Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Döyüşə getmək üçün 4 gündə Müdafiə Nazirliyinə 7 min müraciət daxil olub

17 İyul 2020, 13:38 (GMT +4)

Bakı, 17 iyul, SalamNews. Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları Müdafiə Nazirliyinə müraciət ünvanlayaraq ordumuza dəstək məqsədilə hərbi xidmətə çağrılmaqla döyüşlərə qatılmalarını xahiş edirlər.

Nazirlikdən SalamNews-a bildirilib ki, iyulun 13-dən 17-dək Müdafiə Nazirliyinə bu mövzuda 7 000-ə yaxın müraciət daxil olub.

"Müdafiə Nazirliyi bütün xalqımızı, o cümlədən müraciət edən hər bir vətəndaşı həmrəylik göstərərək Ordumuza dəstək olduqlarına görə alqışlayır və onlara minnətdarlıq edir. İyulun 16-da keçirilən Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, hərbi xidmətə cəlb olunmaq arzusunda olan vətəndaşlar öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edə bilərlər. Bildiririk ki, Azərbaycan Ordusu düşmənin istənilən təxribat və hücumunun qarşısını qətiyyətlə alır və bundan sonra da alacaqdır. Vətənpərvərlik və həmrəyliyinizə görə çox Sağ olun!", məlumatda qeyd olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

26 Oktyabr 2020, 16:03 (GMT +4)
Prezident İlham Əliyev: Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq, biz güclüyük

26 Oktyabr 2020, 15:53 (GMT +4)
İranda son sutkada koronavirusdan 337 nəfər ölüb

26 Oktyabr 2020, 15:40 (GMT +4)
Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçiriblər

26 Oktyabr 2020, 15:24 (GMT +4)
MN: Ağcabədi rayonu yenidən atəşə tutulub

26 Oktyabr 2020, 15:20 (GMT +4)
Ermənistanın törətdiyi cinayətlərlə bağlı növbəti maarifləndirici videoçarxlar hazırlanıb

26 Oktyabr 2020, 15:01 (GMT +4)
Kənd təsərrüfatı sahəsində üçtərəfli anlaşma memorandumu imzalanıb

26 Oktyabr 2020, 14:45 (GMT +4)
Prezident: Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı

26 Oktyabr 2020, 14:30 (GMT +4)
Azərbaycan əsgəri: “Biz sizi düşməndən qoruyaq, siz də maska taxmaqla hər birimizi!”

26 Oktyabr 2020, 14:18 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

26 Oktyabr 2020, 14:05 (GMT +4)
Prezident xalqa müraciətində Qarabağın tarixi torpağımız olduğunu dünyaya necə sübut etdiyindən danışıb

26 Oktyabr 2020, 13:51 (GMT +4)
İlham Əliyev: Əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar

26 Oktyabr 2020, 13:40 (GMT +4)
Prezident düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikalarını açıqlayıb

26 Oktyabr 2020, 13:22 (GMT +4)
Azərbaycan Prezidenti: Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?

26 Oktyabr 2020, 13:14 (GMT +4)
Prezident İlham Əliyev: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik

26 Oktyabr 2020, 13:11 (GMT +4)
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb

26 Oktyabr 2020, 13:00 (GMT +4)
Prezident: Şuşada sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram

26 Oktyabr 2020, 12:58 (GMT +4)
Baş Prokurorluq: Ermənilərin atəşi nəticəsində 2 243 yaşayış evi yararsız vəziyyətə qalıb

26 Oktyabr 2020, 12:46 (GMT +4)
Fələstinlilər Makronun təxribatlarına cavab olaraq Türkiyə bayrağını dalğalandırıb

26 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycan Prezidenti: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik

26 Oktyabr 2020, 12:40 (GMT +4)
Prezident: Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edib

26 Oktyabr 2020, 12:20 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edir (CANLI)

26 Oktyabr 2020, 12:15 (GMT +4)
MN: Ağcabədi rayonu atəşə tutulub

26 Oktyabr 2020, 12:11 (GMT +4)
Lavrov: Rusiya və Türkiyə Qarabağ münaqişəsinin həlli üzərində işləyir

26 Oktyabr 2020, 12:10 (GMT +4)
Müdafiə Nazirliyi: Azərbaycanın hərbi aviasiyadan istifadə etməsi xəbəri yalandır

26 Oktyabr 2020, 12:05 (GMT +4)
MN: Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

26 Oktyabr 2020, 12:00 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edəcək

26 Oktyabr 2020, 11:42 (GMT +4)
İngiltərənin ən yaşlı sakini vəfat edib

26 Oktyabr 2020, 11:40 (GMT +4)
“Azərişıq” azad edilmiş ərazilərdə yeni güc mərkəzlərini qurmağa hazırlaşır

26 Oktyabr 2020, 11:25 (GMT +4)
Azərbaycan Ordusunun şəhid hərbçisi Dmitri Solnsevlə vida mərasimi keçirilir

26 Oktyabr 2020, 11:20 (GMT +4)
Bayden Rusiyanı ABŞ üçün əsas təhlükə hesab edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66