Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

QMİ sədri Allahşükür Paşazadə beynəlxalq təşkilatlara müraciət edib

22 İyul 2020, 17:50 (GMT +4)

Bakı, 22 iyul, SalamNews. İyulun 22-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Xalqları Ali Dini Şurasının videoformatda konfransında iştirak edib.

QMİ-nin Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə baş tutan "Pandemiya dövründə Qafqazın dini təşkilatlarının fəaliyyəti" mövzusunda Konfransda ölkəmizdəki dini konfessiya başçıları da iştirak ediblər.

Sədrlik edən Şeyxülislam Allahşükür Paşazadə videoiclasın bütün iştirakçılarını salamlayıb. Dini mənsubiyyətindən asılı olmayaraq heç bir fərq qoymadan hər bir insanı təhdid edən COVID-19 bəlası ilə mübarizədə dövlət və din xadimlərinin bir araya gələrək qüvvələrini səfərbər etmələrində fayda olduğunu xatırladan QMİ sədri Azərbaycan dövlətinin pandemiyanın yayılmasının qarşısının alınması üçün gördüyü geniş miqyaslı işlərdən bəhs edib.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidentinin ölkə daxilində həyata keçirdiyi ardıcıl tədbirlərin əhəmiyyətindən danışıb, həmçinin, dövlətimizin 30-dan artıq ölkəyə humanitar yardımlar göstərməsini, dövlət rəhbərimizin beynəlxalq əməkdaşlığın təşəbbüskarı olaraq qlobal nümunələr nümayiş etdirdiyini təqdirlə vurğulayıb.

BMT Baş Assambleyasının pandemiyanın qarşısının alınması məramı ilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsinin bəşəri təhlükə ilə mübarizədə qlobal həmrəyliyin təmininə xidmət edən beynəlxalq əməkdaşlıq nümunəsi olduğunu bildirən QMİ sədri bunu olduqca əhəmiyyətli, dəyərli addım kimi qiymətləndirib. Şeyxülislam Allahşükür Paşazadə xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə, pandemiya ilə əlaqədar ölkə daxilində və onun xaricində çoxsaylı humanitar yardım və xeyriyyəçilik aksiyaları keçirilməkdədir.

Şeyxülislam Allahşükür Paşazadə dini mərkəz — Qafqaz Müsəlmanları İdarəsinin geniş beynəlxalq əlaqələrini pandemiya dövrünə baxmayaraq davam etdirdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. QMİ sədri ümumbəşəri həmrəyliyə çağırışlarını iştirak etdiyi bütün beynəlxalq platformalarda bəyan etdiyini diqqətə çatdırıb. QMİ sədri bildirib ki, indiki çətin dövrdə bəşəri həmrəyliyə, o cümlədən humanizm nümayiş etdirərək, ehtiyacı olanlara dəstək vermək, insanların imanını möhkəmləndirmək və onların gələcəyə ümidini artırmaq dini liderlərin ümdə vəzifələrindəndir.

Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Müftilərindən təmsil etdikləri Rusiya Federasiyasının subyekt rəhbərlərinə qardaş salamlarını və ən xoş arzularını yetirməyi xahiş edib. O, xüsusi vurğulayıb ki, Qafqaz xalqları arasında xoş münasibətlər olduqca dəyərli tarixi ənənədir. Bununla bağlı, QMİ sədri postsovet məkanında millətlərarası qarşıdurmanın, separatçılığın bünövrəsini qoymuş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini xüsusi xatırladıb. O bildirib ki, əzəli Azərbaycan torpaqlarının işğalı davam edir və çox təəssüflər olsun ki, qlobal pandemiya şəraitində Ermənistan tərəfindən Azərbaycanla sərhəd bölgəsində yeni təxribatlar törədilərək, atəşkəs rejimi pozulub, ərazilərimiz yenidən təcavüzə məruz qalıb, zabit və əsgərlərimiz, o cümlədən dinc əhali arasında tələfatlarımız mövcuddur.

QMİ sədri konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, bu münaqişə ocağı 30 ildən artıqdır ki bütün Qafqaz bölgəsi üçün gərginlik mənbəyidir və regionda sülh və sabitliyə təhlükə törədir. Qafqaz müftilərinə və ölkəmizdəki dini konfessiya rəhbərlərinə hər zaman haqqın yanında olaraq, münaqişənin ədalətli sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdar olduqlarına görə minnətdarlığını bildirib.

Şeyxülislam sərhədlərimizdəki erməni təxribatı ilə əlaqədar dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistan-Azərbaycan Daqlığ Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə dəstək vermək çağırışını bəyan edib və bu əsnada, Roma Papası Fransiskin münaqişə ilə bağlı bölüşdüyü narahatlığa görə təşəkkürünü bildirib.

Azərbaycan Prezidentinin Qafqazın din xadimlərinə hörmət və ehtiramını xüsusi qeyd edən Şeyxülislam A. Paşazadə dövlət başçımızın salamlarını və İslam dünyasının qarşıdan gələn mübarək Eyd Əl-Adha - Qurban bayramı münasibətilə təbriklərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Çıxışının sonunda QMİ sədri Ulu Yaradanın köməyi ilə dünyamızın xəstəlik və bəlalardan qurtulması üçün dualar edib.

Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri konfransda çıxış etdilər. Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyev, Dağıstan Müftisi Əhməd Abdullayev, Kabardin-Balkar Müftisi Həzrətəli Dzasejev, Çeçenistan Muftisi Salax Mejiyev, Şimali Osetiya Müftisi Hacımurat Qatsalov, Stavrapol diyarının Müftisi Məhəmməd Raximov, Adığey və Krasnodar Müftisi Askarbiy Kardanov, Kalmıkiya Müftisi Soltanəhməd Karalayev, habelə QMİ-nin Rusiya Federasiyasındakı nümayəndəsi Müfti Şafiq Pşixaçev öz çıxışlarında pandemiya dövrünün çətinliklərini yaşadığımız hazırki zamanda belə qardaşlıq görüşlərinin keçirilməsini xüsusi dəyərləndirdilər və belə görüşlərin mütəmadi keçirilməsinə ehtiyac olduğunu vurğulayılar.

Qafqazın din xadimləri Şeyxülislam Allahşükür Paşazadəni bir araya gəlmələrinin səbəbkarı adlandırdılar və onun mənəvi ağsaqqallığından bəhrələndiklərini bildiriblər. Qafqaz xalqlarının hər zaman birlikdə olduqlarını, mənəvi əlaqələrinin güclü olduğunu vurğulayan Müftilər Azərbaycan-Ermənistan sərhəddində baş vermiş son təxribat hadisələrindən olduqca narahat olduqlarını dilə gətiriblər. Həlak olmuş Azərbaycan hərbçiləri və mülki əhali ilə bağlı səmimi başsağlıqlarını Azərbaycan Prezidentinə və bütün Azərbaycan xalqına yetirməyi Şeyxülislam A. Paşazadədən rica ediblər, həlak olanlar üçün Allahdan rəhmət diləyiblər. Müftilər ədalət bərpa olunmayana kimi qan tökülməsi ehtimalından olduqca narahat olduqlarını vurğulayıblar. Bununla bağlı Müftilər Azərbaycanın BMT tərəfindən tanınan ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər, Rusiya Federasiyasının Ermənistan-Azərbaycan Daqlığ Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu həllinə yardımçı olduğunu, danışıqlarda vasitəçilik missiyasını xatırladıblar. Qafqaz Müftiləri, öz növbələrində, münaqişənin sülh yolu ilə həllinə öz töhfələrini verməyə, sülhməramlı vasitəçiliyə hazır olduqlarını ifadə ediblər.

Bütün çıxış edən Müftilər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik məktəbinin davamçısı olan Prezident İlham Əliyevin bu mürəkkəb dönəmdə baş verən təxribatın qarşısının alınması zamanı nümayiş etdirdiyi əsl Qafqaz müdrikliyini, siyasi lider təmkinini və ənənəvi uzaqgörənliyini xüsusi vurğulayıblar və bunu təqdir ediblər. Bildiriblər ki, Azərbaycanın güclü Ordusu və vətənpərvər hərbçiləri vardır. Din xadimləri olaraq, sülhün bərqərarı və ədalətin qələbəsi üçün dualar etdiklərini bildirən Müftilər Azərbaycanın dövlət başçısına səmimi salamlarını və xeyir diləklərini yetiriblər. Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyev bütün Müftilər adından bəyan edib ki, Azərbaycan Prezidentinin bu yolu böyük qələbəyə gətirəcəkdir və onlar bu yolda Azərbaycan liderini dəstəkləyirlər.

Videoiclasda çıxış edən dini konfessiya rəhbərləri — Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Katolik icmasının rəhbəri Yepiskop Vladimir Fekete və Alban-udi icmasının başçısı Robert Mobili din xadimləri Qafqaz xalqlarının bir-birini dəstəkləməsinin mühümlüyünü, bölgədə ənənəvi dəyərlərə istinadən sülh, mənəvi harmoniya və problemlərin öhdəsindən gəlinməsinin mümkün olduğunu qeyd ediblər. Konfessiya rəhbərləri sərhəddimizdə baş verən son erməni təxribatları ilə bağlı vurğulayıblar ki, bölgədə sülh və sabitliyin təmini yönündə Azərbaycan dövlətinin atdığı addımları təqdir edirlər və ədalətli sülhün bərqərarı üçün dualar edirlər.

Videokonfans Qafqazın din xadimlərinin birgə duaları ilə başa çatıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Sentyabr 2020, 23:09 (GMT +4)
Ayətullah Xameneinin nümayəndəsi: İran Qarabağ məsələsində Azərbaycanın yanındadır (VİDEO)

28 Sentyabr 2020, 18:00 (GMT +4)
BNA: Avtobuslar adi rejimdə işləyəcək

28 Sentyabr 2020, 17:50 (GMT +4)
Türk Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir

28 Sentyabr 2020, 17:45 (GMT +4)
Daxili İşlər Nazirliyi komendant saatı ilə bağlı məlumat yayıb

28 Sentyabr 2020, 17:31 (GMT +4)
Təhsil Nazirliyi internet probleminə görə şagirdlərə müraciət edib

28 Sentyabr 2020, 17:27 (GMT +4)
Tbilisidə səfirlik önündə Azərbaycana dəstək aksiyası keçirilib

28 Sentyabr 2020, 17:25 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

28 Sentyabr 2020, 17:15 (GMT +4)
MN: Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib (VİDEO)

28 Sentyabr 2020, 17:08 (GMT +4)
RF Şurasının rəhbəri Qarabağ münaqişəsinə qarışmamağa çağırıb

28 Sentyabr 2020, 16:48 (GMT +4)
İndoneziyada torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb

28 Sentyabr 2020, 16:45 (GMT +4)
Azərbaycanda daha 38 yeni yoluxma qeydə alınıb

28 Sentyabr 2020, 16:30 (GMT +4)
Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırıb

28 Sentyabr 2020, 16:22 (GMT +4)
Səudiyyə Ərəbistanı Qarabağda döyüşlərin başlamasına münasibət bildirib

28 Sentyabr 2020, 16:05 (GMT +4)
Medvedev cəbhə xəttində vəziyyətin gərginləşməsinə münasibət bildirib

28 Sentyabr 2020, 15:50 (GMT +4)
Gənclər və İdman Nazirliyi bəyanat yayıb

28 Sentyabr 2020, 15:48 (GMT +4)
Qətər və İran elektrik şəbəkəsinin dənizin altı ilə birləşdiriməsini müzakirə edirlər

28 Sentyabr 2020, 15:41 (GMT +4)
Təhsil Nazirliyi: Daha 39 şagirddə koronavirus aşkarlanıb

28 Sentyabr 2020, 15:38 (GMT +4)
Ermənilərin artıq hesab verməyinin vaxtı gəlib çatıb - Ərdoğan

28 Sentyabr 2020, 15:31 (GMT +4)
Ermənistan xaricdən gələn muzdluları geri göndərməlidir - Hulusi Akar

28 Sentyabr 2020, 15:16 (GMT +4)
Peskov: Əliyev ilə Putin ehtiyac olarsa əlaqə saxlayacaq

28 Sentyabr 2020, 15:10 (GMT +4)
Metronun fəaliyyətinə dair rəsmi açıqlama verilib

28 Sentyabr 2020, 15:05 (GMT +4)
İran işğal edilmiş Qarabağdan ölkə ərazisinə bir raket və bir mərminin düşdüyünü bildirib

28 Sentyabr 2020, 15:00 (GMT +4)
Deputat: Düşmənin hərbi əməliyyatı planlaşdırılmış təxribatdır 

28 Sentyabr 2020, 14:54 (GMT +4)
Dövlət qulluğu üzrə test imtahanına qeydiyyat elan edilib

28 Sentyabr 2020, 14:50 (GMT +4)
Kaşıkçı cinayət işi ilə bağlı məhkəməyə ikinci dosye göndərilib

28 Sentyabr 2020, 14:30 (GMT +4)
MN: Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib

28 Sentyabr 2020, 14:23 (GMT +4)
Dövlət Komitəsi ermənilərin mülki vətəndaşları öldürməsi ilə bağlı bəyanat yayıb

28 Sentyabr 2020, 14:12 (GMT +4)
Merkel gizli şəkildə Navalnını ziyarət edib

28 Sentyabr 2020, 14:01 (GMT +4)
Ümrə ziyarətində yeni qaydalara əsasən Kəbə evinə toxunmağa icazə verilməyəcək

28 Sentyabr 2020, 13:54 (GMT +4)
Ukrayna aviaşirkəti mövcud vəziyyətlə bağlı Ermənistana uçuşları ləğv edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66