilatı, Microsoft, CİSCO, Signify kimi beynəlxalq qurumlar və aparıcı şirkətlərin rəhbərləri Prezident İlham Əliyevlə görüşə təşəbbüs göstərməklə, həm də Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinə maraqlarını ifadə etmişdilər: “Cənab Prezidentin tapşırığı əsasında hazırlanan rəqəmsal transformasiya proqramı ölkəmizin 4-cü sənaye inqilabının tələblərinə uyğun inkişafını təmin etməlidir. Bu ilin əvvəlində Davosda Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlığın təməli qoyuldu.”

V.Qasımlı bildirib ki, 2020-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 7,7 milyard ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 2,3 milyard ABŞ dolları və ya 23 faiz azalıb: “Bu müddətdə Azərbaycanın idxalı isə 5 milyard ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 2 milyard ABŞ dolları və ya 29 faiz azalıb. Nəticədə bu ilin yanvar-iyun ayları üzrə ticarət dövriyyəsində 2,7 milyard ABŞ dolları dəyərində müsbət saldo yaranıb. COVİD-19 pandemiyasının təsiri ilə cari ilin ilk altı ayında qeyri-neft sektoru üzrə azalma müşahidə edilsə də, bir sıra sahələrdə artım da qeydə alınıb. Belə ki, 2020-ci ilin ilk yarısında meyvə-tərəvəz ixracı 328 milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artıb. Çay ixracında 5,9 faiz, bitki və heyvan mənşəli piylər və yağların ixracında 41 faiz artım olub. Maraqlı fakt odur ki, bu ilin ilk 6 ayında və 2015-ci ildə eyni həcmdə idxala görə, gömrük daxilolmaları 3 dəfəyə qədər artıb ki, bu da şəffaflığın hesabına mümkün olub. “İqtisadiyyatın ağardılması” hesabına əldə olunan gəlirlər isə ilk növbədə sosial rifahın yaxşılaşdırılmasına yönəldilir.”

“Bu ilin ilk yarısında İrs Fondunun “İqtisadi Azadlıq İndeksi 2020”, Beynəlxalq Şəffaflıq Təşkilatının “Korrupsiya Qavrayış İndeksi 2019”, Davos İqtisadi Forumunun “Enerji Keçidi İndeksi”, İqtisadiyyat və Sülh İnstitutunun “Qlobal Sülh İndeksi”, BMT-nin Elektron Hökumət Sorğusu, “Davamlı inkişaf hesabatı-2020” və BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) “Dünya Turizm Barometri” kimi hesabatlarında Azərbaycanın mövqeləri yaxşılaşıb” – deyə V.Qasımlı davam edib.

“Ən əsası odur ki, cənab Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan dövləti aşağı neft qiymətləri, ticarət tərəfdaşlarında resessiya, quraqlıq və pandemiya şəraitində öz resursları hesabına və xaricdən dəstək olmadan böhranı idarə edir” söyləyən Vüsal Qasımlının fikrincə, Ermənistanın yeni provokasiyalarının qarşısı xalq-dövlət-ordu həmrəyliyi şəraitində alınıb və düşmənə layiqli cavab verilib: “Azərbaycanın sınaqlara və çətinliklərə sinə gərməsi Prezident İlham Əliyevin rəhbərliyilə gücləndirilmiş milli iqtisadiyyatın imkanlarına əsaslanır. Prezidentin tapşırıqlarına uyğun olaraq, iqtisadi imkanlarımızın hesabına növbəti ildə də ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi təmin olunacaq.”


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 Sentyabr 2020, 10:50 (GMT +4)
MN: Növbəti düşmən tankları məhv edilib (VİDEO)

29 Sentyabr 2020, 10:45 (GMT +4)
Dünya bazarında neft ucuzlaşıb

29 Sentyabr 2020, 10:39 (GMT +4)
Rusiya İdlibdə yeni kimyəvi hücumun səhnələşdirilməsilə bağlı xəbərdarlıq edib

29 Sentyabr 2020, 10:30 (GMT +4)
Prezident İlham Əliyev Pakistanın yeni səfirinin etimadnaməsini qəbul edib

29 Sentyabr 2020, 10:24 (GMT +4)
Abdulla Gül: Ümid edirəm Ermənistan 29 ildir davam etdirdiyi bu haqsız işğala son verər

29 Sentyabr 2020, 10:12 (GMT +4)
Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

29 Sentyabr 2020, 09:56 (GMT +4)
Türkiyənin aparıcı partiyaları Azərbaycana dəstək bəyanatı verib 

29 Sentyabr 2020, 09:50 (GMT +4)
Əfqanıstan Qarabağ məsələsində Azərbaycan dövlətinin yanında olduğunu bildirib

29 Sentyabr 2020, 09:47 (GMT +4)
MN: HHQ aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil

29 Sentyabr 2020, 09:37 (GMT +4)
Ərdoğan ilə Conson Qarabağdakı vəziyyəti müzakirə edib

29 Sentyabr 2020, 09:25 (GMT +4)
MN: Düşmənin 1 tankı, 10 nəfərədək şəxsi heyəti məhv edilib (VİDEO)

29 Sentyabr 2020, 09:25 (GMT +4)
Füzulinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir

29 Sentyabr 2020, 09:15 (GMT +4)
Müdafiə Nazirliyi: Daşkəsən artilleriya atəşinə tutulur

29 Sentyabr 2020, 09:13 (GMT +4)
Azərbaycan Texniki Universiteti bəyanat yayıb

29 Sentyabr 2020, 09:01 (GMT +4)
Ayətullah Xameneinin Ərdəbil üzrə nümayəndəsi: Qəsb edilmiş əraziləri geri almaq Azərbaycanın şəri və qanuni haqqıdır

28 Sentyabr 2020, 23:09 (GMT +4)
Ayətullah Xameneinin nümayəndəsi: İran Qarabağ məsələsində Azərbaycanın yanındadır (VİDEO)

28 Sentyabr 2020, 18:00 (GMT +4)
BNA: Avtobuslar adi rejimdə işləyəcək

28 Sentyabr 2020, 17:50 (GMT +4)
Türk Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir

28 Sentyabr 2020, 17:45 (GMT +4)
Daxili İşlər Nazirliyi komendant saatı ilə bağlı məlumat yayıb

28 Sentyabr 2020, 17:31 (GMT +4)
Təhsil Nazirliyi internet probleminə görə şagirdlərə müraciət edib

28 Sentyabr 2020, 17:27 (GMT +4)
Tbilisidə səfirlik önündə Azərbaycana dəstək aksiyası keçirilib

28 Sentyabr 2020, 17:25 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

28 Sentyabr 2020, 17:15 (GMT +4)
MN: Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib (VİDEO)

28 Sentyabr 2020, 17:08 (GMT +4)
RF Şurasının rəhbəri Qarabağ münaqişəsinə qarışmamağa çağırıb

28 Sentyabr 2020, 16:48 (GMT +4)
İndoneziyada torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb

28 Sentyabr 2020, 16:45 (GMT +4)
Azərbaycanda daha 38 yeni yoluxma qeydə alınıb

28 Sentyabr 2020, 16:30 (GMT +4)
Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırıb

28 Sentyabr 2020, 16:22 (GMT +4)
Səudiyyə Ərəbistanı Qarabağda döyüşlərin başlamasına münasibət bildirib

28 Sentyabr 2020, 16:05 (GMT +4)
Medvedev cəbhə xəttində vəziyyətin gərginləşməsinə münasibət bildirib

28 Sentyabr 2020, 15:50 (GMT +4)
Gənclər və İdman Nazirliyi bəyanat yayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66