BNA-nın mətbuat katibi koronavirusdan sağalıb17 İyul 2020, 13:46 (GMT +4) Bakı, 17 iyul, SalamNews. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev koronavirusdan sağalıb.
SalamNews xəbər verir ki, bu barədə BNA rəsmisi "Facebook"dakı hesabında bildirib.
"İyunun 25-dən bütün həyat ritmimi dəyişən koronavirus pandemiyası ilə (COVİD-19) nəhayət yollarımız ayrıldı. Sonuncu testin nəticələri neqativ çıxdı. Xəstəlik müddətində narahatlıq keçirən, dəstək olan hər bir kəsə dərin təşəkkürümü bildirirəm", o deyib.
Xatırladaq ki, M.Ağayev iyunun 28-də özünün və ailəsinin koronavirusa yoluxduğunu bəyan edib.
|