BNA: Həftə sonu marşrutlar fəaliyyətini dayandıracaq24 İyul 2020, 14:34 (GMT +4) Bakı, 24 iyul, SalamNews. Bakı Nəqliyyat Agentliyi həftə sonu paytaxtda marşrut avtobuslarının fəaliyyətini dayandırması barədə məlumat yayıb.
Agentlikdən SalamNews-a verilən məlumata görə, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 25 iyul gecə 00:00-dan 27 iyul səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq: "Bu gün isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcəkdir. Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək".
|