Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Qala Həyat”ın sığorta yığımlarının həcmi artmaqda davam edir

21 İyul 2020, 12:25 (GMT +4)

Bakı, 21 iyul, SalamNews, Azərbaycanın həyat sığortası bazarında aktivliyi ilə seçilən “Qala Həyat” sığorta şirkəti cari ilin ikinci rübünün yekunları ilə bağlı əsas maliyyə göstəricilərini açıqlayıb.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən SalamNews-a verilən məlumata görə,cari ilin yanvar-iyun aylarında şirkətin satış komandası tərəfindən 6 210 237 manat həcmində sığorta haqqı toplanmışdır ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 278 107 manat və ya 4,7% çox olub.

Hesabat dövründə müxtəlf sığorta hadisələri üzrə ümumilikdə “Qala Həyat” tərəfindən müştərilərə 1 602 057 manat həcmində sığorta ödənişi verilmişdir. Məcmu ödənişlərdə “Kapital proqramı üzrə həyat sığortası” növü diqqəti daha çox cəlb edib. Belə ki, digər sığorta növləri ilə müqayisədə “Kapital proqramı üzrə həyat sığortası” növü üzrə ödənilən vəsaitlərin həcmi daha çox olub. Onu da qeyd edək ki, sığorta ödənişləri müvafiq qanunvericiliyə uyğun olaraq vaxtında və operativ qaydada həyata keçirilmişdir.

Həmçinin qeyd edək ki, hesabat dövründə şirkət tərəfindən yeni məhsulların hazırlanması və bazara təqdim edilməsi istiqamətində görülən işlər yüksək səviyyədə həyata keçirilmişdir. Mövcud vəziyyəti nəzərə alaraq, şirkətin məhsulyaratma qrupu tərəfindən bazara sərfəli şərtlərə uyğun olaraq “Təminatlı gələcək” və “Əmək qabiliyyətinin itirilməsi halından sığorta olunanın həyat sığortası” adlı yeni məhsullar təqdim edilmişdir. “Qala Həyat” yeni məhsullar təqdim edərək həyat sığortası bazarını canlandırmaqla yanaşı, bu sektorun inkişafına öz töhfəsini verməkdə davam edəcək.

Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, korporativ müştərilər üçün “Həyatın sağalmaz xəstəliklərdən sığortası”,“Zərərsiz və itkisiz sığorta”, “Klassik həyat sığortası”, “Təminatlı gələcək” və “Əmək qabiliyyətinin itirilməsi halından sığorta olunanın həyat sığortası”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”sı üzrə xidmətlər göstərir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Noyabr 2020, 14:20 (GMT +4)
Aqrar Kredit və İnkişaf Agentliyi 11 ayda 65 milyon manat kredit verib

30 Noyabr 2020, 14:13 (GMT +4)
“Dərs vaxtı”nın 2000-ci buraxılışı efirə gedib

30 Noyabr 2020, 14:12 (GMT +4)
İran nüvə aliminin terrora məruz qalmasının yeni detallarını açıqlayıb

30 Noyabr 2020, 14:05 (GMT +4)
İndiyədək Azərbaycanda 238 xəstəyə immun plazma köçürülüb

30 Noyabr 2020, 13:40 (GMT +4)
Tələbə universitetə bərpa olunması üçün rektora müraciət edib

30 Noyabr 2020, 13:39 (GMT +4)
İsrail baş naziri Misirə səfər edir

30 Noyabr 2020, 13:24 (GMT +4)
Ağcabədidə evi tərk edən 11 COVID-19 xəstəsi müəyyən edilib

30 Noyabr 2020, 13:11 (GMT +4)
Bu il AKİA xətti ilə verilən aqrar kredit və güzəştlərdən 5623 fermer və sahibkar yararlanıb

30 Noyabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

30 Noyabr 2020, 12:50 (GMT +4)
Rusiyada COVID-19 xəstələrinin sayı 3 milyona yaxınlaşıb

30 Noyabr 2020, 12:45 (GMT +4)
BANM-in 9 yaşı tamam olur

30 Noyabr 2020, 12:30 (GMT +4)
Təhsil naziri qəzada həlak olan tələbələrin yaxınlarına başsağlığı verib

30 Noyabr 2020, 12:16 (GMT +4)
Tramp Baydenin tezliklə sağalmağını diləyib

30 Noyabr 2020, 12:15 (GMT +4)
Bakıda kokain və ekstazi satıcısı saxlanılıb

30 Noyabr 2020, 12:00 (GMT +4)
“Milli-mənəvi dəyərlərimizin mediada təbliği" mövzusunda tədbir keçirilib

30 Noyabr 2020, 11:46 (GMT +4)
İranın terrora məruz qalan nüvə aliminin dəfn mərasimi keçirilib

30 Noyabr 2020, 11:45 (GMT +4)
AMEA Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

30 Noyabr 2020, 11:43 (GMT +4)
Bayden Jen Psakini Ağ Evin mətbuat katibi təyin etmək niyyətindədir

30 Noyabr 2020, 11:30 (GMT +4)
Şənbə-bazar günləri yaşayış yerini tərk edən 29 nəfər koronavirus xəstəsi barəsində cinayət işi başlanıb

30 Noyabr 2020, 11:15 (GMT +4)
Xınalığa 16 sm hündürlükdə qar yağıb

30 Noyabr 2020, 11:09 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 63 milyonu keçib

30 Noyabr 2020, 11:00 (GMT +4)
Qubada yaşayış evini tərk edən COVID-19 xəstəsi aşkar edilib

30 Noyabr 2020, 10:45 (GMT +4)
Bakı Mühəndislik Universiteti İngilis dilində yeni teledərslər yayımlayıb 

30 Noyabr 2020, 10:30 (GMT +4)
Astara və Masallıda COVID-19 xəstələri saxlanılıb

30 Noyabr 2020, 10:15 (GMT +4)
Rusiya sülhməramlıları Qarabağda səhra xəstəxanası qurub

30 Noyabr 2020, 10:15 (GMT +4)
Neft yenidən ucuzlaşıb

30 Noyabr 2020, 10:00 (GMT +4)
Oğuzda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb

30 Noyabr 2020, 09:57 (GMT +4)
Ermənistan prezidenti hökuməti istefaya çağırıb

30 Noyabr 2020, 09:49 (GMT +4)
BƏƏ və İordaniya iranlı nüvə aliminə qarşı terroru pisləyiblər

30 Noyabr 2020, 09:45 (GMT +4)
“AzerGold” “Ağyoxuş” qızıl yatağını istismara verib (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66